KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Qərb Azərbaycandan qərar verməyi tələb edir

Fuad Gahramanlı: Qərb Azərbaycandan qərar verməyi tələb edir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
309 0

Azərbaycan bu tələbdən yayına biləcəkmi

Azərbaycan hakimiyyəti hər nə qədər görməzdən gəlməyə çalışsa da, nəhəng geosiyasi dəyişikliklər dalğası regionumuza təsir göstərməkdədir. İlham Əliyev və komandası bu cür davranışla dəyişən geosiyasi reallığın Azərbaycanın iç siyasətinə təsirini önləməyə, ölkə xaricində baş verənlərlərin cəmiyyətidə demokratik tələblər doğurmasının qarşısını almağa çalışırlar. Bu vəziyyət uzun illər ərzində Qərb və Rusiya arasında geosiyasi tarazlıq üzərində bərqərar olmuş bir rejimin , bu tarazlığın dəyişməsinə hazır olmadığını göstərir. O üzdən də hakimiyyətdə olanlar yeganə çıxış yolunu xalqa “biz dəyişməyəcəyik” mesajını verməkdə görürlər. Ancaq hara qədər?
Azərbaycan iqtidarı üçün məsələnin çətinliyi ondadır ki, Qərb yaranmış şəraitdə Azərbaycana seçim təklif etmir, ortada təklif deyil, açıq aydın imperativ tələb var. Ya Rusiya, ya da anti-Rusiya koalisiyasında olmaq tələbənə konkret, aydın cavab vermək istənilir.
Bu baxımdan ABŞ Dövlət katibi Blinkenin İlham Əliyevə telefon zəngi zamanı bu mesaj açıq şəkildə deyilmişdi ki, Rusiya və onun müttəfiqlərinə münasibət eyni olacaq. Bu gün Azərbaycan iqtidarının Rusiya ilə bağlılığa rəğmən Qərbə Putinin müttəfiqi kimi görünməmək siyasəti özünü aldatmaq cəhdindən başqa bir şey deyil. İngiltərə Silahlı Qüvvələr nazirinin Gürcüstana və Azərbaycana etdiyi səfərdən sonra Gürcüstan prezidenti ölkəsinin Qərbin sanksiyalarına qoşulduğunu açıq şəkildə bəyan etdi. Daha sonra isə, heç kimin gözləmədiyi halda Qazaxıstan nəinki Rusiyanın müstəqil dövlət kimi tanıdığı qondarma Donetsk və Luqanskı tanımadığını bildirdi, hətta Moskvaya qarşı qoyulmuş sanksiyalara qoşulduğunu bəyan etdi. O biri tərəfdən də bir neçə gün öncə Özbəkistan da, Rusiyaya qarşı mövqe qoyaraq Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Regiondakı bütün bu dəyişikliklər fonunda Azərbaycan hakimiyyətimin nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmaması, hətta Özbəkistan səviyyəsində belə mövqe bildirməməsi, beynəlxalq təşkilatlarda Ukrayna ilə bağlı səsvermələrdə uşaq kimi qaçıb gizlənməsi kənardan Rusiya meyilli bir mövqe təəsüratı yaradır.
Görünən odur ki, Azərbaycan hakimiyyətində hələ də Ukrayna müharibəsinin geosiyasi mahiyyətini doğru şəkildə anlamamaq problemi var və hesab olunur ki, balaca uşaqların oynadığı “gizlənpaç” oynu ilə bu mərhələni yola vermək olacaq. Bu gün Qərb təkcə rus qoşunlarının Ukraynadan qovulmasını deyil, həm də əsas strateji hədəf kimi Rusiya imperiyasının çökdürülməsini, Putin rejiminin devrilməsi məqsədini həyata keçirməyə çalışır. Ona görə də, Qərbin Azərbaycanı Rusiyadan qoparmaq, ayırmaq siyasəti rus imperiyasının demontaj etmək, öz satellitlərindın ayırıb zəiflətmək siyasətinin tərkib hissəsidir. Ona görə də Azərbaycan iqtidarının bu dəfə aradan çıxmaq imkanı olmayacaq.
Əslində İngiltərə Silahlı Qüvvələr naziri Hippi İlham Əliyevə bu mesajı çatdırmaq üçün gəlmişdi. Qərbin bu məsələyə yanaşması iki mərhələli nəzərdə tutulur. Birinci mərhələdə Azərbaycan siyasi və təhlükəsizlik baxımından Rusiyadan qoparılaraq anti Rusiya koalisiyasına cəlb edilir, sanksiyalara qoşulur, ikinci mərhələdə isə İlham Əliyevdən Qərb standartlatına uyğunlaşmaq, demokratik açılım edilməsi tələbi gündəmə gəlir. Əslində İlham Əliyevin Rusiyadan uzaqlaşmamaq istəyi, məhz, ikinci mərhələdə üzləşəcəyi bu demokratikləşmə tələbinə görədir.
Ancaq hər zaman şans gətirmir və bu dəfə İlham Əliyevin Qərbin tələblərindən yayınmaq cəhdi alınmayacaq .
Bu baxımdan çox önəmlidir ki, dünən ABŞ özünün “münaqişələrin önlənməsi ilə bağlı yeni strategiyasını” elan edib. Bu strategiya bizim də regionunda əhatə etməsi çox önəmli məsələdir. Haqqında danışdığımız yeni strategiyanın əsas məğzi Rusiyanın yarada biləcəyi təhlükəsizlik təhdidlərini, qızışdırmaq istədiyi münaqşələrin qarşısını öncədən almaqdır. Bundan ötrü isə ABŞ nəzərdə tutulan regionlarda təhlükəsizliyə nəzarətin özünün və müttəfiqlərinin əlinə keçməsinə, Rusiyanın təsirlərinin qarşısının alınmasına çalışacaq. Gözlənilir ki, bu postsovet məkanının ən çox gündəmdə olan münaqişəsi sayılan Qarabağ məsələsinə də Putinin müdaxiləsinin qarşısını almaqdan ötrü ciddi addımlar atılacaq. Yəni ABŞ Moskvanı Qafqazdan qovmağa hazırlaşırsa, iki seçim qalır, ya Qərblə, ya da ki, əzilmiş Rusiya ilə birgə olmaqdan başqa seçim qalmır.
Bu baxımdan aprelin 6 da Brüsseldə İlham Əliyevlə Paşiniyan arasında keçiriləcək görüş sülh razılaşmasından daha çox, Rusiyasız danışıqlar platformasını formalaşdırmaq məqsədi güdür. Məhz ABŞ-n ATƏT- dəki nümayəndəsinin bu görüşə açıq dəstək bildirməsi də, Rusiyanı prosesdən uzaqlaşdırmaq niyyəti ilə bağlıdır.
Belə bir şəraitdə Azərbaycan hakimiyyəti zaman sürətlə daralır və geosiyasi seçimlə bağlı qərarı vermək tələb olunur. İstənilən halda geosiyasi seçim qərarı ölkənin daxili siyasətində öz, təsirini göstərəcək. Çünki Rusiyailə birgə olmağın şərtləri, Qərblə əməkdaşlığın şərtlərindən tam fərqlidir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir