KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Qərb niyə Ukraynada uzun müddətli müharibə variantını seçib

Fuad Gahramanlı: Qərb niyə Ukraynada uzun müddətli müharibə variantını seçib

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
296 0

Rusiyanı iki variantda məğlub etmək planı:

Ukrayna müharibəsi uzandıqca Rusiyanı gözləyən məğlubiyyət ssenarisnin konturları da aydın görünməyə başlayır. Bu gün Ukraynaya göstərilən hərbi yardımın texniki parametrləri onu göstərir ki, Qərbin məqsədi heç də Rusiyanın Ukraynada qısa müddət ərzində məğlub olması deyil. Əgər, Rusiya qısa müddət ərzində Ukraynada hərbi baxımdan darmadağın olarsa, bu zaman ölkənin mövcud resursları tam tükənmədiyi üçün Putin rejimi də öz varlığını davam etdirə, Rusiya isə imperiya iddialarını sürdürməkdə davam edə bilər. Ona görə də, bu gün Ukrayna ordusuna elə silahlar verilir ki, bu daha çox Rusiyanın irəliləməsini durdurmağa və kiçik miqyaslı taktiki əks həmlələr həyata keçirilməsinə imkan verir.
İndiyədək Ukraynaya verilmiş ən güclü ABŞ silahı M777 haubitsalarıdır ki, bu artilleriya sistemləri hesabına Ukrayna ordusu düşmənə ağır itkilər vetdirməkdədir. M777 haubitsalarının vurma məsafəsi 30 km, mərmisinin dağldıcılıq radiusu isə 5-6 metr hesab olunur. Ancaq, Ukrayna Ordusu Baş komandanı Valeri Zalujnı ABŞ-n “Politco” nəşrinə müsahibəsində deyib ki, onlar ABŞ-dan uzun müddətdir ki, “M-270” yaylım atəş sistemləri və “” M-142 HİMARS” raketləri istəsələr də, hələ ki, bu silahlar onlara verilmir. Bu atəş sistemləri veriləcəyi təqdirdə Ukraynaya ordusu cəbhədə hərbi üstünlüyü ələ alıb qısa müddət ərzində rus ordusuna çox böyük zərbələr vura bilər. Məlumat üçün deyək ki, 227 mm-lik “M-270” yaylım atəş sistemlərinin vurma məsafəsi 120 km, bir mərmisinin dağıtmaq radiusu isə 25 metrdir. 227 mm-lik “M-142 HIMARS” -raketləri isə 300 km məsafəyə qədər dəqiq vurma qabiliyyəti olan hücum zərbə sistemləri hesab olunur.
Bu yüksək dağıdıcılıq qabiliyyəti olan uzaq mənzilli hücum silahlarının Ukrayna ordusuna bir müddət sonra, gələcəkdə veriləcəyi gözlənilir. O müddətə qədər isə Rusiya ordusunun döyüşlərdə itkiləri artmaqla yanaşı, ölkənin maddi resurslarının da getdikcə böyük bir hissəsinin daha çox tükənəcəyi planlaşdırılır . Hesablamalar Rusiyanın bu günə qədərki müharibə xərclərinin 72 milyard dollar olduğunu göstərir. Bundan əlavə hərbi texnika itkisi isə 7 milyard dollara həcmində qiymətləndirilir. Bu müddət ərzində Avropa İttifaqının 6- cı sanksiya paketi qəbul ediləcəyi təqdirdə Avropaya neft satışından məhrum olacaq Rusiyanın günlük 900 milyon dollarlıq müharibə xərcini qarşılamaq imkanları da qalmayacaq. Bu xərclərin yükü altında Rusiya, təkcə Ukraynada hərbi məğlubiyyətə deyil, həm də keçmiş SSRİ – nin aqibətini yaşamağa doğru sürüklənir. Çünki müharibənin uzanması Rusiya üçün cəbhədə aldığı zərbələrə bərabər ağır maliyyə itkilərinə, böyük xərclərə səbəb olur. Qeyd edək ki, Rusiyanı bu cür məğlub etmə planı strateji baxımdan daha ağıllı və doğru bir seçimdir. Zamanı uzadaraq Rusiyanı resursları tükədildikdən sonra hərbi baxımdan məğlub etmək, Putin rejiminin revanş imkanlarını və Rusiyanın imperiya kimi yenidən dirçəlməsinin qarşısını alacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir