KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinin inadı nasıl sonuçlanacak

Fuad Gahramanlı: Putinin inadı nasıl sonuçlanacak

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
194 0

Kremlin çat verən iradəsi və Priqojinin xəbərdarlığı.

Putinin inadı nə ilə nəticələnəcək?

“Vaqner” hərbi qruplaşmasının başçısı Yevgeni
Priqojinin Rusiyanı Ukraynada apardığı müharibəni dayandırmağa çağırması diqqət çəkən bir məsələdir. O, bildirib ki,” Əks halda bu proses Rusiyanın dağılmasına səbəb olacaq”
Priqojinin bu açıqlaması onu göstərir ki, Kremlin müharibəni davam etdirməklə bağlı iradəsi artıq tükənmək üzrədir. Nəzərə alsaq ki, o, Rusiyanın hərbi imkanları haqqında ən məlumatlı şəxslərdən hesab olunur və mühüm dövlət sirlərinə çıxışı var, o zaman Priqojinın xəbərdarlığını kifayət qədər ciddi qəbul etmək lazımdır.

Priqojinin açıqlaması həm də Rusiyanın hərbi siyasi elitasının ovqatını göstərir və belə məlum olur ki, Ukraynada döyüşlərun davam etdirilməsi bu gün rus hakim elitaslnın kollektivi iradəsini deyil, Putinin inadını əks etdirir. Maraqlıdlr ki, Putinin ən yaxın ətrafına daxil olan şəxs artıq çəkinmədən bu inadına dövlət üçün nə qədər təhlükəli nəticələr doğura biləcəyini açıq formada dilə gətirməkdədir.

Ukrayna ordusunun gözlənilən geniş miqyaslı əks hücumu qarşısında Rusiya böyük itkilər hesabına bir müddət də işğal etdiyi ərazilərin bir hissəsini əlində saxlaya bilər. Ancaq, bu zaman ruslar ön döyüş xəttindəki əsas canlı qüvvəni və texnikanı əhəmiyyətli dərəcədə itirmiş olacaqlar.
Düzdür, Ukrayna da bu zaman əhəmiyyətli itkilər verməli olacaq, ancaq, nəzərə alınmaq gərəkdir ki, Kiyev öz itkilərinin yerini doldurmaq üçün Qərbdən davamlı dəstək alır. İqtisadiyyatı sanksiyalar altında əzilən və Sovetdən qalma rezervləri tükənməkdə olan Rusiyanın itirdiyi hərbi imkanlarını yenidən bərpa üçün üz tutacağı, yardım alacağı bir ünvan, ölkə yoxdur. Ona görə də Ukraynanın gözlənilən əks hücumundan sonra Putinin müharibəni uzun müddətə davam etdirmək üçün resursları daha çox tükənmiş olacaq.

Bu günlərdə Putin Rusiyada hərbi səfərbərliyə elektron qaydada çağırış qaydasının tətbiqi üçün yeni bir fərman imzalayıb. Bu fərman 35 milyon nəfəri əhatə edir. Putin bununla Ukraynanın gözlənilən hücumu qarşısında yaranacaq ağır itkilərin yerini doldurmağı planlaşdırır. Düşünülür ki, elektron çağırış qaydasına keçid səfərbərlik işini cəmiyyətdə narazılıq yaradan bir kompaniyaya çevirmədən, onu nisbətən qapalı bir şəkildə davamlı bir proses kimi aparmağa imkan verəcək.

Bu gün görünən odur ki, Putin Ukraynada
Rusiyanı dövlət olaraq resurslarını tam tükəndirərərək məğlub olmaq yolunu seçib. Ancaq onun bu inadı artıq öz ətrafı tərəfindən belə əvvəlki kimi dəstəklənmir. Belə bir şəraitdə Putinin sona qədər dirənməsi Priqojinin dediyi kimi təkcə cəbhədəki hərbi məğlubiyyətlə yekunlaşmyacaq, həm də Rusiyanın dağılmasına yol aça bilər.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir