KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Qarabağda nə baş verir

Fuad Gahramanlı: Qarabağda nə baş verir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
305 0

Artan hərbi gərginlik bizə nə vəd edir

Bu gün Qarabağ xalqımız üçün həssas mövzudur, çünki tamamlanmamış bir qələbəmiz, təmin olunmamış bir ərazi bütövlüyümüz var. Son günlər Qarabağda yenidən hərbi gərginliyin artması barədə xəbərlər gəlir. Ermənilər idda edirlər ki, Azərbaycan ordusu təmas xəttini keçərək onların nəzarətində olan ərazilərə doğru hərəkət edirlər. Azərbaycan MN isə bildirir ki, güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsi həyata keçirilir. Bəs baş verənləri necə qiymətləndirmək olar?
1.Əvvəla, Azərbaycan ordusu öz nəzarət sahəsini genişləndirirsə, bu iş Moskvanın planı kimi həyat keçirilməməlidir. Biz bir- iki kəndi, təpənin geri alıb, əvəzində isə dünyanı üstümüzə qaldıracağıqsa, bu işdən ermənilər daha qazanclı çıxacaqlar. Çünki haray – həşir salıb özlərini təcavüzə məruz qalan tərəf kim beynalxalq aləmə təqdim edib, Azərbaycanı diplomatik təzyiqlərə məruz qoyacaqlar. Bir neçə kəndə görə bu vəziyyətə düşməyinə dəyərmi? Ona görə də istənilən hərbi hərəkətin məqsədi bir neçə kənd yox, Xankəndi olmalıdır. Bundan ötrü isə indi tələsməyəyə gərək yoxdur, çünki Rusiya getdikcə daha da zəifləməkdədir.
2. Əgər Qarabağın azad edilməyə başlanacaqsa, bu zaman işin ilkin addımı Rusiya sülhməramlılarının regiondan çıxarılması olmalıdır. Çünki əsas düşmən Rusiyadır və ermənilər yalnız onun əlində alətdir. Aydındır ki, Rusiyasız ermənilərin Qarabağda duruş gətirməsi də real deyil. Əsas düşmən olan ruslara “qal”deyib, onun əlaltısı ilə uğraşmaq, ancaq Putinin planı ola bilər. Çünki bu gün Putin Ukraynada Qərbin diqqətini yayındırmaq və təzyiq göstərmək üçün postsovet ölkələrində müharibələri alovlandırmaq çox maraqlıdlr. NATO – da Rusiyanın belə bir niyyətinin olduğunu bildirərək, Gürcüstan və Moldovanın adını ayrıca qeyd etməklə təhlükənin çox real olduğunu göstərib. Əgər Qarabağda baş verənlərdə Putinin barmağ yoxdursa, o zaman Azərbaycan rəhbərliyi nəyə görə beynəlxalq səviyyədə anti- Rusiya klubuna qoşulub rus “sülhməramlıların” Qarabağdan çıxarılmasını tələb etmir? Axı hər kəs bilir ki, rusların Qarabağda olması bizim Xankəndiyə yolumuzu kəsən əsas maneədir. Demək ki, bu məsələni görməzdən gəlib, irəli hərəkət etməyin hədəfi Xankəndi də deyil və bu hərəkətin dayanma nöqtəsini də Moskva müəyyənləşdirəcək. Necə ki, 44 günlük müharibədə bu belə oldu.
3. Gerçəkdən Azərbaycanın Qarabağdakı addımları Rusiyadan xəbərsiz atılırsa, o zaman bu prosesin nəyə görə xarici siyasətdə diplomatik hazırlığı aparılmır? Artıq ABŞ- və Fransa bununla bağlı ölkəmizə öz etirazlarını bildiriblər. Bəs bizim izahatımız hanı, niyə dünyada heç yerdə səsimiz eşidilmir və ermənilərin qara-qışqırığı qarşısında bizim mövqe dünyaya çatdırılmır? Niyə? Nəyə görə XİN 10 noyabr Bəyanatına əsasən oradakı erməni silahlılarının çıxarılması ilə bağlı tərəflərin öz üzərlərinə öhdəlik götürdüklərini və bu öhdəliyin yerinə yetirilməməsinin vacibliyini beynəlxalq gündəliyə gətirmir. Məhz bu öhdəliyin bu günə qədər yerinə yetirilməməsinin Azərbaycana öz ərazisini qanunsuz silahlı birləşmələrdən təmizləmək haqqı verdiyi niyə dünyanın nəzərinə çatdırılmır? Bu istiqamətdə heç bir təşəbbüs göstərməməyin adı nədir? Ona görə bunlar edilmir ki, bu Rusiyanın xoşuma gəlməz? Axı uşaq da bilir ki, məhz indiki həssas dönəmdə bizim vəziyyətimizdə olan ölkə beynəlxalq ictimai rəyi hazırlamadan, yalnız hərbi güclə hərəkət edərsə, bu ölkəmizi çətin duruma sala bilər. Ermənistan Xarici işlər naziri ABŞ- Dövlət Katibinin köməkçisinə zəng edib şikayət edir, bizim Xarici işlər naziri isə səsini belə çıxarmır.
Çünki ölkəmizin hərbi sahədə olduğu kimi, diplomatik fəaliyyətdə də bütün hərəkət trayektoriyası hələ də Moskvada cızılır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir