Putinin açıqlaması nəyi üzə çıxardı?
Rusiya Prezidenti Putinin oktyabrın 27-də “Valday” klubunun konfransında dedikləri əslində siyasi zəlzələ yaradacaq açıqlamalar idi. O, bildirib ki, “Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.
Putin bu açıqlamasından görünür ki, bu günə qədər Azərbaycan hakimiyyətinin Qərbə nifrət püskürərək Rusiyanın himayəsinə sığınması, əslində Qarağa görə yox, sırf hakimiyyət maraqları ilə bağlı imiş. Azərbaycan hakimiyyəti və onun təbliğat şəbəkəsi Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanımaq tərfdarı olan ABŞ-dan uzaqlaşıb, Qarabağdakı ermənilərə status vəd edən Rusiyanın dizinin dibində yer almağı, bir qayda olaraq milli maraqlarımızın tələbi kimimi təqdim etməyə çalışırdı. Buyursunlar, görək, indi Putinin bu açıqlamasından sonra nə deyəcəklər. Qərbin düşməni, İlham Əliyevin müttəfiqi olan Putin deyir ki, Vaşinqton Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunmasını istəyir. Görək bu sözlərdən sonra Azərbaycan hakimiyyəti Rusiya ilə birgə olmasını necə əsaslandıra biləcək, hansı don geyindirməyə çalışacaq ?
Putinin açıqlamasından həm də o bəlli olur ki, 44 günlük savaş zamanı Paşinyan 5 rayonun qaytarılması ilə razılaşsaydı, Laçın və Kəlbəcər də daxil olmaqla Qarabağ Ermənistanın nəzarətində qalmalı imiş. Azərbaycan rəhbərliyinin razılaşdığı bu planının baş tutmamasının səbəbi isə Paşiniyanın dirənməsi olub. Beləliklə Putin açıq mətnlə deyir ki, o zaman İlham Əliyev Qarabağ və əlavə 2 rayonun da itirilməsi ilə razılaşıbmış. İndi baxaq görək İlham Əliyev bu deyilənlərlə susmaqla razılaşır, ya Makron olduğu kimi Putinə də cavab verəcək.
Digər bir məqam isə Paşinyana təsir imkanlarını itirən Putinin erməni cəmiyyətinə verdiyi mesajdır. O, əslində, açıq şəkildə ermənilərə səslənərək dedi ki, Paşinyanın razılaşdığı Vaşinqton planına görə Qarabağ üzərində Azərbaycanın suverenliyi təmin olunacaq. Beləliklə Putin xəbərdar edir ki, Paşiniyanın Qərblə bu günkü əməkdaşlığı ermənilərin Qarabağla bağlı bütün iddalarını boşa çıxaracaq. Açıq aydın görünür ki, Putin Qərbin vasitəçiliyi ilə Paşinyanın Qarabağı Azərbaycana verməyə hazırlaşdığını deməklə erməni cəmiyyətini onun əleyhinə qaldırmaq istəyir. Bu artıq Putinlə Paşinyan arasında açıq qarşıdurmanın yaranması deməkdir.
Belə görünür ki, Qərbin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını pozmaq üçün imkanları tükənən və Ermənistan hakimiyyətinə təsir edə bilməyən Putin, açıq oynamaq qərarına gəlib. İndi, o, verdiyi məlumatla Paşiniyanın əslində ermənilərə xəyanət etdiyini deməklə, onları qızışdırıb ayağa qaldırmağa çalışır. Putin həm də təklif edir ki, Rusiya Qərbdən fərqli olaraq Qarabağ ermənilərinə xüsusi yanaşma tərəfdarıdır və buna görə də erməni xalqı Qərb və Rusiyanın yanaşmaları arasındakı fərqə görə özü qərar verməlidir.
İndi maraqlıdır, onun bu açıqlamasından sonra Azərbaycan hakimiyyəti Rusiyapərəst mövqeyini necə əsaslandıraraq?
Fuad Gahramanlı