KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: Qarabağ məsələsində təkrarlanan strateji səhv

Fuad Gahramanli: Qarabağ məsələsində təkrarlanan strateji səhv

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
340 0

İlham Əliyevin israrla öz ritorikasını davam etdirməsi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub deməsi absurd bir vəziyyət yaradıb. Dünən keçirilən tədbirdə də, eyni fikirlər növbəti dəfə təkrarlandı. Bu elə məsələdir ki, ona heç bir təbliğat, diplomatik, milli don geyindirmək mümkün deyil.
Tarixi tarixdən xəbəri olmayanlar üçün təhrif etmək olar, seçki saxtakarlığını mübahisələndirmək olar, ancaq, Dağlıq Qarabağ düşmən əlində qala – qala, ərazi bütövlüyümüz bərpa olundu demək, heç bir halda olmaz.
Bu elə məsələdir ki, onunla bağlı məlumat qaynağından asılı olmayaraq, reallıq ortadadır və orta məktəb şagirdini də bu yalana inandırmaq mümkün deyil. Bəs onda dövlət başçısı hər dəfə bu fikirləri niyə deyir, bunun bir izahı varmı? Bunu deyərkən nəyə nail olur? Prezidentin yanında duranlar da daxil olmaqla, Lerikin ucqar dağ kəndindəki qoca nənə də Qarabağda ermənilərin, rus ordusunun olduğunu, orda Azərbaycan qanunlarının, dövlət qurumlarının işləmədiyini bildiyinə görə, kimsəni bu yalana inandırmaq mümkün də deyil axı. Siyasətin də bir təbliğat, insanların düşüncəsinə təsir məqsədi olmalıdır axı. Yoxsa, istədiyini deyə bilmək imkanı, ortada olan həqiqətlə toquşanda, ictimai rəydə əks reaksiya verir.
Ancaq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub fikrinin ən yüksək səviyyədə təkrarlanması, təkcə, hakimiyyətin öz əleyhinə rəy yartmır. Bu ona bənzəyir ki, ağır xəstəliyini müalicə etdirmək əvəzinə, ağrı kəsici içib, məndə heç bir xəstəlik yoxdur deyəsən. Dövlət başçısının məlum mövqeyi, kənardan belə təəssürat yaradır ki, Dağlıq Qarabağın ordakı separatçı rejim və rus hərbiçiləri tərəfindən nəzarətdə saxlanılması, heç də bizim ərazi bütövlüyümüzü, suverenliyimizi pozmur. Bu birmənalı olaraq belə rəy yaradır.
Nəticədə, Azərbaycan tərəfi 7 rayonun azad olunması hesabına, Dağlıq Qarabağdan vaz keçmiş kimi görünür. Bu, o deməkdir ki, iqtidarın Dağlıq Qarabağ üzərində Azərbaycan dövlətinin suveren haqlarını bərpa etmək, təmin etmək kimi bir planı, siyasəti yoxdur.
Baxın, erməniləri nə narahat edər, Azərbaycanın “Dağlıq Qarabağ hələ də işğaldadır, onu geri qaytarmaq məqsədimizdir” , deməsi, yoxsa “ərazi bütövlüyümüz artıq təmin olunub, heç bir problem yoxdur” yanaşması?
Bizim problem yoxdur deyib əlimizi yanımıza salıb durmağımız, ermənilərə beynəlxalq səviyyədə diplomatik fürsətlər və rahat işləmək imkanları yaradır. Bu həmçinin Rusiyanın Donbasda, Luğanskda, Abxaziyada həyata keçirdiyi ssenariləri heç bir müqavimət, etiraz görmədən gerçəkləşdirməsinə şərait yaradır.
Halbuki, hərbi qələbədən sonra biz dövlət olaraq, daxildə milli birliyi qorumaqla, xaricdə fəal diblomatik iş hesabına, problemin nizamlanmasında siyasi üstünlüyü ələ almağa çalışmalıydıq. Çünki İlham Əliyev status “gorbagor ” oldu desə də, reallıq odur ki, Dağlıq Qarabağdakı erməni separatçıları status məsələsini, bizdən razılıq alıb gündəmə gətirmirlər. Müharibədən əvvəl necə idisə, indi də Araikin xunta rejimi eləcə özünü müstəqil hesab edir. Bu məsələdə heç nə dəyişməyib. Əksinə, indi Rusiyanın açıq himəyəsi ilə özlərini daha arxayın sayırlar.
Yeri gəlmişkən 10 noyabr Bəyanatının qarantoru sayılan Rusiya da, status məsələsinin ATƏT Minsk Qrupunda müzakirə olunmasına tərəfdardır. Minsk Qrupunun digər üzvləri də bu fikirdədirlər. O halda, status “gorbagor” olub demək yerinə, “status məsələsi sadəcə müvəqqəti tətilə çıxmışdı, indi geri dönür” demək daha doğru olardı.
Dünənki çıxışında dövlət başçısının “İskəndər M” raketləri ilə bağlı “biz bilirik onları kim Ermənistana verib” deməsi də onu göstərir ki, Rusiya ilə bağlı münasibətdə aparılan təslimçi siyasət doğru deyilmiş və özünü doğrultmur. Əslində bu sözlər həm də onun etirafıdır ki, İlham Əliyevin Putinin istəyi ilə rus silahının prestijini qorumaq üçü mətbuat konfransı keçirib, bizə “İskəndər” atılmayıb deməsi, yanlış imiş.
Nəyin qarşılığında milli maraqlarımlza zidd olan bu bəyanat verilmişdi? Bu gün gec də olsa dövlət başçısının “İsgəndər” faktını təsdiq etməsi onu göstərir ki, belə təslimçi mövqe ilə, Rusiyanın Dağlıq Qarabağ probleminə münasibətində dəyişiklik yaratmaq mümkün deyil. Dövlətlər öz strateji maraqlarına görə hərəkət edirlər. Bu üzdən də Paşiniyanın “ipə sapa yatmaz” olması qarşılığında İlham Əliyevin Putinin istəklərini yerinə gətirməsi, heç də Rusiyanın Azərbaycan münasibətdə mövqeyini dəyişmir.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir