KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putin Donbasda irəliləyir, yoxsa, tələdəki yemi udur

Fuad Gahramanlı: Putin Donbasda irəliləyir, yoxsa, tələdəki yemi udur

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
258 0

Qərb Latviyada Rusiya qarşı ikinci cəbhə açmağa hazırlaşır

Rusiyanın 2 gün öncə Kiyevə raket zərbələri endirməsi təsirsiz ötüşmədi. Bu zərbələr hərbi baxımdan Rusiya üçün heç bir xeyirli nəticələr yaratması da, G 7 ölkələri sammiti ərəfəsində edilən bu vəhşilik beynəlxalq ictimai rəydə Ukraynaya dəstək fikrinin bir qədər də güclənməsinə səbəb oldu. Bundan əvvəl isə rusların Donbasda irəliləməsi taktiki baxımdan onlara üstünlük saxlasa da, strateji baxımdan Rusiyanı daha çətin vəziyyətə saldı. Hətta, bu məsələdə Ukraynanın özünün də maraqlı olduğu və Severodonetskdən geri çəkilməklə öz müttəfiqlərinə göstərilən yardımların Rusiyanı durdurmaq üçün kifayət etmədiyi mesajı verməyə çalışdığı hiss olundu. Ukrayna ordusunun Severodonetsk şəhərinin nəzarət etdikləri kiçik bir ərazisindən geri çəkilməsini ruslar özləri üçün uğur saysalar da, əslində, bu strateji tələ, atılmış yemin udulması da hesab oluna bilər. Bunun belə olduğunun təsdiqi isə özünü çox gözlətmədi. Dünən Almaniyanın Bavariya şəhərində keçirilən G 7 ölkələri sammitində Ukraynaya hərbi yardımların artırılması gündəmə gəldi. Beynəlxalq iqtisadi gərginliyə baxmayaraq Rusiyanın qızıl ixracına qadağa qoyuldu. Xatırladaq ki, Rusiya hər il qızıl ixracından 17-18 milyard dollar gəlir əldə edirdi. Eyni zamanda Rusiya neftinin qiymətinə limitlər qoyulması və ixracının məhdudlaşdırılması da qərara alınıb. Bu sammitdə ən çox diqqəti cəlb edən Ukraynaya fəal dəstək göstərən ABŞ və İngiltərənin fonunda indiyədək ayağını sürüyən kimi görünən Fransa ilə Almaniyanın mövqelərindəki dəyişiklik idi. Makron Ukraynaya hərbi yardımların artırılması və müharibənin gedişində dönüş yaradılması ilə bağlı Boris Consonun fikirlərinə dəstək verdi, Şolts isə ölkəsinin ABŞ-la həmrəy olacağını və bunun Putinə ən yaxşı cavab olduğunu ifadə etdi. Bu baxımdan G 7 sammitində Rusiyanın böyük itkilər hesabına müharibədə əldə etdiyi taktiki uğuru beynəlxalq müstəvidə tamamilə onun öz əleyhinə çevrildi. Sammitdəki razılaşmaya uyğun olaraq Ukraynaya göndəriləcək ağır silahlar tez bir zamanda artırılacaq və nəticədə onlar döyüş xəttinə gəlib çıxanda, Rusiyanın indiki taktiki üstünlüyü də itirilmiş olacaq.
G7 sammitindən 2 gün sonra, yəni sabah Madriddə NATO – nun zirvə toplantısının keçiriləcəyi və burada da Ukraynaya hərbi yardımların ələ alınacağı gözlənilir. Xüsusi ilə də, bu ərəfədə Latviya ilə bağlı yaranmış gərginlik və Rusiyanın Kalininqrada görə bu ölkəni hədələnməsi, Avropa ölkələrinin təhlükəsizlik qayğılarını daha da artıraraq, NATO daxili birliyi daha da gücləndirməkdədir. Gözlənilir ki, bu gərginlik Fransa ilə Almaniyanın bundan sonra ABŞ və İngiltərənin Ukraynaya hərbi dəstək siyasətinə daha fəal və əhəmiyyətli töhfə verməsinə səbəb olacaq. Aydın görünür ki, Kalininqrada məsələsi Rusiya üçün hazırlanmış növbəti strateji bir bataqlıqdır. Bu yeni bir böhrandır və Rusiya aqressiv ritorikasını artırdıqca, NATO – nizamnaməsinin qarşılıqlı yardım və kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin işə düşmə ehtimalı da artır. Eyni zamanda Latviyanın dəmir yol keçidini qadağa etmə qərarı qarşısında Putinin geri çəkilməsi, onun hakimiyyətinə böyük siyasi və psixoloji zərbə vuraraq olan – qalan prestijini tamamilə sarsıda bilər.
Ona görə də Latviya məsələsi hələlik siyasi baxımdan, ola bilsin kigələcəkdə həm də hərbi baxımdan Qərbin Rusiyaya qarşı ikinci cəbhə açması anlamına gəlir. Aydındır ki, ABŞ və İngiltərənin dəstəyi olmasa idi Latviya tək başına bu qərarı verə bilməzdi. Putin özü də gözəl başa düşür ki, onun üçün hazırlanmış bu bataqlığa girməmək belə yenə də çıxış yolu deyil. Əslində bu hadisə bir daha onu göstərir ki, Ukrayna cəbhəsində Rusiyanın taktiki uğurları nəticəni dəyişmək iqtidarında deyil və son nəticə qlobal geosiyasi rəqabətdəki qüvvələr nisbətinə uyğun müəyyən olunacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir