KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Paşinyanın Moskova seferi muamması

Fuad Gahramanlı: Paşinyanın Moskova seferi muamması

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
211 0

Sərhəddə yenə niyə qanlı toqquşma baş verdi?

Paşinyanın Moskva səfərinin müəmması.

Dünəndən başlayaraq Ermənistanla sərhəddə yenə toqquşmalar baş verir. İlkin rəsmi məlumata görə Azərbaycan tərəfdən bir nəfər Şəhid olub , Ermənistan tərəfindən isə 4 əsgər yaralanıb. Toqquşmaya səbəb Ermənistanın Basarkeçər rayonu ərazisindən Zod istiqamətində ordumuzun mövqelərinin ağır silahlardan atəşə tutulması olub. Bildirilir ki, ermənilər Azərbaycan ordusuna zərbə vurmaq üçün İran istehsalı olan dronlardan fəal şəkildə istifadə edirlər. Xatırladaq ki, bir müddət əvvəl İrandan gələn mütəxəssislərin iştirakı ilə Ermənistan ordusu dronlardan istifadə ilə bağlı təlimlərə başlamışdı. Bu da nəticə. Belə çıxır ki, İran artıq Azərbaycana qarşı bu yolla proksi savaş aparır.

Əslində, belə bir hərbi toqquşmanın baş verəcəyi gözlənilən idi. Hər iki ölkənin XİN rəhbərlərini ABŞ-da keçirilən görüşü ərəfəsində Rusiya Peskovun və Mariya Zaxarovanın dili ilə regionda yalnız Rusiyanın iştirak etdiyi üçtərəfli format çərçivəsində sülh əldə oluna biləcəyini dönə- dönə təkrar edir, Qərbin vasitəçiliyinin sabitliyə xidmət etməyəcəyi ilə bağlı xəbərdarlıq edirdi. Bu da nəticə. Rusiyanın təhriki, İranın yardımı ilə yenə sülh prosesinə zərbə vuruldu. Rusiya bu mərhələdə dəfələrlə tətbiq etdiyi bir üsula əl ataraq, yenə sərhəddə hərbi gərginlik yaratmaqla Qərbin vasitəçiliyinin bir işə yaramadığını göstərmək istəyir . Dünəndən başlayan toqquşmalarla Moskva həm də Qərbin onu danışıqlar prosesindən kənar saxlamaq cəhdinə qarşı öz qanlı mesajını vermiş olur.

Bu günkü sərhəddə toqquşmasının Paşinyanın Moskva səfərindən dərhal sonra baş verməsi də diqqət çəkən bir məqamdır. Məlum olduğu kimi iki gün əvvəl Paşinyan çoxlarının gözləmədiyi halda, ABŞ danışıqlarından sonra və Brüssel görüşü ərəfəsində Moskvaya səfər etdi. Əslində, bu səfərin Putinin keçirdiyi “matəm” paradı ilə bir elə də əlaqəsi yox idi. Bəs, bu gün yaşanan gərginliklə Paşinyanın Moskva səfəri arasında nə kimi bir bağlantı ola bilər?

Azərbaycanın Laçın – Xankəndi yoluna sərhəd buraxılış məntəqəsi qoymasından sonra Ermənistandakı millətçi və Rusiyaya bağlı dairələrin fəallığının əhəmiyyətli şəkildə artdığı və Paşinyanın reytinqinin kəskin şəkildə aşağı düşdüyü görünür.
Xüsusi ilə də Qərbin vasitəçiliyi ilə aparılan danışıqlarda Qarabağın statusunun sülh müzakirələrinə daxil edilməməsi, ölkə daxilində Paşinyan hakimiyyətini ağır ictimai pressinqə məruz qoyaraq onun nüfuzunu aşağı salır. Bu halda zəifləmiş Paşinyanın Rusiya qarşısındakı müqavimət imkanları da azalır. Putin isə bu məqamdan maxsimal şəkildə faydalanmağa çalışaraq Paşinyan öz destruktiv planlarına cəlb etmək istəyir. Paşinyan da öz növbəsində Qərbin vasitəçiliyi ilə Qarabağsız aparılan sülh danışıqların erməni cəmiyyətində onun nüfuzuna mənfi təsir etdiyini hiss edərək , danışıqları bu şəkildə aparmaqda heç də maraqlı görünmür. Odur ki, Paşinyan belə şəraitdə təkcə sülh danışıqlarının aqibətini deyil, həm də öz hakimiyyətinin möhkəmliyini, gələcəyini düşünərək Putinlə dil tapmağa, uzlaşmağa çalışır. Bu, da Putinlə dil tapmağın uzlaşmağın nəticəsi, yenə qan, yenə hərbi toqquşmalar.
Moskva isə məmnundur, Azərbaycan və Ermənistan rəhbərinin Brüssel görüşü ərəfəsində ABŞ- da keçirilən müzakirələrin yaratdığı müsbət atmosferə yenə barıt qoxusu qarışdıraraq məqsədinə çatmış kimi görünür.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir