KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: NATO öz təhlükəsizlik strategiyasında dəyişikliyə gedir

Fuad Gahramanlı: NATO öz təhlükəsizlik strategiyasında dəyişikliyə gedir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
25 0

Bu dəyişiklik Çini hədəf olaraq göstərəcək
Blok Şərq cinahında 300 min ordu yerləşdirəcək.
Bu gün NATO dövlət başçısılarının Madriddə zirvə toplantısı keçirilir. Bu toplantıda NATO-nun yeni strateji qərarlar alacağı, öz təhlükəsizlik konsepsiyasına mühüm dəyişikliklər edəcəyi gözlənilir. Tədbirə ilk dəfə Yaponiyanın baş naziri Kişida Fumio da qatılıb və onun bu iştirakı əslində Çinə ünvanlanmış mesaj hesab olunur. Bundan əlavə Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın da qonaq kimi sammitdə iştirakı NATO – nun qəbul edilməsi gözlənilən yeni təhlükəsizlik konsepsiyası ilə əlaqəli dəvət kimi qiymətləndirilir. Bu NATO – nun Asiya Sakit okeanı regionunu da artıq öz qloba təhlükəsizlik arxitekturasına daxil etməsindən xəbər verir. İndiyə qədər bu regionda əsasən ABŞ NATO – dan kənar formada öz xüsusi müttəfiq statusu verdiyi ölkələrlə təhlükəsizlik balansını təmin etməyə çalışırdı.
Sammitdən öncə NATO baş katibi Stoltenberqin verdiyi açıqlamada yeni təhlükəsizlik ehtiyacından doğan müdafiə konsepsiyasının bəzi detalları bəlli olub. Gözlənilir ki, bu sammitdə qəbul ediləcək müdafiə və təhlükəsizlik konsepsiyasında NATO Rusiyanı əsas, birbaşa təhdid kimi göstərməklə yanaşı, Çinin də blokun dəyərlərinə, prinsip və maraqlarına çətinlik, mane yaradan dolayı təhlükə kimi müəyyənləşdirəcək. Bu blokun təhlükəsizlik strategiyasında çox mühüm dəyişiklik deməkdir və qlobal təhlükəsizlik arxitekturasının dəyişməsi Rusiyadan sonra NATO – nun hədəfinin Çin olacağının rəsmən bəyan olunmasıdır.
İkinci mühüm gözlənilən dəyişiklik NATO – nun “çəkindirmə və müdafiə” strategiyasına yeni yanaşmaların və planların daxil edilməsidir. Bu baxımdan NATO- nun Şərq cinahında yerləşən “Çevik reaksiya” qüvvələrin sayının yeddi dəfə artırılaraq 40 mindən 300 minə çatdırılması, yeni hava hücumundan müdafiə sistemlərinin və hücum zərbə birliklərinin yaradılması, raket komplekslərinin yerləşdirilməsi, komanda idarə etmə mərkəzləri ilə yerli hərbi strukturlar arasında inteqrasiya olunmuş fəaliyyət mexanizmlərinin qurulması və. s məsələlərlə bağlı qərarlar alınacaq.
Eyni zamanda NATO ölkələrinin müdafiə xərclərini öz büdcələrinin 2 faizi həcminə qədər artırması məsələsi də gündəmə gətiriləcək. Qeyd edək ki, indiyə qədər yalnız 9 ölkə öz hərbi xərclərini bu həddə qədər artırıb.
Təbii ki, bu dəfəki toplantının da əsas gündəm mövzusu Ukraynaya göstərilən hərbi yardımların artırılması olacaq. Ukrayna prezidenti Zelenski sammitə video formatında qatılacaq. Gözlənilir ki, sammitin əsas qərarlarından biri də, məhz, Ukraynaya göstərilən hərbi yardımların artırılması və operativliyinin təmin olunması ilə bağlı olacaq. Xüsusi ilə də Rusiyanın ölkənin Şərqində hücumlarını artırdığı, Kiyev də daxil olmaqla şəhərlərə raket zərbələri endirdiyi bir vaxtda Ukraynanın ehtiyac duyduğu hava hücumundan müdafiə sistemlərinin və ağır hücum silahlarının verilməsi zərurətə çevrilib. Bu baxımdan NATO sammiti ərəfəsində Rusiyanın etdiklərinin Ukraynanın hərbi yardım tələblərinin qəbul edilməsinə zəmin yaratdığını demək olar.
Sammitin ən diqqət çəkən məsələlərindən bir də Türkiyə ilə İsveç və Finlandiya arasında yaranmış krizin çözülməsinə cəhdlər edilməsi olacaq. Bu hər iki ölkənin NATO – ya qəbul edilməsi ilə bağlı yaranmış vəziyyət Türkiyənin üzləşdiyi terrorla bağlı qayğıları müzakirə etmək və nəzərə almaq zərurəti yaradır. Bununla bağlı baş katibi Stoltenberq bildirib ki, bu məsələdə hər üç ölkə başçısısı ilə ayrıca görüşlər keçirilib krizin çözülməsinə çalışılacaq.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.