Fuad Gahramanlı: Məsud Pezişkiyanın qələbəsinin milli və geosiyasi nəticələri
Labüd dəyişiklikləri və ya bu qələbəyə görə ətrafda kimlər pərtdirlər ?
Dünən İranda keçirilən prezident seçkilərində soydaşlarımız, Güney Azərbaycan türkü Məsud Pezeşkian prezident seçilib.
Səsvermədə 30.530.157 nəfər iştirak edib. Məsud Pezeşkian: 16,384,403 səs alaraq qalib gəlib. Onun rəqibi Səid Cəlili isə 13.538.179 səs alıb. Arada 3 milyona qədər böyük səs fərqi var.
Bu güneyli və qüzeyli Azərbaycan türkləri adına çox böyük uğurdur və ilk dəfədir ki, İranda milli asimliyasiyaya məruz qalan, öz dilində yazıb oxumaq, mədəniyyətini inkişaf etdirmək haqqları əlindən alınmış Azərbaycan türklərinin nümayəndəsi öz türk kimliyini açıq ifadə edərək seçkidə iştirak edib qalib gəldi. Onun qalıb gəlməsininə əsas səbəb islahatlar keçirəcəyi ilə bağlı cəmiyyətin ehtiyac duyduğu vədlər verməsi ilə yanaşı, həm də öz türk kimliyini qabardaraq bütün xalqların milli haqlarını qiruyacağını bildirməsi olub. Məhz buna görə Güney Azərbaycan türkləri ilk dəfə seçki prosesində kütləvi şəkildə milli həmrəylik göstərərək ona daha çox dəstək verdilər və bu səslər onun qələbəsinin təmin edilməsində həlledici amil oldu .
Bu məsələnin çox geniş təhlil olunası aspektləri var . Ancaq digər məsələlərə toxunmadan onu demək olar ki, Məsud Pezişkiyanın seçki kampaniyası müddətində türk milli kimliyi üzərinə qoyulmuş tabuların, qadağaların yıxılması, kompaniya gedişində Azərbaycan adının daim öndə olması və seçkidə daha çox türklərin səsləri ilə qələbə qazanılması, onu göstərdi ki, bunda sonra hakimiyyətə gəlmək istəyən istənilən qüvvə həlledici siyasi faktor kimi türklərin rəyini, dəstəyini nəzərə almalı olacaq. Bu isə addım- addım milli haqların bərqərar olmasına, Güney Azərbaycan türkləri arasında milli oyanış prosesinin genişlənməsinə və milli həmrəylik yaranmasına yollar açacaq .
Bu qələbə onu göstərir ki, prosesin arxasında qoca Xameneyinin İranı radikal mühafizəkar mövqedən geri çəkərək dağıdıcı müharibədən xilas etmək kimi dərin dövlət ağlına əsaslanan bir planı var. Yoxsa, Məsud Pezişkiyan da digərləri kimi seçkiyə buraxılmazdı. Məhz buna görə demək olar ki, Pezişkiyann seçki ərəfəsində verdiyi vədləri yerinə yetirəcəyi ilə bağlı şansları kifayət qədər yüksəkdir . Bu isə İranın təsir dairəsində olan regionlarda qlobal əhəmiyyətli geosiyasi dəyişikliklərə gətirib çıxaracaq.
Aydındır ki, Məsud Pezişkiyanın qələbəsi ilk növbədə Rusiyanı və sonra da Çini məyus edib. Çünki qalıb gələcəyi təqdirdə , o, Qərblə nüvə danışıqlarına yenidən başlayacağını, sanksiyaların aradan qaldırılması istiqamətində çalışacağını, Rusiya ilə indiki münasibətlərə yenidən baxılacağını bildirib. Bu isə Orta Şərqdə və Cənubi Qafqaz siyasətində Qərblə konfrantasiyadan imtina edilərək konsensus və əməkdaşlıq kursunun seçilməsi deməkdir . Demək ki, yaxın gələcəkdə İranı İsrail vasitəsi ilə ABŞ -la müharibəyə sövq edib, Ukraynadan diqqəti yayındırmaq planı da gerçəkləsməyəcək. Beləliklə də Orta Şərq regionu onu gözləyən böyük dağıdıcı müharibədən uzaqlaşmış kimi görünür. Çin isə bundan sonra Tayvan məsələsinə görə ABŞ-n başını Orta Şərqdə istədiyi kimi qata, problemlər yarada bilməyəcək.
Məsud Pezişkiyanın qələbəsi Azərbaycan hakimiyyətinin iki strateji müttəfiqinin maraqlarına uyğun deyilsə, o zaman bu qələbənin necə bir reaksiya yaratdığınını da təxmin etmək olar . Seçki kompaniyasının gedişində gördük ki, Azərbaycan hakimiyyətinə bağlı təbliğat şəbəkəsi milli həmrəylik yerinə Rusiya və avtoritar rejimin maraqlarından çıxış edərək radikal xətt tərəfdarı Cəlilini müdafiə edirdi. Çünki çox narahat idilər ki, İranda islahatçı türk Pezişkiyanın hakimiyyətə gəlməsi Cənubi Qafqazda geosiyasi tarazlığı Qərbin xeyrinə dəyişə və Rusiyanın təsirini əhəmiyyətli dərəcədə zəiflədər bilər. Bu dəyişiklik həm də strateji müttəfiq kimi Cini Cənubi Qafqaza çəkib gətirnək və gücləndirmək səylərinə də böyük zərbə vurmuş oldu.
Bütün müqavimət cəhdlərinə baxmayaraq regionda ənənəvi güc tarazlığı dəyişməkdə və demokratik acılım siyasəti bir zərurətə cevirməkdədir.
Fuad Gahramanlı
Share this content:
Yorum gönder