Dostlar, çox mühüm hadisələr baş verir. Dünən Rusiyaya Müdafiə Nazirliyində keçirilən brifinqdə nazir müavini Sergey Rudskoy bildirdi ki, Ukrayna əməliyyatı əvvəldən iki mərhələdə nəzərdə tutulmuşdu. Birinci mərhələ Ukrayna ordusunun ağır silahlarını və hücum qabiliyyətini məhv etmək, ikinci mərhələ isə Donbasa yönəlib Donetsk və Luqanskın təhlükəsizliyini təmin etmək nəzərdə tutulmuşdu. O, birinci mərhələnin yekunlaşdığını, artıq Donbasa dönmək vaxtı çatdığını deyib.
Bu açıqlama Putinin Ukraynadakı məğlubiyyətə görə öz strateqiyasını dəyişməsi deməkdir. Kiyevi, Xarkovu ala bilməyən rus ordusu hətta 1 ay ərzində Mariupolu belə ələ keçirə bilməyib rüsvayçı məğlubiyyətə uğradı. 1 ay ərzində rus ordusu 50 minə qədər canlı itki verdi, çox saylı texnika itirib döyüş qabiliyyətini və hücum etmə imkanlarını itirdi. Bu şəkildə davam edə bilməyəcəyini anlayan Putin rus ordusunu Ukrayna cəbhəsində tam məhv etmədən yerdə qalanları götürüb geri çəkilmək üçün indi bu şəkildə əsas yaratmağa çalışır . Aydındır ki, general Rudskoyun bu bəyanatı məğlub olmuş Putinin rüsvayçı şəkildə Ukraynadan geri çəkilməsini pərdələmək üçündür. Son NATO sammitindən sonra Putin anladı ki, bundan sonra hərbi əməliyyatları davam etdirmək, ancaq rus ordusunun əks hücumla Ukraynadan qovulması ilə nəticələnəcək. Bu halda isə məğlubiyyəti gizlətmək üçün heç bir yalan uydurmaq imkanı qalmayacaq. Ona görə də bu baş verməmiş, özləri geri çəkilmək qərarı veriblər. Ukraynaya hücum zamanı qarşıya qoyduğu məqsədlərin heç birini gerçəkləşdirə bilməyən Putin, indi məğlubiyyətini gizlətmək üçün rus xalqını aldatmağa çalışır ki, guya əməliyyatın birinci mərhələsi yekunlaşıb və rus ordusu öz məqsədinə nail olub.
Fuad Gahramanli Kafkassam