KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qarabağ erməniləri münaqişə tərəfi kimi qəbul ediməlidirmi ?

Fuad Gahramanlı: Qarabağ erməniləri münaqişə tərəfi kimi qəbul ediməlidirmi ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
369 0

Azərbaycanın və Ermənistanın arasında sülh müqaviləsi yeni vəziyyət yaradır.

Qarabağla bağlı yeni situasiya yaranır və bu vəziyyət bizdən fərqli yanaşmalar tələb edir. Əgər, Qərbin vasitəçilik missiyası uğurla davam edərsə, o zaman ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanacağı gözlənilir. Bu halda Ermənistan rəsmi olaraq münaqişə tərəfi olmaqdan çıxır və yeni diplomatik formata keçid zərurəti yaranır. Bu zaman meydana çıxan əsas sual budur ki, sülh müqaviləsindən sonra biz Qarabağla bağlı müzakirələri kimlə aparacağıq? Bu halda tərəf kimi Qarabağdakı erməni separatçıları ilə danışmaqdan başqa çarəmiz qalmır. Ancaq bu danışıq formatı necə olmalıdır?
Azərbaycan heç bir halda hazırda Qarabağda özünü dövlət elan etmiş qondarma qurumun rəhbərliyini tərəf kimi qəbul edib onu legitimləşdirməməlidir. Bu halda həmin qondarma qurum münaqişə tərəfi statusunu qazanmaqla, özünü Qaradağda yaşayan erməniləri təmsil edən legitim dövlət qurumu kimi təqdim edəcək. Əgər Azərbaycan separatçı rejimi tərəf kimi qəbul etmək səhvinə yol verərsə, bu həm də İlham Əliyevin “Qarabağ problemi həll olunub” bəyanatlarının təkzibi olacaq və məsələ ölkəmizin daxili iş olmaqdan çıxacaq. Bəs nə etməli?
Ən məqbul variant Qarabağdakı qondarma “Arsax” adlı qrumun deyil, etnik erməni icmasının təmsilçisi ilə Azərbaycan etnik icmasının təmsilçiləri arasında danışıqlar formatını qəbul etməkdir. Azərbaycan dövləti təklif etməlidir ki, Qarabağın erməni icması öz təmsilçisini müəyyənləşdirsin. Bu zaman Qarabağdakı etnik azərbaycanlı icmasının rəhbəri, həm də prezident fərmanı ilə erməni icması ilə danışıqlar üzrə nümayəndə təyin oluna bilər. Bu məsələ Azərbaycanın daxili işi sayıldığına görə, heç bir halda XİN təmsilçiləri bu danışıqlara daxil edilməməlidir.
Danışıqların predmeti isə erməni icması ilə birgəyaşayış qaydalarının müəyyən olunması və inteqrasiya imkanlarının yaradılması ola bilər.
Bu mərhələyə hazırlıq yubanmamalı, indidən başlamalı, Qarabağdakı ermənilərin danışıqlarda yalnız icma təmsilçisi statusunda iştirak edə biləcəyi beynəlxalq ictimaiyyətə qəbul etdirilməlidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir