KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Qarabağda yeni bir müharibə başlaya bilərmi

Fuad Gahramanlı: Qarabağda yeni bir müharibə başlaya bilərmi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
268 0

Sərhəddə niyə atışmalar olur

Neçə gündür ki, Azərbaycan Ermənistan sərhəddində atəş səsləri eşidilməkdədir. İlk baxışdan lokal gərginlik kimi görünən bu vəziyyətin davam etməsi Azərbaycan Ermənistan arasında Brüsseldə əsası qoyulmuş sülh danışıqlarına zərbə vurur. Aydındır ki, bu atəşkəs pozuntusu ilk növbədə Qərbin iki ölkə arasındakı sülh yaratma təşəbbüslərini pozmağa çalışan Rusiyanın maraqlarına uyğundur. Sərhəddə gərginliyin artmasının Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında ilk dəfə Tiflisdə keçrilən vasitəçisiz, birbaşa görüşdən sonraya təsadüf etməsi, hərbi gərginliyin məhz iki ölkə arasında birbaşa təmasların olmasına, iki tərəfli sülh danışıqlarına zərbə vurmaq niyyəti ilə yaradıldığını deməyə əsas verir. Ancaq görünən odur ki, Rusiya təkcə bununla kifayətlənmək fikrində deyil.
Bir neçə gün öncə Rusiya MN- nin yaydığı məlumatda Azərbaycan ordusunun “Dağlıq Qarabağın silahlı birləşmələrinə” atəş açdığı bildirilirdi. Bundan əvvəl Azərbaycan MN – nin bir neçə dəfə etirazına baxmayaraq Rusiya yenə eyni ifadəni təkrar – təkrar işlədərək Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrini legitimləşdirməyə çalışır. Bu günlərdə İlham Əliyevin də hansısa Rusiya generalının Qarabağdakı erməni silahlı qüvvələrini çıxarmaqla bağlı söz verdiyini deməyindən sonra, belə bir mövqe onu göstərir ki, Rusiya nəinki bunu etməyəcək, əksinə, Qarabağdakı hərbi mövcudluğundan istifadə edib daim vəziyyəti gərginləşdirməyə çalışacaq. İlham Əliyevin bu sözləri isə rus ordusunun Qarabağa gətirilməsini erməni silahlı qüvvələrinin ərazidən çıxarılması ilə əlaqələndirmək cəhdidir. Ancaq göründüyü kimi Rusiyanın belə bir niyyəti yoxdur və “hər şeyi nə zaman etməyi bilən” dövlət başçısının indi durub “Rusiya verdiyi sözü tutmur deməsi” ölkənin salındığı çətin vəziyyətdən çıxış yolu deyil.
Bəs bu şəraitdə Qarabağda və Ermənistanla sərhəddə atəşkəsin pozulması genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilərmi ? Aydın görünür ki, nə Azərbaycan, nə də Ermənistan rəhbərliyi belə bir müharibəyə həvəsli deyillər. Çünki hər iki ölkə rəhbərliyi bilir ki, müharibəni başlayan dövlət rəhbərliyi Rusiyanın istəklərini yerinə gətirən tərəf kimi Qərbin qəzəbinə tuş gələcək. Bu isə indiki halda özünü Lukaşenko ilə eyn vəziyyətə salmaq demək olar. Digər tərəfdən isə Rusiyanın bu yeni bir müharibə təklifi müqabilində Azərbaycana vəd edəcəyi elə bir yeni ərazi təklifi yoxdur. Xankəndini vəd etmək isə Qarabağ məsələsinin birdəfəlik bitməsi demək olar ki, buna da Rusiya heç bir halda razı ola bilməz. Paşiniyan isə həm Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlıdır, həm də yeni bir müharibənin daxildəki Rusiyapərəst revanşist müxalifətin mövqeyini gücləndirəcəyindən ehtiyatlanır. Bundan əlavə Ermənistan rəhbərləri yaxşı bilir ki, başı Ukraynada uğursuz müharibəyə qarışmış Rusiya indiki halda Türkiyənin Azərbaycana verəcəyi hərbi dəstək qarşısında, Qarabağda itirdikləri əraziləri onlara qaytarmaq imkanında deyil. Ona görə də, Ermənistan üçün uduşsuz bir müharibəyə girib itkilər verməyin də heç bir mənası yoxdur. Bundan əlavə Qərbə inteqrasiya prosesində maraqlı olan Paşiniyan başa düşür ki, yeni bir müharibə Rusiyanı regionda daha da gücləndirə bilər.
Bütün bu səbəblərə görə hesab edirik ki, bu gün Ermənistanla sərhəddə və Qarabağda baş verən arışmaların geniş miqyaslı müharibəyə çevrilmə imkanı hələ ki real deyil.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir