KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Qərb sülh istəyirsə, Azərbaycan və Ermənistanı Rusiya təsirindən çıxarmalıdır.

Fuad Gahramanlı: Qərb sülh istəyirsə, Azərbaycan və Ermənistanı Rusiya təsirindən çıxarmalıdır.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
280 0

Brüssel görüşləri və Moskvanın açıq hədəsi.

Qərb sülh istəyirsə, Azərbaycan və Ermənistanı Rusiya təsirindən çıxarmalıdır.

Dünən Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilən sayca 4 – cü görüşdə Qərblə Rusiya arasında artan geosiyasi ziddiyyətlər qabarıq şəkildə görsəndi. Təəcrübə göstərir ki, bu cür görüşlərdə artıq hansı məsələlərin danışılmasının elə bir əhəmiyyəti yoxdur. Çünki Moskvanın moderatorluğu ilə keçirilən görüşlər əslində konkret nəticələrin olmamasına, iki ölkə arasında ziddiyyətlərin saxlanılmasına xidmət edirsə, Brüsseldə keçirilən görüşlər də yenə Rusiyanın pozucu təsiri ilə real nəticələrə gətirib çıxarmır. Ona görə də, Azərbaycan – Ermənistan arasında Qərbin və Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərə hələ ki, Cənubi Qafqazda təhlükəsizliyyin təmin olunması prosesini nəzarətə götürmək uğrunda aparılan geosiyasi rəqabət, didişmə kimi baxmaq daha doğru olardı.
Rusiya XİN-in sözçüs Zaxarova bu görüş haqda danışarkən ölkəsinin hikkəsini və niyyətini heç gizlətmədi də. O, açıq şəkildə bildirdi ki, Brüsseldə keçirilən danışıqlarla Qərb Rusiyanın vasitəçiliyi ilə indiyə qədər əldə olunmuş nəticələri oğurlamaq istəyir. Bununla da o, Brüssel prosesinin Moskvanı Azərbaycan – Ermənistan danışıqlarından kənarda qoymaq məqsədi daşıdığını ifadə edərək, Rusiyanın bundan çox qəzəbləndiyini göstərmiş oldu. Əlbəttə, indiyə qədərki diplomatik ritorikadan kənara çıxan bu cür isterik redaksiyada Rusiyanın sonn günlər Ukraynada düşdüyü çətin vəziyyətin də təsiri açıq aşkar hiss olunmaqdadır. Zaxarovanın bu bəyanatı həm də onun etirafıdır ki, Moskva danışıqlar prosesində öz iştirakını saxlamaq üçün bundan sonra daha açıq şəkildə Qərbin vasitəçilik təşəbbüslərini pozmağa çalışacaq. Bununla yanaşı Rusiya xarici işlər naziri Lavrovun da son açıqlamasında Ermənistan və Azərbaycan arasında sülhün 10 noyabr bəyanatının şərtlərinin qeyd şərtsiz yerinə yetirilməsi ilə mümkün olacağını deməsi, Moskvanın öz nəzarətindən kənar hər hansı sülh anlaşmasını qəbul etməyəcəyini göstərir.
Ona görə də Brüssel danışıqlarından sonra Şarl Mişelin açıqladığı sülh müqaviləsinin mətnin hazırlanması, Sərhəd Komissiyalarının 1 aydan sonra Brüsseldə görüşmələri kimi məsələlər o zaman real nəticə doğurar ki, Rusiyanın müqaviməti, regiondakı təsiri də aradan qalxmış olsun.
İndiki halda isə nə qədər komik görünsə də Azərbaycan və Ermənistan rəhbərliyi eyni məsələ ilə bağlı Brüssel və Moskva arasında paralel proseslər aparırlar. Ona görə də, Qərb əgər Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qurulmaslnda iştirak etmək və Azərbaycan – Ermənistan arasında qalıcı sülhə nail olmaq istəyirsə, ilk növbədə bu ölkələrin Rusiyanın təsirindən çıxarılması üçün real addımlar atmalıdır. Əks təqdirdə, “O olmasın, bu olsun” filimindəki fraqmentə bənzər şəkildə Rusiya və Qərb arasında “oxu, oxuma” deyişməsinə bənzəyən vasitəçilik təşəbbüsləri heç bir nəticə verməyəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir