KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanli: Putin uduşları deyil, itkiləri nəzərə alaraq qərar verməyə məcburdur

Fuad Gahramanli: Putin uduşları deyil, itkiləri nəzərə alaraq qərar verməyə məcburdur

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
331 0

Putin dünyanın əsəbləri ilə oynayır. Məlumat yaymışdılar ki, Ukrayna sərhədlərinə yığdıqları ordunun bir hissəsini geri çəkiblər. Ancaq ABŞ kəşfiyyatının əldə etdiyi görüntülər bu məlumatların yalan olduğunu üzə çıxardı. Belə çıxır ki, Putin bu yolla beynəlxalq ictimai rəyi sakitləşdirib müharibə niyyətində olmadığını göstərir ki, hücuma keçəndə də ilk atəş açanın Ukrayna olduğunu idda edə bilsin.
Zelenski ötən gün bildirdi ki, Ukrayna NATO üzvlüyü iddiasından geri çəkilməyəcək. Bu bəyanat qarşılığında Rusiyanın Dövlət Duması da qondarma Donbas və Luqansk respublikalarını tanımaqla bağlı Putinə müraciət edib. Rusiyanın bu avantürası rəsmiləşərsə Minsk anlaşması və Normand dördlüyü çərçivəsində aparılan prosesin üstündən xət çəkilmiş olacaq. Əslində bütün bunlar Rusiyanın Ukraynaya təsir mexanizmlərinin tam bitdiyini göstərir və indi əldə yeganə vasitə kimi ancaq hərbi müdaxilə variantı qalır.
Ukrayna isə sözün əsil mənasında Rusiyanı öz içərilərində gözləyir. Ukrayna ordusunun sərhəddə döyüşdən daha çox hücum edəcək rus ordusuna qarşı xalqla birgə ölkənin içərilərində müqavimət göstərəcəyi gözlənilir. Bu variantı vaxtı ilə Napoleonun Rusiyanın içərilərinə girib məğlub olmasına bənzətmək olar. Qərbin Ukrayna ordusuna verdiyi silahlar da, indiki halda daha çox asimmetrik savaş aparmaq üçün nəzərdə tutulub. Rusiya isə öz hərbi üstünlüyünə görə Ukrayna ordusuna qarşı uğur qazanacağına əmin olsa da, məsələnin bununla bitməyəcəyini, ölkənin daxilində kütləvi xalq müqaviməti ilə rastlaşacağını nəzərə alır. Bu Çeçenistan təəccrübəsini yaşamış dövlət üçün çox təhlükəli bir variantdır. Ukrayna xalqının bu müqavimətinə Qərbin də açıq dəstəyi Putinin məğlubiyyət qorxusunu daha da artır.
Ancaq Rusiya rəhbərliyi anlayır ki, bu qədər hərbi qüvvə cəmləyib, dünyanı da qarşısına alandan sonra heç bir nəticə əldə etmədən geri çəkilmək Putinin prestijini, avtoritetin də sarsıdacaq.
Ona görə də Rusiya rəhbərliyi bu gün uduşu olmayan bir seçim qarşısındadır. Bu baxımdan Putinin hər iki variantda məhz daha çox öz itkilərinin miqyasını hesablayaraq qərar verəcəyi gözlənilir.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir