KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Qlobal geosiyasi rəqabətdə Cənubi Qafqaz kimə düşəcək?

Fuad Gahramanlı: Qlobal geosiyasi rəqabətdə Cənubi Qafqaz kimə düşəcək?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
25 0
Fuad gahramanlı

Amerikadan gələn telefon zənginin kodları və ABŞ-n xarici siyasətində Azərbaycanın yeri.

Qlobal geosiyasi rəqabətdə Cənubi Qafqaz kimə düşəcək?

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında telefon danışığı olub. Bu barədə Azərbaycan tərəfi hər hansı məlumat verməsə də, Maykl Uolts öz “X” hesabında bununla bağlı məlumat paylaşıb.

Bu məlumata əsasən Uolts telefon danışığı zamanı deyib ki, ” Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq.” Ola bilər ki, Uoltsn bu sözləri indiki halda bir çoxlarına təəccüblü görünə bilər, ancaq reallıq budur ki, o, telefon danışığı zamanı sülh müqaviləsi ilə yanaşı məhbusların azad edilməsini Tramp adminstrasiyasının iki tələbindən biri kimi səsləndirib. Ancaq Uoltsn məhbuslar deyiləndə kimi- erməni separatçılarını, yoxsa siyasi məhbusları nəzərdə tutduğunu dəqiləşdirməyib.

Biz ötən yazımızda Dövlət katibi Rubionun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı razılaşmanı Trampın sülh yaratma viziyonuna uyğun olaraq dəstəklədiklərini bildirən bəyanatını təhlil etmişdik. İndi isə Uoltsn verdiyi məlumatdan bəli olur ki, ABŞ Azərbaycanla münasibətlərində təkcə təhlükəsiz məsələsini deyil, həm də məhbusların azad edilməsini birgə fəaliyyətin əsas məqsədlərindən biri kimi diqqətə çatdırıb.

Uoltsn dediyi məhbusulların kimliyi ilə bağlı məsələyə gəldikdə isə ABŞ Dövlət departamentinin əvvəlki bəyanatına nəzər salmaq lazımdır. Bundan bir qədər öncə ABŞ Dövlət Departamenti Azərbaycandakı repressiyalara bağlı bildirmişdi ki, “Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, insan haqları müdafiəçiləri və müxalifətçilərin davamlı həbsləri dərin narahatlıq doğurur…biz ifadə azadlığını dəstəkləməli, senzuranı dayandırmalı, müxalifəti susdurmamalıyıq. Azərbaycan hökumətinin bu bəyanata ciddi yanaşacağını gözləyirik”. Göründüyü kimi Maykl Uoltsn səsləndirdiyi fikirlər, əslində Dövlət Departamenti tərəfindən əvvəl ifafə edilmiş mövqeyin məntiqi davamı kimi görünür və Tramp adminstrasiyasının Azərbaycanla bağlı rəsmi mövqeyini əks etdirir.

Bəs, bu görünən münasibətdən gələcəklə bağlı hansı nəticəni çıxarmaq olar? Belə görünür ki, Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Ağ Evdə imzalanmasında və Rubionun dediyi kimi bunu öz sülh yaratma viziyonunun nəticəsi kimi təqdim etməkdə maraqlıdır. Ötən həftə onun xüsusi elçisi Uitkoffun Bakıya əvvəlcədən planlaşdırılmamış məxfi səfəri də, bu məqsədlə bağlı idi. Əgər belə bir nəticə əldə olunarsa, o zaman,bu, o demək olacaq ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsas qarantoru kimi öz üzərinə vəzifə götürmüş olacaq. Bu isə dünyanın bir çox regionlarından çəkilməyə hazırlaşan ABŞ-n sülhün təminatçısı kimi Cənubi Qafqazda öz iştirakını artırması halında mümkündür. O zaman da sülhlə bağlı məsələ yerinə yetrildikdən sonra, Uoltsn dediyi kimi yerdə məhbusların azad edilməsi problemi qalır. Hətta bu zaman hakimiyyət erməni separatçılarını azad ediləcəksə, o halda siyasi məhbusları həbsdə saxlamaq daha eybəcər görünməzmi ? Demək ki, bütün hallarda siyasi məhbusların azadlığı zərurətə çevirilməkdədir.

Bu gün ABŞ xarici siyasətində praqmatik maraqların daha çox qabarması, bu deyilənlərə bir çoxlarının pessimist yanaşmasına səbəb ola bilər. Ona görə də məsələni praqamatizm baxımından incələyək.
Hakimiyyətə gəldikdən sonra Trampın ABŞ-n qlobal rolunu məhdudlaşdırma siyasəti, heç də hər yerdən çəkilmə, milli maraqlardan imtina demək deyil. Bu konkret fayda və mənfəət gətirməyən işlərə resurs xərcləməmək, başqalarına görə öz üzərinə ağır xərclər tələb edən öhdəliklər götürməmək, ancaq fayda və maraq olan yerdə aktiv rol almaq deməkdir. Məsələn, iki gün öncə Qırmızı Dənizdə Yəmən Husilərinə qarşı havadan son illərin ən ağır hərbi əməliyyatları keçirilməkdədir. Niyə? Çünki Husilər dünya ticarətinin 12%-nin keçdiyi Süveyş kanalı vasitəsilə ilə ticarətə böyük təhdid yaradırdılar. Buna göz yummaq isə Amerikanın ticari maraqlarını və dünya okeanları üzərindəki hakimiyyətini sarsıtmaq demək olardı.

Eləcə də Cənubi Qafqaz da Çin və Avropa arasında böyük ipək yolunun keçdiyi region kimi mühüm geoekonomik əhəmiyyətə malikdir. Bununla yanaşı, İrandan keçməklə Rusiya ilə Hindistanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi də bu regiondan keçir. Belə bir mühüm kommunikasiya şəbəkəsi üzərində nəzarət üçün isə Cənubi Qafqazda möhkəm dayaqlar əldə etmək gərəkdir.

Eyni zamanda Cənubi Qafqaz mühüm karbohidrogen, eləcə də mineral ehtiyatlarına malik olan və bu üzdən də Çinlə ən mühüm geosiyasi rəqabət sahələrindən sayılan Mərkəzi Asiyanın giriş qapısı hesab edilir. Bu gün ABŞ-n Çini özünün əsas strateji rəqibi hesab etdiyini nəzərə alsaq, o zaman Sakit okeandan mühasirəyə alınan Çinin ətrafındakı halqanın tamamlanması üçün Mərkəzi Asiyaya hakim olmaq lazım gələcək. Eyni zamanda Cənubi Qafqaz Avropa ilə əlaqələri kəsilən, Şimal Cənub nəqliyyat dəhlizinə getdikcə daha çox ehtiyacı artan Rusiyanın Çinlə mümasibətlərinə təsir göstərən əsas “triger düyünlərindən” hesab olunur. Ona görə də bu gün ABŞ-n Cənubi Qafqaza marağı və bu regionda iştirakı, geoekonomik və geostrateji maraqlardan irəli gələn bir ehtiyacdır. Hazırda yaranmaqda olan çox qütblü yeni dünya düzənində qlobal kommunikasiya xətləri və enerji mənbələri üzərində nəzarət, texnoloji nailiyyətlər və süni zəkadan sonra, qlobal güc tarazlığını müəyyənləşdirən əsas amillər hesab olunur. Demək ki, ABŞ-n öz rolu ilə bağlı qlobal strategiyasına yeni yanaşması Cənubi Qafqazda güc tarazlığının yaranmasında iştirakı zəruri edir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir