KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Rus generalı Bakıya niyə gəlib❓

Fuad Gahramanlı: Rus generalı Bakıya niyə gəlib❓

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
298 0

Dünən Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Quru Qoşunlarının Baş Komandanının müavini Aleksey Kim arasında görüş keçirilib. Azərbaycan tərəfinin verdiyi məlumata görə, görüşdə iki mühüm məsələ “sülhməramlıların” yerləşdiyi ərazidə əməliyyat şəraiti və qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması müzakirə olunub.
İlk öncə onu qeyd edim ki, indiki şəraitdə əməliyyat şəraitinin müzakirəsi üçün rus generalının Bakıya gəlməsi səbəbsiz deyil. Çox böyük ehtimalla Rusiya Qarabağda yerləşdirdiyi hərbi kontingentin əhəmiyyətli bir hissəsini Ukraynaya aparmaq istəyir. Ukrayna cəbhəsində rus ordusunun böyük canlı qüvvə və texnika itkisinə məruz qalması bu ehtiyacı yaradıb. Bilindiyi kimi, Qarabağa yerləşdirilən rus ordusu həm say baxımından 3 tərəfli bəyanatda nəzərdə tutulduğundan bir neçə dəfə çoxdur, həm də, burdakı hərbiçilər yüksək hazırlıqlı hesab olunurlar. Yəqin Rusiya istəyir ki, burda az sayda əsgər saxlayacağı təqdirdə Azərbaycan ordusu təmas xəttindən irəli hərəkət etməsin və əməliyyat şəraitində hər hansı dəyişiklik baş verməsin.
Çox böyük ehtimalla müzakirə olunan ikinci məsələ isə Rusiyanın bu şərti qarşılığında Azərbaycanın tərəfdən müzakirə çıxarılıb. Ona görə də elə təəssürat yaranmamalıdır ki, qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması mövzusunu Rusiya öz istəyi ilə Azərbaycanla müzakirə etməyə həvəslidir. Biz rus generalının Azərbaycan tərəfindən təklif olunan mövzuya reaksiyasının necə olduğunu bilmirik. Ancaq bildiyimiz odur ki, Rusiya bu məsələdə öz üzərinə düşən öhdəliyi heç vaxt yerinə yetirmək niyyətində olmayıb və əksinə ötən müddətdə Qarabağda erməniləri silahlandırmaq və himayə etməklə məşğul olub. İndi də, Rusiyanın bu siyasətindən imtina edəcəyi inandırıcı deyil, əksinə, Ukraynada məğlub olmuş Putin üçün bu Qarabağdakı mövqelərin strateji baxımdan itirilməsinə razılaşmaq demək olardı. Yəqin ki, general Aleksey Kim də bunu diplomatik şəkildə Kərim Vəliyevə deyib ki, bu daha çox siyasi məsələdir və yaxşı olar məsələni dövlət başçısıları öz aralarında danışsınıar. Yəni çox istəyirsinizsə, o zaman İlham Əliyev bu tələbi Putinin qarşısında qaldırsın.
🔸Ancaq bundan əlavə narahatlıq doğuran və güman ki, mediaya açıqlanmayan digər bir məsələ də, Rusiyanın Azərbaycandan hərbi yardım istəməsi ola bilər. Niyə də yox? Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan yardım istəyən Rusiya, nədən müttəfiqlik bəyanatı imzalanmış bir ölkədən bunu istəməsin ki? Böyük ehtimalla rus generalının Bakıya gəlişinin əsas məqsədlərindən biri də bu olub. Ancaq Azərbaycan tərəfinin bu istəyə indiki beynəlxalq şəraitdə razılıq verəcəyi inandırıcı görünmür. Çünki bu halda Azərbaycan özünü Belarusla bir cərgəyə qoyaraq beynəlxalq sanksiyaların hədəfinə çevrilmiş olar. Bu halda rus generalı əliboş geri qayıtmamaq üçün sanksiyalar üzündən resursları getdikcə tükənən Rusiyanın Qarabağdakı hərbiçilərinin saxlanma xərclərini Azərbaycanın üzərinə qoymağa da cəhd edə bilər. Çünki Rusiya hazırda hərbi və iqtisadi baxımdan saman çöpünə də əl atacaq qədər zəifləmiş durumdadır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir