Fuad Gahramanlı: Putin niyə Trampın atəşkəs təklifini qəbul etmədi?
Onun bu mövqeyi Ukraynanın maraqlarına necə təsir edir?
Dünən Putinin axsam saatlarında keçirdiyi mətbuat konfransında məlum oldu ki, o, Trampın irəli sürdîyu və Avropa ölkələrinin də müdafiə etdiyi qeyd şərtsiz atəşkəs təklifini qəbul etmək niyyətində deyil. Bunun yerinə, o, 2022-ci ildə olduğu kimi Ukrayna ilə danışıqlara başlamağı təklif edib.
Dünən Kiyevə Ukraynaya dəstək üçün gəlmiş Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mertz, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmerin iştirakı ilə Zelenski Trampın təklifini qəbul etdiyini bildirib. Maraqlıdır ki, liderlər elə bu görüş vaxtı Trama zəng edərək onun sülh təşəbbüsünə öz dəstəklərini bildiriliblər. Bununla da atəşkəs təklifi Qərbin Rusiya qarşısında kollektiv şəkildə ifafə edilən mövqeyinə çevrilib.
Ancaq bunun fonunda Putin dünən çıxışında İstanbulda yenidən danışıqlara başlamağa tərəfdar olduğunu deməklə, əslində Trampın mayın 12-də qeyd şərtsiz atəşkəs elan edilməsi barədəki təklifini yumşaq formada rədd etmiş olub. O, bu yolla guya özünün də danışıqla tərəfdarı olduğunu göstərmək istəyir. Ancaq ABS-n təşəbbüsü ilə Səudiyyə Ərəbistanında keçirilən danışıqların heç bir nəticə olmadan başa çatması onu göstərdi ki, Rusiya üçün atəşkəs olmadan aparılan danışıqlar sadəcə öz aqressiv mövqeyini pərdələmək və sülhdə maraqlı olmadığını gizlətmək üçün bir vasitədir.
Hesab edirik ki, Putinin bir aylıq atəşkəs təklifini qəbul etməməsi əslində Ukraynanın maraqlarına daha çox uyğundur. Bu halda Putin Trampın təklifini qəbul etmədiyi üçün sülh prosesinə əsas mane yaradan tərəf kimi görünür. Belə bir vəziyyətdə ABŞ-n Ukraynanı dəstəkləməkdən və Rusiyaya təzyiq etməkdən başqa yolu da qalmır. Putinin bu mövqeyi həm də Trampa imkan verir ki, o, hakimiyyətinin ilk aylarında Rusiya ilə bağlı yürütdüyü siyasəti dəyişməyi öz tərəfdarlarına daha rahat şəkildə əsaslandira bilsin.
Putinə gəldikdə isə , o, qeyd-şərtsiz atəşkəs şərti ilə ilə danışıqlara başlamağı ona görə qəbul edə bilməz ki, bu halda Rusya konstitusiyası ilə bu ölkənin ərazisi hesab olunan 4 Ukrayna vilayətinin statusunu mübahisələndirmiş olacaq. Digər tərəfdən nə Ukrayna, nə də ki, Qərb bu ərazilərin ilhaqını qəbul etmədiklərinə görə, atəşkəs şərti ilə uzunmüddətli danışıqlar olarsa, bu müddətində Rusiyaya qarşı sanksiyalar da qüvvədə qalacaq. Bu halda Putin nə qədər istəməsə də, danışıqlarda işğalda olan ərazilərin qaytarılması sanksiyaların götürülməsinin əsas şərtinə çevriləcək.
İndi güc yolu ilə öz ərazilərini azad etməyə çalışan Ukrayna, o zaman heç bir itki, qurban vermədən danışıqlar yolu ilə Qərb müttəfiqlərinin dəstəyi ilə öz ərazilərini azad etməyə çalışacaq. Bu halda Putin əlində olan yeganə gücdən – sahədə hərbi gücdən istifadə etmək imkanlarını itirdiyi üçün, beynəlxalq aləmdə təcrid olunmuş ölkə kimi danışıqlar masasında daha zəif bir tərəfə çevriləcəyini yaxşı bilir.
Digər tərəfdən, Putin atəşkəs şərti ilə olacaq danışıqlara başlamaqla, Ukrayna dövlətinin identliyini aradan qaldırmaq, bu ölkəni Belarus kimi özünün geosiyasi stellitinə çevirmək və NATO -nu 1997-ci il sərhədlərinə çəkilməyə vadar etmək kimi imperiya iddalarının baş tutmadığını da qəbul etmiş olacaq. Bu isə xüsusi hərbi əməliyyatın uğursuzluqla yekunlaşdığı və geosiyasi məğlubiyyətlə nəticələndiyi ilə barışmaq demək olar.
O, zaman rus xalqına muharibədə verilmiş böyük itkilərin hesabını da vermək lazım gələcək.
Putin yaxşı bilir ki, danışıqlar yolu ilə hətta Ukraynadan ərazi qoparması belə mümkün olmayacaqsa, bu halda atəşkəsə razılaşmaq Ukraynanın iqtisadi və hərbi baxımdan daha da gücləndirilməsi üçün ona zaman qazandırmaq demək olacaq. Bu uzdən də Ukrayna müharibəsinin Rusiyanın sahədə hərbi məğlubiyyəti bas verənə qədər davam edəcəyini gözləmək olar.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder