KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Qarabağda qan töküldü, itkilər var. Nə baş verir?

Fuad Gahramanlı: Qarabağda qan töküldü, itkilər var. Nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
238 0

Qarabağda bu gün baş vermiş hərbi insident nəticəsində separatçı qrumun 3 “polis zabiti” öldürülüb, bir nəfər isə yaralanıb. Say açıqlanmasa da Azərbaycan ordusunun da şəhid və yaralıları var.

Hadisəyə səbəb ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək Ermənistandan Qarabağa silah-sursat daşıması olub. Azərbaycan ordusunun bölmələri hərbi yük aparan maşını saxlayıb yoxlama həyat keçirmək istəyərkən, qarşı tərəf atəş açıb və bundan sonra cavab atəşi ilə erməni silahlıları məhv edilib.

Baş vermiş hadisə onu göstərir ki, Rusiya “sülhməramlılarının” yaratdığı şəraitdən istifadə edən Qarabağdakı separatçı qrum Xankəndi-Xəlfəli-Turşsu yolundan hərbi məqsədlərlə istifadə edirmiş. Növbəti dəfə təsfiq olundu ki, ruslar sülhməramlı missiya adı altında məqsədi şəkildə regionda hərbi gərginliyi artırmağa çalışırlar. 10 noyabr bəyanatına əsasən Moskva nəinki öz öhdəliyini pozaraq silahlı erməni dəstələrini Qarabağdan çıxarmır, əksinə, bu qanunsuz hərbi birlikləri silahlandırmaq üçün hər cür şərait yaradır.

Demək ki, Rusiya 10 noyabr bəyanatının müddəalarını açıq- aşkar pozaraq, Azərbaycanın razılığı olmadan Laçın Xankəndi yolunadan əlavə, Xankəndi-Xəlfəli-Turşsu yolununu da ermənilərin istifadəsinə veribmiş.
Bununla bağlı Azərbaycan MN Rusiya “sülhməramlılarının” komandanlığına 10 noyabr bəyanatı ilə bağlı xatırlatma etsə də, hesab edirik ki, bu çox yumşaq mövqedir və kifayət deyil.

Dərhal Azərbaycan XİN bununla bağlı Rusiyaya nota verməli, izahat tələb edilməli və eyni zamanda artıq bölgədəki “sülhməramlıların” fəaliyyətinə etibar edilmədiyi açıq surətdə bəyan edilməlidir.

Azərbaycan həmçinin yubanmadan beynəlxalq qurumları baş vermiş hadisə ilə bağlı məlumatlandırmalı və Qarabağdakı separatçı qrumun Rusiya hərbçiləri ilə əlbir olub gizli yolla Xankəndiyə silah sursat daşıdığına diqqət çəkilməlidir.

Bu hadisə Azərbaycanın Laçın – Xankəndi yoluna nəzarət buraxılış məntəqəsi qoyması tələbinin haqlı olduğunu göstərdiyindən, məsələyə mümkün qədər çox beynəlxalq diqqət cəlb etmək lazımdır.
Heç olmasa bu dəfə Ermənistan diplomatiyasının bizim ləngliyimizdən və işbilməzliyimizdən istifadə edərək hadisəni öz xeyrlərinə istifadə etməsinə imkan verilməməlidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir