KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Mitinqləri istəyənlər və istəməyənlər

Fuad Gahramanlı: Mitinqləri istəyənlər və istəməyənlər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
27 0

kimlərdir əsil vətənpərvər?

Xalqı köləyə çevrib sevmək olurmu ?

Siz heç gördünüzmü Azərbaycan hakimiyyətində yüksək vəzifə tutanlardan kimsə yaşamaq üçün övladını dövlətimizin dostluq elədiyi Konqoya və Venesuelya ya da Belorusa göndərsin? Gördünüzmü ki, buradan oğurladıqları dövlət pulu hesabına gedib oralarda ev alsınlar, biznes qursunlar? Bəs gəzməyə, istirahətə gedərək sərhədləri bağlı olan ölkələrə Türkmənistana, Şimali Koreyaya necə getdiklərini eşidib duydunuzmu? Və ya hansısa bir məmur övladını oxumağa göndərəndə, özünü müalicə etdirməyə ölkə seçəndə niyə bunu dövlətimizin əziz xələf dostları arasından , “Qoşulmayanlar hərakatının” onlarla üzvləri içərisindən və ya Mərkəzi Asiyanın “Türk birliyi” ölkələri sırasından deyil, bizə qarşı “pis” münasibəti olduğu deyilən, bizim rəsmi təbliğata görə mitinq, azad seçki kimi təhlükəli və yanlış hesab olunan yollar seçmiş ölkələr arasından edirlər? Bizim dövlət rəhbərlərinin çıxışlarındakı məntiqin əksinə olaraq nədən elə həmişə insanların istədikləri vaxt mitinq edib, kütləvi etiraz edə bildikləri, azad seçkilərin keçirildiyi , məhkəmələrin müstəqil olduğu ölkələrdə yaşamağa, istirahət etməyə, mülk almağa, biznes qurmağa üstünlük verirlər ? Axı bu şeylərin bizdə də olmasını tələb edəndə ,”yox, bunlar dövlətçiliyə təhlükədir, Qərbin planlarıdir” deyib “vətənpərvər”, “millətçi” olurlar, yad təsirlərdən ölkəmizi qoruduqlarını bəyan edirlər. Niyə özlərinə gələndə bizimlə eyni yolu, öz xalqına bizim hakimiyyət kimi yanaşan ölkələri seçmirlər?

Ancaq Vətəni səngərdə qorumaq lazım gələndə bu ölkəni Qərbin yad təsirlərindən qoruduqlarını bəyan edənlərin heç birinin nəinki övladı, heç qohumu da ortada görsənmir. Vətən övladlarının ədalətə ehtiyacı olanda bu dəstədən heç kim bazar piştaxtasına dönmüş məhkəmədən müstəqil, adil davranmağı tələb etmir. Sosial ehtiyac üzündən özünü yandıran qazinin fəryadına səs vermək tələb olunanda Moskvadan göndərilən müharibə direktivinə “vətənpərvər” kimi züy tutan “rejimə lapetlik” edən jurnalistlərin, ziyalıların heç birinin cınqırı da çıxmir. Yaşadığı, sərvətləri hesabına milyonlar qazandığı ölkənin bir ali məktəbinin belə dünya minliyinə düsməməsinə görə bu “dövlət təəssübkeşləri” bir dəfə narahat olmur, elm texnologiya cağında millətin mübtəla edildiyi cəhalətə görə qayğılanmırlar. Belələri millətin kasıbçılıq içində bir qarın ac, bir qarın tox böyüyən balalarına uşaq pulu vermək tələbini eşidəndə də o millət sevgilərini yadlarına düşmur, səslər çıxmır, lal və kor olurlar. Onlara millətçilik də, vətənpərvərlik də əzilən, istismar olunan xalqın demokratik haqları gündəm gələndə konfulyaj olunub rejimin maraqlarını qorumaq üçün lazımdır.

Bu gün dövlətçilik, millətcilik adı altında rejimin maraqlarına xidmət edənlər quraşandıqları korrupsiya yolu ilə millətin evini necə yıxdıqlarını, iqtisadiyyatını, təhsilini, mədəniyyətini, texnoloji inkişafını, rifahını məhv etdiklərini, hüququnu, haqqını əlindən alıb onunla necə kölə kimi rəftar etdiklərini, milyonlarla insanı bir tikə çörək üçün Vətəndən didərgin saldıqlarını, cəhaləti epidemiya kimi yaydıqlarını hesaba qatmadan elə danışırlar ki, sanki bunlar milli hədəfi olan, Vətən sevgisini hər şeydən üstün tutan, milli ideya yolçuluğuna çıxan dövlət adamları, millətçi idealistlərdir . Halbuki , özləri də yaxşı bilirlər ki, bu xalqın yaşadığı bu günkü dərdlərin , problemlərin səbəbi, hesabı onların əməllərində, nəfslərinədə saxlıdır.

Bu milləti bu qədər istismar etmək bəs deyilmiş hələ bir onun səsini çıxarıb haqqını istəmək, zülmə etiraz etmək hüququnu da əlindən alıblar. Ancaq biz də xalq olaraq bu fəlakət ssenarisi ilə barışmalı deyilik, milli immun sistemimizi dircəldib öz milli varlığımızı qorumaq uğrunda mübarizə aparmalıyıq. Bu məqsədlə Milli Şura sərhədləri bağlı məkanda danışmaq hüququ olmayan xalqımızın vətəndaşlıq haqlarına istinad edərək konstitusiyanın 49 -cu maddəsinə əsasən 21 apreldə Bakı şəhərində ümumxalq aksiyası keçirməyi qərara alıb. Bu mitinq təkcə problemlərə etiraz aksiyası deyil, bizim hüquqsuz kölə olmaqdan çıxaraq xalq olmağa keçid edə bilməyimiz üçün bir yol xəritəsidir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir