KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Paşinyan və Putin razılaşması nə vəd edir?

Fuad Gahramanlı: Paşinyan və Putin razılaşması nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
20 0

Dogurdanmı Moskva Azərbaycana diktə edir və 19 may mitinqinə niyə razılıq verilməlidir?

Paşinyanla Putin arasında əldə olunan razılaşma onu göstərdi ki, Rusiya vaxtı ilə üstdən aşağı baxdığı daim diktə ilə danışdıgı öz keçmiş vassalı ilə bu gün kompromisə getməyə məcburdur. Bu razılaşmaya əsasən Rusiya hərbçiləri”Zvarnots” aeroportu ilə bərabər Azərbaycanla sərhəddəki Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat kəndləri ərazisindəndən çıxacaqlar. Bu Ermənistan üçün böyük uğudur, çünki Paşinyan Avropaya inteqrasiya kursundan heç bir güzəştə getmədən rusların çıxarılması istiqamətində bir çoxxlarının inanmadığı ilk real addımı uğurla atmağa nail oldu. Regional təhlükəsizlik baxımından isə bu Rusiyanın Azərbaycan və Ermənistan sərhədində təxribatlar törətmək və yeni savaş təhlükəsi yaratmaq imkanlarını itirməsi deməkdir. Paşinyan bu razılaşma ilə öz sülh siyasətinə olan təhdidi də xeyli dərəcədə aradan qaldırmış oldu və ona görə də bu, təkcə Ermənistan üçün deyil, həm də bütövlükdə regional baxımdan da əhəmiyyətli irəliləyişdir.

Bu səfərdə diplomatik məharət nümayiş etdirən Paşinyan əldə olunmuş razılığalın qarşılığında isə məhşur məsələdə olduğu kimi “yetimin papağını alıb yenidən qaytarmaqla” Putini “sevindirdi”. Ermənistan onsuz da rus ordusunu ölkədən mərhələli şəkildə çixarmaq yolu seçmişdi və ona görə də Gümrüdəki bazanın, İran və Rusiya ilə sərhəddə rus ordusunun hələlik öz yerində qalması, indiki mərhələdə güzəstdən daha çox, onların çıxarılmasının ertələnməsi, növbəti mərhələyə saxlanılması deməkdir. Bunu Putin də bilir, ancaq indiki mərhələdə öz ətrafına və daxili ictima rəyə “biz əvvəlki kimi Ermənisatanda qalırıq” deyə bilmək üçün Paşinyanın təklifini qəbul etməyə məcbur idi.

Ermənistan və Rusiya arasında haqqında danışdığımız bu razılaşma onu göstərir ki, Azərbaycanla münasibətlərdə hər şeyin bir tərəfli qaydada Moskvanın iradəsi ilə diktə olunduğunu demək doğru yanaşma deyil. Əgər bu gün Kreml özünə bağlı müxalifətin olduğu , daxilində ordusu yerləşən, enerji və nəqliyyat infrastrukturuna nəzarət etdiyi, iqtisadi baxımdan ozündən aslı halda olan Ermənistana güzəştə getməyə məcburdursa, o zaman təhlükəsizlik baxımından Türkiyənin dəstəyinə arxalanan və heç bir iqtisadi asılılığı olmayan Azərbaycan nəyə görə Moskvanın diqtəsi ilə davrasın ki ? Etiraf etmək lazımdır ki, bu yanaşmada məntiq yoxdur və 3-4 il öncə keçərli olan bu qiymətləndirmə indi vaxtı keçmiş bir yanaşmadır. Bu baxımdan Azərbaycan və Rusiya münasibətlərindəki indiki yaxınlıq heç də tək tərəfli qaydada Moskvanın hegemonluğuna bağlı məsələ deyil. Bu daha çox Azərbaycan hakimiyyətinin öz avtoritar mahiyyətinə uyğun olaraq Rusiya ilə bir cinahda yer alıb Qərbə müqavimət göstərmək marağından irəli gəlir.

Bu gün gün Putinin ölkəmizə ehtiyacı, Azərbaycan hakimiyyətinin Moskvaya olan ehtiyacında çox deyil. Son günlər Qərblə münasibətlərdə yaşanan gərginlik onun göstərir ki, hakimiyyət Rusiyanın Cənubi Qafqazdakı varlığına özünün Avropadan müdafiə səddi kimi yanaşır. Rusiya tam çəkiləcəyi təqdirdə Cənubi Qafqaz Avropanın siyasi sərhədlərinə daxil olacaq və beləliklə də indiki avtoritar qaydalarla hakimiyyəti davam etdirmək mümkün olmayacaq, oyun qaydalarını dəyişmək geosiyasi zərurətə çevriləcək. Bu narahatlığa görə də Azərbaycan hakimiyyəti Rusiyanın da imkanlarından istifadə edərək Qərbin regionda möhkəmlənməsinə mane olmağa çalışır. Bunları nəzərə aldıqda gorurük ki, iki ölkənin müttəfiqlik münasibətləri qarşılıqlı maraqların təmin edilməsinə söykənir və indiki halda bu müttəfiqlik Rusiya regionda nəzarət imkanlarını qorumaq, Azərbaycana isə avtoritar rejimin ömrünü uzatmaq üçün lazımdır.
Əslində sülh istiqamətindəki davamlı cəhdlərinə baxmayaraq Azərbaycan iqtidarının Paşinyana qarşı sərt münasibət göstərməsi də onun Qərbi Cənubi Qafqazda Qərbin əsas dayağına çevrilməsi ilə bağlıdır.

Ermənistanınla Rusiya arasında haqqında bəhs etdiyimiz razılasma onu göstərir ki, Rusiya getdikcə daha çox zəifləyir və onun birləşmiş Qərbin qarşısında Ukraynada qalib gəlmək, imperiya kimi yaşamaq şansı yoxdur. Bu isə Cənubi Qafqazda da getdikcə təhlükəsizlik arxitekturasının dəyişməsinə, Rusiyanım müqaviməti üzundən baş tutmayan sülh və sabitliyin yaranmasına gətirib çıxaracaq. Rusiyanın əlini çəkdiyi, sülhün bərqərar olduğu Cənubi Qafqazın yaxın dönəmdə Avropa Birliyinə inteqrasiya elə bir qlobal geosiyasi prosesə çevriləcək ki, bunun qarşısını almaq, avtoritarizmin vaxtı keçmiş zorakı qaydaları ilə xalqı nəzarətdə saxlamaq daha mümkün olmayacaq. Demokratiya Azərbaycan hakimiyyətinin müqavimət göstərə bilməyəcəyi geosiyasi sunami dalğası kimi ölkəmizə doğru yaxınlaşmaqdadır .Ona görə də Azərbaycan hakimiyyəti bu dalğanın qarşısında durmaq yerinə yeni geosiyasi çağırışları qiymətləndirib Milli Şuranın 19 may mitinqinə razılıq verməklə, əslində özünü də, ölkəni də geosiyasi bataqlığa salmaqdan vaz keçə bilər.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir