KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Qərbin strateji yanlışı nə idi ? Rusiya bu səhvdən necə istifadə etdi ?

Fuad Gahramanlı: Qərbin strateji yanlışı nə idi ? Rusiya bu səhvdən necə istifadə etdi ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
24 0

Ukrayna müharibəsindən sonra Rusiya ilə açıq geosiyasi qarşıdurmaya gedən Qərb son bir ildə Cənubi Qafqazda da Rusiyanı sıxışdırıb çıxarmağa çalışır. Buna nail olmaq üçün Qərb bu gün regionda konfliktləri həllinə, davamlı sülhün əldə olunmasına xüsusi önəm verməkdədir. Bu səbəbdən də Qarabağ konfliktinin tam həlli təkcə sülh arzusu deyil, həm də region ölkələrinin geosiyasi seçimindən asılı bir məsələdir.

Lakin ötən bir ilin təcrübəsi göstərdi ki, Ermənistan və Azərbaycan arasında sülh əldə etməklə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq siyasəti özünü doğrultmur. Çünki Rusiya region ölkələri üzərindəki təsir imkanlarından istifadə edərək, ABŞ-n dəstəyi ilə AB tərəfindən aparılan Brüssel müzakirələrini pozaraq, Qərbin bu planının qarşısınl ala bilir.
.
Görünür bu səbəbdəndir ki, Brüssel müzakirələri pozulduqda sonra Qərb əsas diqqətini region ölkələrini Rusiya təsirindən çıxarmağa yönəldib. Aydın görünür ki, Ermənistan və Azərbaycan Rusiyanın təsirindən çıxmasalar, Moskva onlara öz aralarında sülh razılaşması əldə etməyə imkan verməyəcək. Son vaxtlar Ermənistanın açıq şəkildə Rusiya qarşı həm diplomatik, həm də yumşaq gücdən istifadə edərək etirazlar etməsi, hərbi strateji sahədə Moskva ilə qarşıdurma kursu seçməsi və Qərbə üz tutması təsadüfü deyil. Hələ ki, Qərb Ermənistanı Rusiya orbitindən çıxarmağa daha yaxın görünür. Azərbaycan isə hələ ki, Moskvanın asılılığındadır və Ermənistanla münasibətlərini və Qarabağla bağlı siyasətini Moskva ilə kordinasiya edir. Ona görə də, indi sülhün əldə olunması üçün əsas diqqət Ermənistandan sonra Azərbaycanın Rusiya təsirindən çıxarılmasına yönəldilməlidir.

Bu məsələdə bir faktı da etiraf etmək lazımdır ki, bu gün Azərbaycan hakimiyyətinin Rusiyaya yaxınlığı həm də onun anti demokratik mahiyyəti, Putin rejimi ilə eyni dəyərləri bölüşməsi ilə daha çox bağlıdır. Bu səbəbdən də Qərbin Qafqazda güclənməsini öz hakimiyyət maraqları üçün təhlükə sayan Azərbaycan rəhbərliyi Rusiyanın Qafqazdakı rolunun zəiflədilməsi də də heç də maraqlı deyil.
Bu baxımdan Paşinyanın Qərblə əməkdaşlığa üstünlük verməsinə həm də onun hakimiyyətinin demokratik xarakteri ilə bağlı bir seçim kimi baxmaq lazımdır.
Demək ki, Azərbaycanın da Rusiyanın təsir orbitindən çıxarılması üçün Qərbin burada da demokratiya məsələsinə daha ciddi dəstək verilməsi zəruridir. Əks təqdirdə Qafqazda sülhün əldə olunması Putin hakimiyyətinin süqutuna qədər davam edəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir