KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinə qanlı yeni il hədiyyəsi

Fuad Gahramanlı: Putinə qanlı yeni il hədiyyəsi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
209 0

Rusiya rəhbərliyi psixopat kimi hərəkət edir.

Yeni il başlayar başlamaz işğalçı Rusiya rəhbərliyi Ukrayna cəbhəsində çox böyük sayda canlı qüvvə itkisinə məruz qaldı. Putinin qələbə vəd edən yeni il çıxışı fonunda, Şoyuqunun Moskvada lüks restoranda kavboy qiyafəsində səhnəyə çıxıb əylənərək mahnı oxuduğu vaxtda, Ukrayna ordusu Makeevkada yüzlərlə çağırışçının olduğun kazarmaya HİMARS – la zərbə endirib.
Nəticə o qədər ağırdır ki, Rusiya rəsmi olaraq Makeevkada 63 nəfərin öldüyünü etiraf edib. Müstəqil mənbələrə görə isə 500-ə qədər rus əsgəri məhv edilib. Təqribən eyni vaxtda USQ Xerson vilayətinin Çkalovka yaşayış məntəqəsindəki kazarmaya da zərbələr endirib. Burada da yüzlərlə ölü və yaralının olduğu bildirilir.
Baş verən hadisə yeni ildə Rusiya cəmiyyətində böyük məyusluq yaradıb və hətta hakimiyyətin nəzarətində olan mediada belə hərbi rəhbərliyə qarşı açıq narazılıqların səslənməsinə səbəb olub. Simonyan, Salavyov bu hadisəyə görə ordu rəhbərliyininin izahat verməsini tələb edib.
Əslində, bu iki hadisə Putinin müharibənin gedişini səfərbərliklə topladığı canlı qüvvə hesabına dəyişmək cəhdinin uğur gətirməyəcəyini göstərir. Verilən əlumatlara görə səfərbərliklə toplanmış 300 min nəfərin 150 mini artıq cəbhəyə göndərilsə də, Rusiya ordusu heç bir irəliləyiş, naliyyət əldə etməyib.
Əksinə, bu itkilərin sayının daha da artmasına səbəb olub.
Belə görünür ki, iqlim şəraiti ağır texnikanın iştirakı ilə fəal hücum əməliyyatları aparmağa imkan vermədiyi üçün, USQ öz artileriya – raket sistemləri sahəsindəki üstünlüklərindən istifadə edərək ruslara sarsıdıcı zərbələr endirməklə qarşıdan gələn yazda aktiv hücum əməliyyatlarına hazırlaşır.
Bu arada hərbi ekspertlər Putinin hələ də Baxmutdakı hücum cəhdlərindən əl çəkməməsini, insan həyatını heçə sayan psixopat bir davranış kimi dəyərləndirirlər. Bu istiqamətdə heç bir uğur əldə edə bilməyən ruslar aylardır ki, hər gün eyni cəhdi edir və çoxsaylı itkilər verərək uğursuzluqla üzləşirlər. Əvvəlki peşəkar döyüşçülərinin əksəriyyətini itirmiş “Vaqner”in Baxmuta hücum əməliyyatında iştirak edən hazırkı döyüşçülərinin 90 faizi həbsxanadan gətirilən cinayətkarlardır. Döyüşdə isə kriminal aləmin deyil, hərbin qanunları işlədiyindən vaqnerçilər burada kütləvi şəkildə tələf olurlar. Bəzi məlumatlarda isə onlara döyüşdən öncə psixotrop maddələr verildiyi bildirilir.
“Vaqner”in qurucusu və rəhbəri Priqojin isə Baxmut uğrunda döyüşə bacarıqsızlıqda ittiham etdiyi orduya rəhbərləri Şoyuqu və Gerasimov qarşısında üstünlük əldə etmək imkanı kimi baxır. O, Putinə müharibədə özünün digərlərindən daha bacarıqlı olduğunu sübut etmək üçün, həbsxanalardan toplayaraq yığdığı məhbusları heç bir məsuliyyət hissi olmadan “ət maşını” qarşısına göndərərək kütləvi şəkildə qurban verir.
Görünən odur ki, Putin ölkə miqyasında həyata keçirilmiş ümumi səfərbərlik yolu ilə topladığı qüvvələri itirdikcə, bu dəfə yerli, lokal səfərbərliklər etməklə rusları kütləvi surətdə öz avantürasına qurban verməkdə davam edəcək.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir