KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Paşinyan Moskovaya niye gidiyor

Fuad Gahramanlı: Paşinyan Moskovaya niye gidiyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
323 0
Brüssel formatı və Moskva danışıqları bir arada.
Paşinyan Moskvaya niyə gedir?
Mayın 15-də Brüsseldə Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçiriləcək. Bu ötən həftə hər iki ölkəni xarici işlər nazirlərinin keçirdiyi görüşün davamı kimi nəzərdə tutulur. Çünki ABŞ və AB Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında bir qayda olaraq eyni mövqedən çıxış edirlə. Daha sonra isə gələn ayın birində AB-nin Moldovada keçiriləcək toplantısında İlham Əliyevlə Paşinyanın daha geniş formatda bir araya gəlməsi nəzərdə tutulur. Bu dəfə isə planlaşdırılan görüşdə Şarl Mişellə bərabər, Fransa prezidenti Makronun və Almaniya kansleri Şoltsun da iştirakı nəzərdə tutulur.
Göründüyü kimi Brüssel formatı yenidın bərpa olunur. Güman edilir ki, bununla bağlı razılaşma XİN rəhbərlərini ABŞ-dakı görüşündə əldə olunub.
ABŞ – da təmasların davam etdiyi müddətdə Rusiya da boş durmurdu və Qərbin iştirakı ilə aparılan danışıqların əleyhinə hədələyici bəyanatlar verirdi. Uzun müddət danışıqlar prosesindən kənarda qalan Rusiya bu ərəfədə müzakirələrdə öz iştirakını yenidən təmin etmək üçün mayın 19 – da Moskvada üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə bir görüş təyin edib. Bu görüşdən hansısa nəticə gözləməyin dəyməz, çünki tərəflər arasında razılaşdırılmayan məsələlərlə yanaşı, Moskvanın özü də konfliktin davam etməsində maraqlıdır.
Bu baxımdan aydındır ki, Moskva görüşü bir tərəfdən Rusiyanın Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında vasitəçi rolunu qoruyub saxlamaq, digər tərəfdən də, hər iki ölkənin Moskvanın razılığı olmadan Qərb vasitəsi ilə anlaşmaya getməsini önləmək məqsədi daşıyır.
Sabah isə Paşinyan Moskvaya səfərə gedir. O, həm Putinlə Azərbaycanla aparılan danışıqları müzakirə edəcək, həm də Putinin iştirakı ilə keçiriləcək qələbə paradına qatılacaq. Görünür Paşinyan bu gedişi ilə Brüssel səfəri öncəsi Rusiyadan hansısa güzəştlər əldə etməyə və Azərbaycana təzyiqləri artırıb Laçın yolundakı nəzarət buraxılış məntəqəsi ilə bağlı istəklərinə nail olmağa çalışır. Ermənistan istəyir ki, mümkün olarsa Laçındakı sərhəd buraxılış məntəqəsində rus “sülhməramlıları” Azərbaycan hərbiçiləri ilə birgə fəaliyyət göstərsinlər və bunula da sərhəd rejiminə tam nəzarət imkanı ölkəmizin əlindən çıxsın .
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir