KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Pakistanda İmran Xanı niyə hakimiyyətdən salındı

Fuad Gahramanlı: Pakistanda İmran Xanı niyə hakimiyyətdən salındı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
392 0

Rusiyadan qopa bilməyənləri İmran Xanın aqibəti gözləyir

ABŞ Ukrayna müharibəsinin bitməsini gözləmədən öz geosiyasi məqsədlərinə doğru hərəkət etməkdədir. 2 gün öncə Pakistanda İmran Xan hökumətinə parlamentdə etimadsızlıq göstərilərək istefaya göndərildi. Bundan əvvəl İmran Xanın Çin və Rusiyaya münasibətindən narazı olan deputatlar onun Ədalət Hərakatı Partiyasından istefa verərək müxalifətin parlamentdə çoxluq qazanmasına yol açmışdılar. İmran Xanın istefasından sonra onun yerinə ABŞ-la əlaqələrə daha çox önəm verən müxalifət lideri Şahbaz Şərifin gələcəyi gözlənilir.
İmran Xan Putinə rəğbəti göstərməklə yanaşı, həm də Çinlə əməkdaşlığın qatı tərəfdarı kimi tanınır. Onun hakimiyyəti dönəmində Pakistan ordusunda Çinin təsirləri artmış, ölkəyə Çin investisiyası və texnologiyası daha çox gəlməyə başlamışdı. Çin üçün Pakistan tranzit nəqliyyat dəhlizi imkanlarına görə və Hindistanın bölgədəki təsirini balanslaşdırmaq baxımından çox mühüm strateji önəm daşıyır.
Bu baxımdan təsadüfi deyil ki, İmran Xan özü bildirib ki, bütün baş verənlərin arxasında ABŞ dayanır. O, dəfələrlə bildirib ki, ABŞ-ona Çinə münasibətini dəyişməklə bağlı xəbərdarlıq etmişdi.
Çin Pakistanda baş verənlərin özünə qarşı yönəlmiş geosiyasi layihə olduğunu bildiyindən, dərhal Hindistanın Kəşmirə hücumunu önləmək bəhanəsi ilə bölgəyə 4 ordu briqadasl göndərib.
Pakistandakı bu gözlənilməz hakimiyyət dəyişikliyi bir daha göstərdinki, ABŞ-n tək qütblü dünya düzəni yaratmaq siyasətinin əsas strateji hədəfi Çindir. Rusiya isə öz imperialist iddiaları ilə bu strateji hədəfi təcrid etməkdə və tək qütblü dünya nizamını yaratmaqda ABŞ üçün geosiyasi maneəyə çevrilmişdi. İndi ABŞ başda olmaqla Qərb Rusiyanı Ukraynada hərbi məğlubiyyətlə və ağır sanksiyalarla zəiflədib taqətsiz hala saldıqdan sonra, tədricən Çinə doğru qlobal geosiyasi həmlələri genişləndirməkdədir.
Bu baxımdan ABŞ-n Orta Asiya və Cənubi Qafqazı Rusiyanın əlindən tezliklə alımağa çalışması, haqqında danışdığımız tək qütblü dünya düzəni strategiyasının tərkib hissəsidir. Bir müddət öncə ABŞ Dövlət katibi Blinkenin Orta Asiya ölkələri xarici işlər nazirləri ilə birgə görüş keçirməsi, Qazaxıstan və Özbəkistanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməsi, Özbəkistanın Türkiyə ilə hərbi əməkdaşlığı dərinləşdirən müqavilə imzalaması, adı çəkilən regiona Qərbin gəlişini anons etməkdədir.
Buna paralel olaraq Cənubi Qafqazda öz strateji önəmin görə Qərbin maraq dairəsinə daxildir. Çini Avropaya bağlayacaq Şərqi- Qərb nəqliyyat dəhlizinin bu regiondan keçməsi, Orta Asiyanın karbohidrogen ehtiyatlarının Rusiyaya alternativ marşurutla Qərbə çatdırılması perspektivləri və. s baxımından Cənubi Qafqazın önəmi getdikcə artmaqdadır. Bu səbəbdən də Cənubi Qafqazın Rusiyanın təsirindən çıxarılması ABŞ-n yaxın geosiyasi hədəfləri sırasındadır. Bu günlərdə məhz ABŞ-n yönləndirməsi ilə Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilən sülh danışıqları da, Rusiyanı Cənubi Qafqazdan qovmağa və Qərbin bu regionda təhlükəsizlik məsələlərinə nəzarəti ələ almasına xidmət edir.
Bu geosiyasi dəyişikliklərin mahiyyətini anlamayan Azərbaycan hakimiyyəti isə hələ də Putinin siyasi meyidindən mədət ummaqda, yeni çağırışlara uyğun siyasət müəyyənləşdirməməkdə və Rusiya hansısa ümidlər bəsləməkdədir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir