KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Putinin hər iki ölkə başçısı ilə gərgin danışıqlar aparacak

Fuad Gahramanlı: Putinin hər iki ölkə başçısı ilə gərgin danışıqlar aparacak

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
221 0

Bu gün Soçidə Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü keçiriləcək. Görüş öncəsi yayılan məlumatlar göstərir ki, Putinin hər iki ölkə başçısı ilə gərgin danışıqlar aparacaq. İlk növbədə gözlənilir ki, Putin həm Əliyevi, həm də Paşinyanı “Vaşinqton planından” imtinaya vadar edib, Rusiyanın təklif etdiyi 15 bəndlik sülh layihəsini qəbul etdirməyə çalışacaq.
Paşinyanın bu məsələdə itiriləcəyi elə bir şey yoxdur. Əksinə, o, Putin planını qəbul ediləcəyi təqdirdə bunu öz qələbəsi kimi təqdim etmək imkanı qazanacaq. Bu zaman Azərbaycanla sülh razılaşması ilə yanaşı , Qarabağın statusunun gələcək danışıqların predmeti kimi saxlanılması, Ermənistanın maraqlarına tam uyğundur. Üstəlik Putinin təklif etdiyi kimi Qarabağdakı rus ordusunun saxlanma müddətinin 15-20 il uzadılması, o demək olar ki, Paşinyan Qarabağdakı ermənilərin təhlükəsizliyini Rusiyanın üzərinə qoyub, Azərbaycanla Rusiyanı Qarabağda qarşı- qarşıya buraxıb özü oyunundan çıxmaq imkanı qazanacaq . Onsuz da onun məqsədi Azərbaycanla sülh əldə edib, sonra Türkiyə ilə münasibətləri normallaşdırmaq və münaqişəni bitirib Qərbə doğru yol almaqdır.
Azərbaycan isə bu halda uduzan tərəfə çevirilə bilər. Çünki Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin etməyi nəzərdə tutan Vaşinqton planından imtina etmək, həm Qarabağın statusunu yenidən müzakirə predmetinə çevirər, həm rus ordusunun orda qalma müddətini uzadar, həm də ki, bütün bunlara görə bizim uzun müddətə Rusiya asılılığında qalmağımıza səbəb olar. Ona görə Putinin təqdim etdiyi plan anti – Azərbaycan layihəsi kimi rədd olunmalı və bu məsələnin müzakirəsindən ümumiyyətlə imtina edilməlidir. Bu baxımdan bu günkü Soçi görüşündə Paşinyan da çox maraqlıdır ki, Putinin öz təklifini İlham Əliyevə qəbul etdirə bilsin.
Diqqət edin, Ermənistan hələ sentyabrda Rusiyanın 15 maddəlik planına razılıq verdiyi halda, oktyabrın 6- da da Praqada keçirilən görüşdə Vaşinqton layihəsinə də razılaşıb. Demək ki, Soçidə İlham Əliyev Putinin diktəsini qəbul etməyəcəyi təqdirdə, Ermənistanla Vaşinqton planı əsasında danışıqları aparmaq və Azərbaycanın mənafeyinə uyğun sülh əldə etmək problem olmayacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir