KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rus ordusu Qarabağdan çəkilir

Fuad Gahramanlı: Rus ordusu Qarabağdan çəkilir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
23 0

Bu nə anlama gəlir ?

Rusiya Ordusu Qarabağı tərk edir, buna inanmaq hər nə qədər çətin olsa da, bu barədə məlumatı Putinin sözçüsü Peskov təsdiq edib. Azərbaycan tərəfdən Hikmət Hacıyev də deyilən xəbəri təsdiqləyib və bu artıq onu göstərir ki, rus ordusunun ölkəmizi tərk etməsi barədə iki tərəfli bir razılaşma var. Bu Azərbaycan üçün mühim əhəmiyyəti.olan bir xəbərdir. Əgər biz sonuncu rus əsgərinin Qarabağı tərk etməsini də görəcəyiksə, bu o demək olacaq ki, Rusiyanın ölkə daxilində hərbi təsir imkanları, mümkün təxribat aləti də ortadan qalxmış olacaq. Bu eyni zamanda gələcəkdə Ermənistandan çıxarılacaq rus ordusunun Azərbaycanada yerləşmək ehtimalını da aradan qaldırır. Heç şübhəsiz ki, rusların Azərbaycanı tərk etməsi Cənubi Qafqazda mövqeləri getdikcə zəifləyən Rusiyanın öz təsir imkanlarını itirməsinin və Qərblə geosiyasi rəqabətdə geri çəkilməsinin nəticəsidir .

Rusların Azərbaycanı tərk etməsi ölkəmizin Qərbə inteqrasiya imkanlarını xeyli artıracaq, Türkiyənin bölgəmizdə nüfuz və təsir imkanlarını isə genişləndirəcək . Bu prosesin pərdə arxasında hələ bir il öncə Ərdoğanın dili ilə “rus ordusu 2025-ci il də Qarabağı tərk etməlidir” bəyanatı vəterən Türkiyənin dövlət ağlı və iradəsinin olduğunu da nəzərdən qaçırmamaq gərəkdir.

Bu gün şahidlik etdiyimiz hadisənin Azərbaycanin iç siyasətinə nə qədər təsir göstərib göstərməyəcəyini isə qarşıdakı parlament seçkilərinə münasibətdə görə biləcəyik. Rusiyanın zəifləməsi və regionda təşəbbüsün Qərb-Türkiyə alyansının əlinə keçməsi yeni siyasi reallıqlar yaradır və Azərbaycan hakimiyyəti daxili siyasətdə bu reallıqlardan doğan çağrısları da dinləmək zorundadır.

Rusiya ordusunun Qarabağı tərk etməsi, həm də o deməkdir ki, Kreml artıq Ermənistanda da uzun müddət qala bilməyəcəyini anlaýir və indi Azərbaycandan “yumşaq ” geri çəkilmə yolunu seçərək münasibətlərdəki körpuləri yandırmamağa çalışır. Yəqin ki, İrəvanın verdiyi vaxtda Zvartnost hava limanından da rus sərhədçiləri çıxmalı olacaqlar.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir