KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Putin Lavrovu Bakıya niyə göndərir?

Fuad Gahramanlı: Putin Lavrovu Bakıya niyə göndərir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
175 0

Sabah Lavrov Azərbaycana gəlir. Bu səfərim Münhendə Azərbaycan və Ermənistan rəhbərinin görüşündən sonra gerçəkləşməsi təsadüfi deyil. Aydın görünür ki, ABŞ – n təşəbbüsü ilə Brüssel formatında danışıqların yenidən bərpa olunması Moskvanı ciddi şəkildə narahat etməyə başlayıb . Çünki Ermənistanın Rusiyanın vasitəçiliyi ilə keçirilən sülh danışıqlarını baykot etməsindən sonra Brüssel formatının işə düşməsi, Moskvanın oyundankənar vəziyyətdə qalmasına səbıb olub

Ona görə də Putin çalışır ki, yenidən Rusiyanın vasitəçiliyi ilə Brüssel prosesinə paralel Moskva danışıqlarını bərpa etsin. Yəqin ki, Lavrov da bu imkanları müzakirə etmək üçün gəlir.
Çox böyük ehtimalla, o, Azərbaycan rəhbərliyindən həm də Brüssel prosesini tormozlamağı da istəyəcək.

Bəs Azərbaycan Lavrovdan nəsə istəyəcəkmi?
Bunu demək çətindir. Çünki Azərbaycan bir qayda olaraq Rusiyanın tələblərinə cavab verməklə məşğul olur. Ancaq indiki halda Rusiyadan istəyə biləcəyimiz 3 məsələ var.
10 noyabr Bəyanatına uğun olaraq Rusiyanın yerinə yetirmədiyi öhdəlikləri icrası :
1.Qarabağdakı erməni silahlı qüvvələrini oradan çıxarmaq.
2. Azərbaycan və Naxçıvan arasındakı nəqliyyat xəttinin açılmasını təmin etmək.
3. Bir də əlavə olaraq Laçın – Xankəndi yolunda nəzarət buraxılış məntəqəsi və gömrük nəzarəti yaradılmasına mane olmamaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir