Sabah Azərbaycan və Ermənistan XİN rəhbərləri Lavrovun vasitəçiliyi ilə Moskvada görüşəcəklər.
Aydındır ki, bu görüşdə hər hansı məsələnin həlli gözlənilmir. Moskva üçün bu görüşün əhəmiyyəti Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında iştirakını göstərmək və Qərbin vasitəçilik səylərini pozmaq üçündür. Çünki Rusiya Qərbin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında təşəbbüsü ələ almasından çox narahatdlr və sülh prosesi irəlilədikcə Cənubi Qafqazda özünün təsir imkanlarını itirmək istəmir.
Moskvada görüşü ərəfəsində Əliyev və Paşinyan arasında Brüsseldə keçirilən son danışlarda az da olsa müəyyən irəliləyiş əldə olunub. Düzdür, bunlardan bəziləri əvvələr razılaşdırılmış sayılsa da, sərhəd toqquşmalarından sonra ötən ilin Brüssel razılaşmaları pozulmuş hesab edilirdi. Rusiya görür ki, onun iştirakı olmadan hansısa məsələlərlə bağlı Qərbin vasitəçilik səyləri az da olsa nəticə verir və və tez- tez xatırladılan üçtərəfli Moskva Bəyannaməsi artıq heç bir işə yaramır.
Mayın 14-də AB şurası prezidenti Şarl Mişelin va vasitəçiliyi ilə keçirilən görüşdə sərhəd delimitasiyası, nəqliyyat xətlərinin açılması, ərazi bütövlüyünün tanınması ilə bağlı təkrar razılıqlar əldə olunduğu bildirilir. Bundan sonra
Moskvada keçirilən görüşdə Rusiya əgər bir səmərə ortaya qoymaq, özünün prosesi irəliyə doğru apardığını göstərmək istəyirsə, o zaman tərəflər arasında hansısa məsələnin razılaşdırılmasına nail olmalıdır.
Münaqişə tərəfləri arasında hər hansı bir razılaşma olmayacağı təqdirdə Moskvanın görüş təşəbbüsləri heç bir real məzmun kəsb etməyəcək . Çünki hər hansı tərəfin iştirakı ilə keçirilən görüşdə razılaşdırılmış məsələlər, həm də vasitəçi tərəfə razılaşdırılan mövzular üzrə tərəflərlə iş aparmaq, prosesin gedişə iştirak etmək imkanı verir. Paradoks ondadır ki, Moskva istəsə də sülh prosesinə töhvə verə bilməz. Çünki, sülh müqaviləsinin bağlanması Rusiya əsgərlərinin Qarabağdam çıxarılmasının yolunu açacaq və Moskvanın Cənubi Qafqazda hərbi mövcudluğuna son qoyulacaq.
Fuad Gahramanlı