KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Paşinyan niyə Azərbaycana “pas” verdi ?

Fuad Gahramanlı: Paşinyan niyə Azərbaycana “pas” verdi ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
174 0

Laçın yolunda baş verənlərin pərdəarxası.

Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə – Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulması o demək idi ki, İrəvan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını rəsmi olaraq qəbul edib.
Bunu edərkən Paşinyan bilməmiş deyildi ki, Ermənistanın bu addımından sonra Azərbaycan da anoloji addım atmalı olacaq. Sanki Paşinyan məqsədli şəkildə Rusiyanın razılığından aslı vəziyyətə düşmüş Azərbaycana belə bir addım atmaq üçün fürsət yaratmış oldu.

Təqribən eyni vaxtda, o, Ermənistan Parlamentində çıxış edib Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edərək, sülh müqaviləsinin zəruri olduğunu bildirdi. Bu çıxışdan sonra Qarabağdakı separatçı rejim başda olmaqla Ermənistan daxilindəki Rusiyaya bağlı müxalifət və millətçi dairələr Paşinyanın sözlərinə çox aqressiv reaksiya verdilər. Belə vəziyyət əvvəllər də oldğu üçün bu situasiya, əslində Paşinyan üçün heç də gözlənilməz sayıla bilməzdi. Məhz, o bu reaksiyalara görə bir necə dəfə öz bəyan etdiyi mövqedən geri çəkilməyə məcbur qalıb.

Güman ki, Paşinyan bu dəfə ona qarşı birləşən millətçi və Rusiyaya bağlı qüvvələri fakt qarşısında qoyub, onların Qarabağla bağlı mövqeyini zəiflətmək istəyib. Yoxsa, durb – dururkən Laçın – Xankəndi yolunnun Ermənistan hissənə sərhəd postu qoymağın məqsədi nə idi? İndi aydın görünür ki, o, bu addımla, əslində tərəddüd edən Azərbaycanı anoloji addım atmağa sövq etmək məqsədi güdüb. Çünki Azərbaycan bu yola post qoyduqdan sonra Qarabağ üzərində nəzarət etmək imkanlarını əhəmiyyətli dərəcədə artırdığı üçün, ermənilərin Qarabağın müstəqilliyi ilə bağlı tələbləri də xeyli dərəcədə öz reallığını itirmiş olur.

Bundan sonrakı mərhələdə erməni müxalifətinin Qarabağın müstəqilliyi kimi daha az inandırıcı görünən tələblə erməni cəmiyyətini Paşinyan qarşı etiraza sövq etmək imkanları da zəifləmiş olacaq. Həm də, Paşinyanla açıq-aşkar ziddiyyət içində olan Qarabağdakı separatçı rejim də Azərbaycan qarşısında daha sıxışmış vəziyyətə düşəcək.
Beləcə Paşinyan bu dəfə Qərbin dəstəyi ilə apardığı sülh prosesinə mane olmağa çalışan rəqiblərini daha da zəiflətmək imkanı qazanır.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir