KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Londondakı hücumun arxasında kim durur Hadisənin verdiyi mesaj nədir

Fuad Gahramanlı: Londondakı hücumun arxasında kim durur Hadisənin verdiyi mesaj nədir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
317 0

Londonda səfirliyimizə edilən basqının arxasında kim durur və bununla ölkəmizə hansı mesaj verilir? Zahirən bu hücumun təşkilatçılığını öz üzərinə götürən Küveyt əsilli Yaser Əl- Həbibinin rəhbərlik etdiyi “Mehdi xidmətçiləri” radikal dini qruplaşmasıdır. Ancaq bu məsələnin zahirən görünən tərəfədir, “Mehdi xidmətçiləri” təşkilatı niyə durub- dururkən Azərbaycan səfirliyinə hücum etsinlər ki?
Bəs onda bu basqını kim planlayıb və niyə edib ?
Öncə təhlil üçün ondan başlayaq ki, baş vermiş hadisə kimin marağına uyğundur?
İran adı ilk ağıla gəlir. Ancaq İran burda bizlə həmsərhəd olduğu halda , ölkəmizdə də kifayət qədər güclü şəbəkəsi ola- ola niyə Londonda belə təxribat təşkil etsin ki? İngiltərə kimi güclü kəşfiyyatı olan ölkə öz paytaxtında törədilən belə bir hay küylü insidenti çözüb onsuz da beynəlxalq vəziyyəti pis olan İranı ifşa etməzmi? İran da bunu bilə – bilə niyə özünü çətin duruma salacaq belə bir hadisə törətsin ki? Üstəlik bu dini qruplaşma İranın əsas ideoloji siyasi hakimiyyət aləti olan Vilayəti Fəqih institutuna da qarşı çıxır. Və üstəlik 2008- ci ildə elə İran səfirliyini də bu qruplaşma zəbt etmişdi. Demək ki, İran inandırıcı deyil.
Bəlkə bu İsrail səfirliyinin oxuduğu kitabın Londonda çevrilən növbəti vərəqidir ? İnandırıcı deyil, çünki bu zaman səfirliyimizə basqın edən tərəf gərək İranpərəst olsun ki, bu işin məsuliyyətini İranın üzərinə qoyub, onun əleyhinə təbliğata çevirmək mümkün olsun.
Bəs İngiltərə özü necə, bu işin arxasında dura bilərmi ? Çünki təşkilat Londonda yaranıb, radikal dini qruplaşma olduğu üçün və bundan da öncə İran səfirliyinə basqın ettdiyinə görə böyük ehtimalla Britaniya kəşfiyyat orqanlarının nəzarətindədir. Hələ onu demirik ki, İngiltərə kontrol edə bilməyəcəyi bir radikal dini qruplaşmanın öz ərazisində belə sərbəst fəaliyyətinə nədən razılıq versin ki? Ancaq bu təşkilat İngilis Mi-6 sının nəzarətində olnuş olsa belə, Azərbaycan səfirliyinə basqın İngiltərənin nəyinə gərəkdir? İngiltərə elə bir gücə və kəşfiyyat imkanlarına sahibdir ki, ona lazım olan mesajı elə Bakının mərkəzində də verə bilər. Özü də İngiltərənin Azərbaycanın dünyəvi dövlət quruluşunu təhdid edən bir hərəkətlə mesajı verməsi üçün səbəb də yoxdur. Bir də ki, İngiltərənin əlində Azərbaycan hakimiyyətiə təsir etmək üçün çox təsirli və güclü alətlər olduğunu da unutmayaq. Lazım olsa İngiltərənin əlində ofşor hesablar, dondurmaq və ifşa etmək üçün bank hesabları və məlumatları var. Ona görə də bu işdə İngilis barmağının olması inandırıcı deyil.
Bəlkə bu “Mehdi xidmətçiləri” radikal dini qruplaşmasının öz adını duyurmaq, təbliğatını aparmaq məqsədi ilə planladığı bir hərəkətdir? Ancaq bu versiya da inandırıcı görünmür. Çünki, bu məsuliyyətin altına girilirsə Səudiyyə, İran, Türkiyə kimi böyük dövlətlər durduğu yerdə, niyə kiçik, kimsənin yadına düşməyən Azərbaycan dövlətinin səfirliyi hədəf olsun ki?
O zaman kim qalır bəs? İlk öncə baxaq görək, bu hadisə hansı mesajı verir və kimin marağına uyğundur ? Azərbaycan dövlətinin dünyəvi dövlət quruluşunu devirmək istəyən radikal dini qruplaşmalar və təhlükə var mesajının Londondan bütün dünyaya verilməsi sizcə kimin marağına uyğundur və belə bir təəsürat kimin işinə yarayır?
Ukrayna müharibəsi nəticəsində dəyişən beynəlxalq şərtlərdə Azərbaycanda demokratiyanın boğulmasını, zorakı davranışları, daxildə azadlıqların məhdudlaşdırılmasını nə ilə əsaslandırmaq olar? Yeganə bəhanə ölkədə radikal islam təhlükəs olması fikridir. O zaman belə ehtimal etmək olar ki, Londonda baş vermiş hadisə daha çox Azərbaycanda radikal dini cərəyanların xaos və qarşıdurma yaratma cəhdlərinin qarşısını almaq üçün demokratiya və azadlıqları boğmağaq zərurətini göstərməyə xidmət edir.
Əlbəttə bunlar bir ehtimaldır, hadisənin obyektiv araşdırılması təkcə hadisənin iştirakçılarını deyil, sifarişin hardan gəldiyini də üzə çıxarmalıdır əslində . Ancaq, belə məsələlərdə bir qayda olaraq istintaq sifarişçini müəyyən edə bilmir, çünki kəşfiyyat işində “özgə bayrağı ilə əməliyyat qurma” deyilən bir metod var, bu zaman icraçı sifarişin hardan gəldiyini özü belə bilmir. Nəticədə hadisəni törədən bunu öz ideoloji məqsədləri lə bağlayıb məsuliyyəti öz üzərinə götürür.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir