KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinin nüvə şantajı da işə yaramır

Fuad Gahramanlı: Putinin nüvə şantajı da işə yaramır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
245 0

İndi o, ordusundan daha çox, hakimiyyətini qorumağa hazırlaşır.

Rus generaliteti uduzduğunu anlayır.

Putinin nüvə şantajı da bir işə yaramır. İndi o, hər şey edir ki, Qərbi inanbdırsın ki, blef eləmir, doğurdan da ciddidir, taktiki nüvə silahını işlədə bilər. Qərb də ona cavab verir ki, niyyətinin ciddi olduğunu qəbul edir, blef olmadığına inanır, ancaq nüvə silahına əl atılacağı təqdirdə bunun çox ağır cavabı olacağını da bilməlidir. İndi Qərbin belə bir kəskin və qətiyyətli mövqeyi Putini çıxılmaz duruma salıb.
NATO Baş Katibi Stoltenberq, ABŞ-n müdafiə naziri Ostin dəfələrlə bildiriblər ki, Putinə və onun hərbi rəhbərliyinə çatdırıblar ki, Ukraynada nüvə silahı işlədilərsə, NATO bunu cavabsız qoymayacaq.
Belə görünür ki, Putinin hesablanması bu dəfə də özünü doğrultmadı. Avropanı qazla şantaj etmək, səfərbərliklə Ukraynanı qorxutmaq, anneksiya qərarı ilə işğal etdiyi 4 vilayəti Rusiya ərazisi olaraq toxunulmaz etmək cəhdləri boşa çıxdığı kimi, indi də nüvə ilə hədələmək, qorxutmaq cəhdləri də alınmır, əks nəticə verir. Stoltenberq açıq mətnlə ifadə etdi ki, əgər biz Putinin nüvə şantajı qarşısında geri çəkiləsi olsaq, o daha da irəli getmək istəyəcək və bu başqaları üçün də pis nümunə olacaq. Ona görə də, istər anneksiya qərarı veriləndən, istərsə də nüvə təhdidi səsləndiriləndən sonra, Qərb Ukraynaya olan yardımlarını daha da artırmaqla Putinə qorxmadığını göstərən cavab verir. Artıq bilindiyi kimi Ukraynaya əvvəl 4, sonrakı partiyada isə 18 HİMARS verilməsi nəzərdə tutulur. Bu dəfəki yardım paketinə 300 km məsafəni vuran HİMARS – lar üçün ATACMS raketlərinin daxil edilməsi, Rusiyanın nüvə təhdidinə verilən tutarlı cavab hesab oluna bilər. Bundan əlavə Pentaqon sözçüsü bildirib ki, artıq ABŞ Krımda olan hərbi obyektləri Ukrayna üçün legitim hədəflər sırasına daxil edib.
Putin isə Qərbin onun üstünə belə gəlməsinə, Ukraynaya edilən yardımları daha da artırmasına müqavimət göstərə bilmir. Bu gün o, özünü saldığı bataqlıqdan çıxmaq üçün nə edirsə, əks nəticə verir, daha dərinə batırır. Cəbhədə məğlubiyyətlərin sayı artdıqca, Putinin ordu üzərində nəzarət getdikcə zəifləyir. Artıq aydın görünür ki, rus ordusu döyüşmək istəmir və Ukrayna hər gün anneksiya edilmiş, Rusiyanın özününkü saydığı yeni əraziləri azad edir. Rus ordusunun geri çəkilmə sürəti, döyüş texnikasını atıb qaçması onu göstərir ki, təkcə əsgərlər deyil, Rusiya ordu rəhbərliyi də daxilən məğlubiyyət faktı ilə barışmağa başlayıb. Xüsusi ilə Xarkovun və Liman şəhərinin azad olunması faktı onu göstərdi ki, , Rusiya generalitetinin bir qismi, artıq Ukraynada ordunun tam məhv olmadan geri çəkilməsini daha məqbul variant sayır. Bu baxımdan Kadırovun Liman şəhərinin təslim olmasına görə Baş Qərargah rəisi Gerasimovu ittiham etməsinə , Rusiyaya hərbi rəhbərliyindəki məğlub əhval ruhiyyəyə qarşı Putinin qəzəbinin ifadəsi kimi də baxmaq olar.
Gözləmək olar ki, Ukraynafa hərbi məğlubiyyət dərinləşdikcə bu, Kremldə hakimiyyət böhranına, daxili ixtilaflara yol açsın. Çünki Putin cəbhədəki məğlubiyyətin məsuliyyətini kimlərinsə üstünə atıb, onları qurban verməlidir ki, özünü xilas edə bilsin. Dünən onun Kadırova general – polkovnik rütbəsi verməsi də, ətrafında olan generallarla indidən gələcək qarşıdurmaya hazırlaşaraq özünə əlavə güc, tərəfdar yığması məqsədi daşıyır. Bu isə o deməkdir ki, Putin də artıq daxilən məğlubiyyət faktını qəbul edərək, etdiyi böyük cinayətin məsuliyyətindən yaxa qurtarmaq, hakimiyyətini və özünü qorumaq üçün hazırlıqlara başlayıb.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir