KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putin Paşiniyanı niyə devirmək istəyir

Fuad Gahramanlı: Putin Paşiniyanı niyə devirmək istəyir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
28 0

Qarabağda yeni müharibə planına kim mane olu

Ermənistanda vəziyyət gündən – günə gərginləşir. Rusiya yönümlü müxalifətin təşkilatçılığı ilə keçirilən kütləvi aksiyalar bu dəfə əvvəlkilərdən daha kütləvi və qətiyyətli görünür. Mitinq təşkilatçıları məqsədlərini heç gizlətmirlər də. Onlar Paşiniyanı devirmək istədiklərini açıq bəyan edirlər. Eyni zamanda bildirirlər ki, əgər bu məqsədlərinə çatsalar, ilk növbədə Şuşa və Hadrutu geri qaytarmaq üçün Azərbaycana qarşı müharibəyə başlayacaqlar.
Açıq aydın görünür ki, Ermənistanda 5-ci kalon tərəfindən təşkil olunan bu etiraz aksiyaları Rusiyanın iradəsini ifadə edir.
İlk baxışda ortada təzadlı bir vəziyyət var.
Axı ötən həftə Putinin çağırışı ilə Moskvaya çağrılan Paşiniyan geri qayıtdıqdan sonra Parlamentdəki məlum çıxışından imtina edib, onu düz başa düşmədiklırini demişdi. O, Qarabağı Azərbaycan ərazisi kimi tanımaq fikrindən imtina edərək, rus sülhməramlılarının fəaliyyətini dəstəklədiyini bildirmişdi. Bu halda Putinin onunla razılaşmış Paşiniyanı nəyə görə devirməyə çalışsın ki?
Düzdür, Paşiniyan Moskvadan döndükdən sonra məlum sözlərindən imtina edib Moskvanın istəklərinə uyğun mövqe ifadə etdi. Ancaq məsələ burasındadır ki, Putin onun bu fikir dəyişməsinə indiki halda Rusiyanı yola vermək taktikası kimi baxır və qətiyyən güvənmir. Çünki Putin gözəl başa düşür ki, Paşiniyanın son fikirləri onun öz mövqeyi deyil, Moskvada təzyiq yolu ilə ona təlqin olunandır. Bu halda Moskva gözəl anlayır ki, Ukrayna müharibəsində Rusiya zəiflədikcə və Qərbin postsovet məkanında təsiri artdıqca, Paşiniyan hər an öz əvvəlki mövqeyinə qayıda bilər. Ona görə də, heç bir halda Putin Paşiniyana etibar edə bilmir.
Hətta proseslərin təhlili göstərir ki, Putinin Paşiniyan la görüşdə ondan Azərbaycanla atəşkəsi pozmaq, sərhəddə gərginlik yaratmasını da istədiyini ehtimal etmək olar. Çünki, Paşiniyan Moskvadan dönən kimi, Ermənistan müdafiə naziri David Tonayan Azərbaycanla sərhəddəki hərbi hissələrə baş çəkdi və bundan sonra sərhəddə kiçik miqyaslı atışmalar baş verdi. Bu yolla da necə deyərlər “quş qoymaqla” Kremlin istəyi bir növ yerinə yetirilmiş sayıldı. Bunu görən Putini də qəzəbləndirən odur ki, Paşiniyan onu bu şəkildə yola verməklə vaxt udmağa çalışaraq Rusiyanın Ukraynada daha da zəifləməsinin gözləyir.
Putin belə düşünməkdə heç də haqsız deyil. Aydındır ki, Rusiyanın istəyi bu gün məhz Brüssel razılaşmalarınl pozmaq və Qərbi Qarabağ danışıqlarından kənarda qoymaqdır. Ancaq Putini qıcıqlandıran odur ki, Moskva görüşündən sonra Paşiniyan hökuməti 6 apreldə Brüsseldə keçirilən görüşdəki razılaşmalardan geri çəkilmədi. Güman ki, Moskva Paşiniyandan həm də bunu istəyib. Putinlə görüşdən sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqorianın Brüsseldə İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə görüşməsi, əslində Ermənistanın Brüssel danışıqlarına davam etmək niyyətində olduğunu göstərir. Bu arada hər ilki ölkənin xarici işlər nazirlərinin də iki dəfə telefonla danışması da Brüssel danışıqlarının davamı sayıla bilər.
Görünən odur ki, Paşiniyan bu gün Brüsseldə razılaşdırılan məsələlərlə bağlı konkret addımlar atmağa tələsmir, ancaq bu danışıqlar prosesində iştirakını saxlayaraq Moskvanın təzyiqlərindən qurtulmaq üçün əlverişli vaxtın yetişməsini gözləyir.
Bu arada Ermənistan xarici işlər nazirinin ABŞ-a səfər edərək dövlət katibi Blinkenlə görüşməsi və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılaşmaların əldə olunması və ABŞ-n Brüssel prosesinə dəstəyinin növbəti dəfə ifadə olunması Moskvanın səbr kasasını daşıran sonuncu damla oldu. Putin bundan sonra onunla ikili oyun oynayan Paşiniyanı cəzalandırmaq üçün Ermənistandakı 5-ci kalonu hərəkətə gətirdi. Bu baxımdan bu gün Ermənistanda keçirilən etiraz aksiyaları Rusiyanın maraqlarına xidmət edir və əgər uğur qazanarsa Qarabağda Azərbaycanla müharibə tərəfdarı olan revanşistlərin hakimiyyətiə gəlməsinə yol açar. Moskvanın niyyətləri isə qorxuncdur. Putin Ermənistanda Köçəryanı yenidən hakimiyyətə gətirib Azərbaycan ərazilərinin bir hissəsini işğalına yardım etməklə Moskvaya bağlı qüvvələrin mövqeyini gücləndirmək və sülh prosesini pozmağı planlaşdırır.
İndi bu hadisələr fonunda bir daha bəlli olur ki, 10 noyabr bəyanatı ilə rus işğal ordusunu sülhməramlı adı altında Qarabağa gətirilməsinə razılıq verilməklə İlham Əliyev ölkəmizi hərbi strateji baxımdan çox çətin, risqli bir vəziyyətə salıb.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.