Warning: file_put_contents(/home/vgnkafka/public_html/wp-content/advanced-cache.php): failed to open stream: Disk quota exceeded in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php on line 738

Warning: file_put_contents(/home/vgnkafka/public_html/wp-content/advanced-cache.php): failed to open stream: Disk quota exceeded in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/fallback_cache.class.php on line 116

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 547

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 548

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 549

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 605

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 606

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 607

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 608

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 609

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 610

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 611

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/vgnkafka/public_html/wp-content/plugins/wp-optimize/cache/class-wpo-page-cache.php:738) in /home/vgnkafka/public_html/wp-content/plugins/wp-cloudflare-page-cache/libs/cache_controller.class.php on line 612
Fuad Gahramanlı: Putin qaş düzəltdiyi yerdə, vurub Rusiyanın gözünü də şıxartdı - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putin qaş düzəltdiyi yerdə, vurub Rusiyanın gözünü də şıxartdı

Fuad Gahramanlı: Putin qaş düzəltdiyi yerdə, vurub Rusiyanın gözünü də şıxartdı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
329 0

Səfərbərlik qərarından sonra ruslar səfərb olub ölkədən qaçırlar.

Putin Rusiyanı sonu görünməyən bir fəlakətə sürükləyir və bu artıq qarşısıalınmaz prosesə çevrilib. Dünən onun səfərbərliklə bağlı verdiyi qərar, bu adamın getdikcə daha çox isterikaya qapıldığını, yüz minlərlə insanı qurban vermək hesabına öz hikkəsini həyata keçirməkdə qərarlı olduğunu göstərdi.
Ancaq bəlli oldu ki, Rusiya cəmiyyəti heç də Putinin müharibə istəyini bölüşmür. Ukrayna müharibəsini başlayanda Putin qarşı tərəfin müqavimət göstərə bilməyəcəyini düşünməklə necə səhv etmişdisə, bu dəfə də səfərbərlik qərarı verəndə rus cəmiyyəti ilə bağlı buna bənzər yanlışa yol verdi.
İşğala haqq qazandıran rəsmi təbliğat və əks fikirin sərt cəzalandırılması fonunda rus xalqının müharibəyə hazır olması ilə bağlı yaradılmış yanlış görüntü, elə dünən sabun köpüyü kimi dağıldı. Səfərbərliyin elan ediləndən heç bir gün keçməmiş rusl cəmiyyəti “əks səfərbərlik” edib ölkədən qaçmağa başladı. Rusiyanın Qafqazdan tutmuş Finlandiya ilə sərhədlərinə qədər uzun – uzadı sərhəd növbələri yarandı. Moskva və digər şəhərlərdə müharibə və səfərbərlik əleyhinə etiraz aksiyaları keçrildi. Bununla da rus cəmiyyəti döyüşmək , başqa ölkədə qurbanlar vermək istəmədiyini açıq nümayiş etdirdi. İrəlidəki günlərdə bu davam edəcək.
Ancaq dünənə qədər cəza qorxusuna görə, susub etiraz səsini çıxara bilməyən ruslarla bağlı belə bir təəsürat vardı ki, onlar da Putinin faşist ambisiyaları üçün hər cür qurban verməyə hazırdırlar. İndi ölüm qorxusu həbs qorxusundan daha güclü olduğu üçün ruslar səfərbərliyə etiraz etməyə başlayırlar. Müharibəyə etiraz edən, ona görə mərhumiyyət və qurbanları vermək istəməyən bir xalqla bundan sonra necə uzunmüddətli müharibə aparmaq olacaq ? Bu arxa cəbhədə yeni daxil bir böhrana, hakimiyyətlə cəmiyyət arasında getdikcə dərinləşən sosial konfliktə yol açmayacaqmı? İndi Putin, təkcə Ukrayna ordusu və və onun Qərbdən olan müttəfiqləri ilə deyil, həm də bu suallarla qarşı qarşıyadır.
Dünənki vəziyyət təkcə rus ordusunun deyil, həm də rus xalqının Ukrayna xalqına məğlub olduğunu üzə çıxardı. Hətta iş o yerə çatıb ki, Rusiya Baş Prokuroru açıqlama verib deyir ki, etiraz aksiyalarında iştirak edənləri tutub müharibəyə göndərəcəyik. Bu isə onu etirafıdır ki, ümumi rəy müharibədə iştirakı Vətən uğrunda göstərilən şərəfli bir fədakarlıq kimi deyil, cəza olaraq qəbul edir. Bəzi məlumatlara görə elə dünən 1300-dən artıq şəxsə ordudan yayınmaq maddəsi ilə cinayət işi açılıb. Ukrayna ordusunun qəhramanlığı, döyüş əzmi və Qərbin davamlı müasir silah yardımları təkcə cəbhədəki Rusiya ordusunu deyil, həm də bütövlükdə rus cəmiyyətini də bərk qorxudub və onu mənən məğlubiyyətə kökləyib.
İndi Putinin bütün dünyanın gözündə döyüşmək istəməyən rusları məcburən müharibəyə göndərən, öz xanının qanına susamış bir diktator kimi görünür.
Döyüşmək istəməyən insanlar zorla, məcburiyyətlə müharibəyə göndərilsələr belə, aydındır ki, onlar gedib cəbhədə döyüşmək, qəhrəmanlıq etmək barədə deyil, necə edib sağ qalmaq, təhlükədən yayınmaq barədə düşünəcəklər. Əgər, Ukraynaya hücum edilən zaman xüsusi hazırlanmış və qalib gələcəyinə əmin olan 200 minlik rus ordusu bu gün tamamən darmadağın olmuş və ruhdan düşmüş vəziyyətdədirsə, o zaman döyüş təcrübəsi olmayan və məcburi yolla orduya çağrılan, döyüşmək istəməyən ruslardan ibarət ordu ilə uğur qazanmaq heç mümkün olmayacaq. Əksinə, müharibə qurbanları gəldikcə, bu rus cəmiyyətində narazılığı və etirazları körükləyib, ölkə daxildə Putin rejiminə qarşı ikinci cəbhə açılmasına səbəb olacaq

Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir


Fatal error: Uncaught wfWAFStorageFileException: Unable to save temporary file for atomic writing. in /home/vgnkafka/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php:34 Stack trace: #0 /home/vgnkafka/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php(658): wfWAFStorageFile::atomicFilePutContents('/home/vgnkafka/...', '<?php exit('Acc...') #1 [internal function]: wfWAFStorageFile->saveConfig('livewaf') #2 {main} thrown in /home/vgnkafka/public_html/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php on line 34