KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinin Ukrayna ərazilərini Rusiya birləşdirməsi nəyə yol açacaq

Fuad Gahramanlı: Putinin Ukrayna ərazilərini Rusiya birləşdirməsi nəyə yol açacaq

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
234 0

Ukrayna artıq Rusiya daxilinə zərbələr endirə biləcək.
ABŞ Ukraynaya daha güclü hərbi yardım edəcəyini bəyan etdi.
Putin dünən Rusiya üçün fəlakət ssenarisinə imza atdı. Kremlin Georgiyevski zalında keçirilən təntənəli mərasimdə Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojya vilayətinin və Xerson vilayətinin Rusiyaya birləşdirilməsi elan edildi və rəsmiləşdi.. Bununla da Rusiya Ukrayna müharibəsinin sülh, danışıqlar yolu ilə həlli imkanlar tamamən ortadan qalxmış oldu.
Bu o deməkdir ki, bundan sonra Rusiya üçün adları çəkilən ərazilərə Ukrayna ordusunun daxil olması, zərbələr endirməsi Rusiyaya qarşı müharibə, ərazi bütövlüyünün pozulması hesab olunacaq. Ancaq Rusiya buna qarşı indiyə qədər etdiyindən fərqli olaraq nəsə edə biləcəkmi? İndi əsas məsələ budur.
Putinin son ümidi olan səfərbərlik əsasında formalaşdırılan ordu müasir hərbi texnika və silah imkanları hər gün artan, peşəkarlığı daha üstün olan Ukrayna ordusu qarşısında məğlub olacaqsa, bu Rusiya üçün daha ağır nəticələrə yol açacaq. Çünki bu zaman Putin artıq başqa ölkənin ərazisində mövqe itirmiş sayılmayacaq. Onun öz təbirincə demiş olsaq artıq bu halda Ukrayna ordusunun ilhaq edilən ərazilərdə azad etdiyi hər kəndə, qəsəbəyə görə Rusiya torpaqları zəbt edilmiş, ərazi bütövlüyü pozulmuş sayılacaq. Bunu durdura bilməyən Putin öz ölkəsinin sərhədlərini qorumaq iqtidarında olmayan bir rəhbər kimi daha zəif və məğlub vəziyyətə düşmüş qalacaq.
Əslində, Putinin bu qərarı Ukrayna üçün hərbi strateji baxımdan çox xeyirli sayıla bilər.
Çünki, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qərarından dərhal sonra ABŞ prezidenti Bayden bildirdi ki, “Biz Ukraynaya elə silahlar verəcəyik ki, onunla öz ərazilərini azad edə bilsin”. Rusiyanın öz işğal siyasətini rəsmiləşdirdiyi ərəfədə ABŞ Senatı Ukraynaya 12 milyard dollardan artıq yardım paketini təsdiq etdi. 1,1 milyard dollarlıq son yardım paketi çərçivəsində Ukraynaya əlavə 18 HİMARS göndəriləcək ki, bu cəbhədə USQ – nin hərbi üstünlüyünü xeyli artırmış olacaq. Ayrılmış bu yardımlar çərçivəsində silahlar Ukraynaya daxil olduqca, döyüşən tərəflər arasında fərq nisbəti daha da dəyişmiş olacaq, rus ordusu indikindən daha acınacaqlı vəziyyətə düşəcək, Qərb silahları qarşısında məğlubiyyətlə barışmaqdan başqa çarəsi qalmayacaq.
NATO Baş Katibi Stoltenberq isə dünən keçirdiyi brifinqdə Putinin nüvə şantajı qarşısında geri çəkilməyəcəklərini və Ukraynanı qələbə qazanana qədər dəstəkləyyəcəklərini nəzərə çatdırdı. O, Putinin Ukrayna ərazilərini Rusiyaya birləşdirmək qərarına cavab olaraq, Zelenskinin NATO üzvlüyünə müraciətini Ukraynanın öz yolunu seçməkdə müstəqil olma haqqı saydığını bildirdi. Stoltenberq brifinqdə Ukraynanın üzvlük məsələsinin sürətli həlli üçün 30 NATO ölkəsinin konsensusunun lazım gəldiyini deməklə, əslində, məsələnin kollektivi iradə ilə həllinin mümkünlüyünə işarə etmiş oldu.
Son olaraq qeyd edək ki, Putinin Ukrayna ərazilərini Rusiyaya birləşdirilməsi qərarı hərbi strateji baxımdan Ukrayna üçü daha əlverişli vəziyyət yaradır. Çünki, bir tərəfdən bu məsələ Ukraynaya Qərbin dəstəyini artırırkən, digər tərəfdən də döyüşlərdə USQ qarşısındakı Rusiya sərhədi məhdudiyyətinin də aradan qaldırmış olur. Bu günə qədər Qərb ölkələri Ukraynaya silah verərkən, Rusiya ərazilərinə zərbə vurmamaq məhdudiyyəti qoyirdularsa, artıq bundan sonra belə bir məhdudiyyətlər də olmayacaq. Çünki, Ukraynaya aid əraziləri Moskva indi özününkü saydığından, əvvəlki Rusiya sərhəddi anlayışı da aradan qalxmış olur və ona görə də Ukrayna ordusunun önündəki sərhəd məhdudiyyət də aradan qalxmış olur. Bundan sonra USQ həm HİMARS – lar üçün alacağı uzaq mənzilli ATACMS raketləri və digər uzaq mənzilli artileriya sistemləri ilə düşmənnin 300 km-ə qədər dərinlikdə olan hərbi hədəflərini vurmaqla qarşı tərəfə daha ağır zərbələr endirmək imkanları qazanmış olacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir