KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Paşiniyandan Azərbaycana pozitiv mesaj

Fuad Gahramanlı: Paşiniyandan Azərbaycana pozitiv mesaj

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
17 0

Erməni lider Rusiyasız danışıqlara tərəfdardır.

Bəs Azərbaycanın buna cavabı nə olacaq?

Regionumuzda maraqlı gəlişmələr baş verməkdədir. Ermənistanla Rusiya arasında gərginliyin artması fonunda Azərbaycanla münasibətlərdə verilən pozitiv mesajlar diqqəti cəlb edir. Dünən Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Paraqa razılaşması əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Eyni məzmunlu bəyanatı bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan da səsləndirib.

Açıq aşkar görünür ki, Ermənistan rəhbərliyi Rusiyanı danışıqlar prosesindən kənarlaşdırıb Qərbin vasitəçiliyi ilə müzakirələri davam etdirmək niyyətindədir. Bunu Lavrovun “Ermənistan bizimlə müttəfiq olsa da, Ancaq AB ilə əməkdaşlığa üstünlük verir” şəklində ifadə olunan açıq narazılığı da təsdiq edir.
Ermənistan bu günlərdə 2 il müddətinə Avropa İttifaqının 200 – ə qədər müşahidəçisini sərhədlərinə yerləşdirmək qərarı verməklə , həm də Rusiyaya ilə ənənəvi ortaq maraqlarını hərbi strateji sahədə ayırmış oldu. Bu iki ölkənin regionumuzda getdikcə kəskinləşən geosiyasi qarşıdurmada əks cinahlarda yer alması kimi yeni bir mərhələnin başlandığını göstərir.

Bəs Azərbaycan? Maraqlıdır ki, Lavrov AB müşahidə qrupunun gəlməsi ilə bağlı qərarına görə Ermənistanı Azərbaycan vasitəsi ilə təhdid edib. Deyib ki, Azərbaycan buna razılıq verməlidir, yoxsa, gərginlik yaranacaq.
Belə çıxır ki, Rusiya Azərbaycana Ermənistanın Avrointeqrasiya kursuna mane olmaq üçün təzyiq aləti kimi baxır.
Rusiyanın Azərbaycana bu cür münasibəti beynəlxalq səviyyədə milli maraqlarımıza ciddi təhlükə yaradır. Ona görə də Azərbaycan yubanmadan Qərblə siyasi və təhlükəsizlik sahəsindəki münasibətilərinə və Brüssel prosesində iştirakı ilə bağlı məsələyə aydınlıq gətirməlidir.
Hesab edirik ki, Paşinyanın haqqında danışdığımız son bəyanatı və Moskva emisarı Vardanyana qarşı olan münasibəti Azərbaycan tərəfindən cavabsız buraxılmamalıdır. Praqa razılaşması iki ölkə arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını və Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi qəbul edilməsini nəzərdə tutduğundan, bu ilk növbədə ölkəmizin maraqlarına uyğundur. Ona görə də Azərbaycan da danışıqların bərpası üçün üzərinə düşən addımları atmalı və Moskvanın təsirindən uzaqlaşıb Brüssel danışıqlarınnın bərpasına çalışmalıdır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir