KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Qərb Rusiyanı Qafqazda oyundankənar vəziyyətə salıb

Fuad Gahramanlı: Qərb Rusiyanı Qafqazda oyundankənar vəziyyətə salıb

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
45 0

Brüssel danışıqları təkcə sülhün deyil, həm də demokratik Qərb dəyərlərinin önünü açır❗
Azərbaycan və Ermənistan rəhbərləri arasında ötən gün Brüsseldə keçirilən görüş artıq alternativ nizama salma prosesinə çevrilib. Sayca üçüncü olan bu görüş barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuata verdiyi açıqlamadan məlum olur ki, tərəflərin yaratdığı sərhəd komissiyası qarşıdakı günlərdə görüşüb delimitasiyası məsələlərini müzakirə edəcəklər. Həmçinin hər iki dövlət rəhbərliyi kommunikasiya məsələsində də razılığa gəliblər. Bu razılaşmaya Azərbaycanın Naxçıvan ərazisi ilə ölkənin Qərb hissəsi arasında nəqliyyat əlaqəsinin yaradılması, Ermənistan və Azərbaycan arasında beynəlxalq kommunikasiya xətlərinin işə salınması daxildir. Həmçinin tərəflərin yekun sülh sazişi üzərində işi davam etdirməsi də razılaşdırılıb.
Bu razılaşmalar fonunda gələn ay üçün növbəti 4-cü görüşün də nəzərdə tutulması prosesin davamlılığını və səmərəsini təmin etmək baxımından çox əhəmiyyətlidir.
Aydın görünür ki, Aİ-nin vasitəçilik etdiyi Brüssel formatı, getdikcə daha sistemli və səmərəli bir prosesə çevrilərək, Rusiyanın nəzarətindəki ənənəvi danışıqları əhəmiyyətsizləşdirir.
Rusiya isə vasitəçilik etdiyi danışıqlarda heç bir nəticə əldə olunmasında maraqlı olmadığı üçün, ortaya Brüssel prosesinə alternativ hər hansı yanaşma qoya bilmir. Putinin nəzarətindəki danışıqlar prosesinin səmərəsizliyi fonunda bu gün Avropa İttifaqının obyektiv və tərəfsiz vasitəçiliyi və görüşlərdə konkret razılaşmalar əldə olunması, istər- istəməz Moskvanı oyundankənar vəziyyətə salır. Belə olan halda Rusiya nizamasalma prosesində öz mövcudluğunu saxlamaq üçün, getdikcə daha çox sülh danışıqlarını pozmağa çalışacaq. Əslində ötən 6 aprel Brüssel görüşündən sonra Paşiniyanı Moskvaya çağırmaqla bunu etməyə çalışdı. Daha sonra isə məlum oldu ki, Putin Ermənistandakı 5- ci kalonun təşkil etdiyi mitinqlər yolu ilə Brüssel danışıqlarını pozmağa və Paşiniyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır.
Ancaq Ukraynanada məğlubiyyətə uğrayan Putinin bu imkanları hər gün biraz daha da zəifləməkdədir.
Xatırlayırsınızsa, birinci Brüssel görüşündən öncə Paşiniyan və Əliyev Putinin yanına gedərək bir növ ondan Brüsselə getmək üçün razılıq almışdılar. 6 apreldə keçirilmiş ikinci görüşdən sonra isə Əliyev və Paşiniyan telefonla ona zəng edərək danışıqlar barədə məlumat (hesabat) vermişdilər. Bu dəfə isə Brüssel görüşü barədə Putinə hesabat verilmədi. Bu getdikcə Qərbin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesini Rusiyanın nəzarətindən çıxardığını göstərir.
Sonda onu da qeyd edək ki, Qərbin Azərbaycan və Ermənistan arasındakı danışıqları öz nəzarəti altına alıması, təkcə təhlükəsizlik məsələsi olmayıb, bütövlükdə Cənubi Qafqazın Qərbə inteqrasiyasına və demokratik dəyərlərinin regionumuzda möhkəmlənməsinə xidmət edir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.