KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Qərb Putinə qarşı ikinci cəbhəni necə açır?

Fuad Gahramanlı: Qərb Putinə qarşı ikinci cəbhəni necə açır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
325 0

İndi ən çox maraq doğuran məsələ rus xalqının beynəlxalq sanksiya və təcridə qarşı necə reaksiya verəcəyidir. Bəziləri düşünür ki, getdikcə Şimali Koreya kimi dünyadan təcrid olunan rus cəmiyyəti də, bu dəyişikliyə uyğunlaşacaq. Ona görə də Putin dünyadan təcrid olunmuş qapalı mühitdə rus xalqını öz iradəsinə tabe etdirərək, öz diktaturasını sürdürməyə davam edəcək.
Ancaq məsələyə bu cür yanaşma qlobal iqtisadi, mədəni əlaqlərə, təhsil və səhiyyə xidmətlərinə inteqrasiya etmiş, internet vasitəsi ilə beynəlxalq informasiya məkanına daxil olmuş rus cəmiyyətinin tələblərini, dünya görüşünü nəzərə almamaq demək olardı. Birdən birə bu, qədər geniş sahələrdə dünya ilə inteqrasiya etmiş bir cəmiyyəti 40-50 il geriyə atıb, yaşayış şərtlərini dəyişmək, müasir texnologiya və xidmətlərə çıxışlarını məhdudlaşdırmaq istər- istəməz cəmiyyətdə böyük narazılıq və etirazlara səbəb olacaq. Bununla yanaşı maddi gəlirlərin də aşağı düşməsi, infilyasiya, gündən- günə kəskinləşən sosial problemlər də, bu narazılığı daha da genişlənməsinə səbəb olacaq. Ən başlıcası isə rus vətəndaşı üçün bu məhrumiyyətlər nəyə görə yaşadığı ilə bağlı Putinin verəcəyi inandırıcı bir cavab yoxdur. Ukraynanın işğalı isə belə bir itkilər üçün legitim səbəb sayıla bilməz və bunun hər hansı mənəvi-ideoloji əsası yoxdur.
Ona görə də insanlar birdən- birə öz ənənəvi yaşayış şərtlərini itirmələri ilə Ukraynanın işğalı arsında hər hansı bir zərurət əlaqəsi görmədiklərinə görə, Putinin avantürası üzündən boş yerə əziyyət çəkdiklərini düşünəcəklər. Onu da nəzərə alsaq ki, Rusiyanın biznes, mədəni, elmi elitası da hazırkı müharibəyə qarşı açıq çıxış edir, bu halda narazılıqların təkcə xalq kütlələri səviyyəsində olmadığı, siyasi rejimin legitimliyini sarsdığınl da demək olar.
Şimali Koreyada isə durum fərqlidir. Bu ölkənin bədbəxt toplumu dünyadan tam təcrid olunduğu üçün fərqli bir həyat tərzi, texnologiyallar, müasir xidmətlər barədə məlumatsızdırlar. Ona görə də bir ideologiyanın mütləq hakimiyyəti altında olan totalitar rejimdə yaşayan cəmiyyətin istək və tələbləri ilə Rusiya cəmiyyətini eyniləşdirmək olmaz.
Bu səbəbdən bir daha təkrarlayıram ki, qoyulan ağır sanksiyalar rus xalqını Qərbin yumşaq ordusuna çevirərək, Putinə qarşı ölkə daxilində ikinci cəbhə açılmasına səbəb olacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir