KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanli: Putin, İlham Əliyev və Paşiniyan necə və nədən danışdılar?

Fuad Gahramanli: Putin, İlham Əliyev və Paşiniyan necə və nədən danışdılar?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
315 0

Bu gün Soçidə İlham Əliyev və Paşiniyan arasında Putinin təşəbbüsü ilə keçirilən görüşdən:
Putin :
– Bilirsiniz də, sizi bura nəyə görə çağırmışam? Nikol sən noyabrın 9 – da Moskvaya gəlmədiyin üçün mənim planladığım görüş baş tutmadı. Mən bu məsələyə səbrlə yanaşdım, ancaq siz nə etdiniz? Qərb buna görə Rusiyanı kənarlaşdırmaq üçün əlinə fürsət düşdüyünü güman etdi. Və siz hər ikiniz də mənim bu məsələyə qarşı olduğumu bilə- bilə Şarl Mişelin Brüsseldə görüşmək təklifinə müsbət cavab vermisiniz. Yaxşı bilirsiniz ki, mən bu cür oyunları sevmirəm. Belə məsələlərin axırı yaxşı qurtarmadığın görünür sizlərə təkrar xatırlatmağa ehtiyac var.
Nikol Paşiniyan Putinin ona dikilmiş nəzərləri altında özünü küncə sıxılmış hiss edərək tərəddüdlə söz aldı:
– Vladimir Vladimiroviç, mənim Moskva görüşündən nəyə görə imtina etməyimin səbəbini yaxşı bilirsiniz. Bu imtinanın səbəbi sizin təşəbbüsünüzə mənfi münasibətə görə deyil, bir tərəfdən görüşək deyirsiniz, o biri tərəfdən də, Rusiyanın dəstəklədiyi müxalifət içəridə məni bu görüşə görə Ermənistanı satmaqda ittiham edir. Qaldı ki, Brüssel görüşünə, mən ora İlham Əliyevlə görüşə görə getmirəm ki, Avropa İttifaqının tədbirində iştiraka gedirəm. Mişel də xahiş etdi ki, bir halda ki, bura gəlirsiniz İlham Əliyevlə görüşüb danışın. Vladimir Vladimiroviç mən də o şərtlə razılaşdım ki, Rusiyanın s iştirakınlz olmadan heç bir razılaşmadan söhbət belə gedə bilməz. Olsa olsa heç bir əhəmiyyəti olmaya görüşdən gedir söhbət.
Putin istehzalı baxışlarını Paşiniyanın üzündən çəkib, İlham Əliyevə baxdı. Onun diqqətli və bir qədər narazı baxışlarını öz üzərində hiss edən İlham Əliyev adəti üzrə baxışlarını yayındıraraq sözə başladı:
-Cənab Vladimir Vladimiroviç, bilirsiniz ki, biz hər zaman Rusiyanın dost münasibətinə güvənmişik və mən Qarabağ məsələsində sizin iştirakınız olmadan hər hansı razılaşmanı mümkün saymıram. Təkcə bu məsələdə deyil, Avropa İttifaqınnın təklif etdiyi sazişi də elə dost Rusiyanın maraqlarına görə təxirə salıram. Şarl Mişel mənə bildirdi ki, Nikol Rusiyasız belə bir görüşün olmasını arzulayır, ona görə də mən məcbur olub razılaşdım. Çünki, əgər Paşiniyan sizdən xəbərsiz avropalılarla belə bir razılığa gəlibsə və məni də fakt qarşısında qoyubsa, məni başa düşün, əgər, bu görüşdən imtina etsəydim yenə Qərbin təzyiqi mənim üzərimə yönələcəkdi. Onsuz da yaxamdan əl çəkmirlər, bəhanə axtarırlar. Son günlər isə mənə təzyiq etmək üçün hər şeyə əl atırlar, ona görə də ümidvaram ki, məni doğru anlayarsınız. Mən fakt qarşısında qalıb razılaşdım.
Putin masanın üstünə qoyduğu hərr iki əlini yanlara açaraq növbə ilə həm Paşiniyana, həm də İlham Əliyevə baxaraq amiranə səslə :
Ümid edirəm ki, artıq nə demək istədiyimi başa düşdünüz. Yox əgər bu məsələdə bizi anlamaqda və mövqeyimizi nəzərə almaqda hər hansı problem yaranarsa, o zaman bizim əsgərlər və uşaqlar məsələni təkrarən siziə başa salmalı olacaqlar. Əminəm ki, bunun nə demək olduğunu bilirsiniz və yəqin ki, heç biriniz belə bir vəziyyət arzulamazssınız. Brüssel görüşünə hələ xeyli vaxt var və bir bəhanə tapıb bu görüşdən imtina edərsiniz. Artıq mənim səbrim tükənmək üzrədir, bu sərhəd məsələsi ilə kommunikasiyaların açılması ləngiyir. Hər ikiniz Baş nazir müavinlərinizi gələn ayın əvvəli Moskvaya göndərin ki, üç tərəfli komissiya işini yekunlaşdırıb razılaşma sənədini hazırlansın. Nikol, siz Köçəryan məsələsinə görə çox da narahat olmayın bu məsələ bizim nəzarətimizdə olacaq. İlham Əliyev siz də bu Zəngəzuru fəth etməyi dayandırın ki, Paşiniyan rahat qərar verə bilsin. Hə, dostlar, gəldik əsas mələyə, sərhəddə görürəm ki, yola gedə bilmirsiniz, gedin hazırlaşın bizim sülhməramlı uşaqlar sərhhəddə gəlməlidir ki, regionda bizim təminat verdiyimiz sülh yaransın. Yəqin ki, məsələ hər ikinizə aydındır, detalları isə hər birinizlə ayrılıqda danışacam. Görüşümüz bitdi, təşəkkürlər.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir