KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Lavrov Bakıya niyə gəlmişdi

Fuad Gahramanlı: Lavrov Bakıya niyə gəlmişdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
337 0

O, həm təriflədi, həm də bu tərifin içində xəbərdarlıq etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdədir. O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla “Beynəlxa informasiya təhlükəsizliyinin təmin olunması haqda Saziş” imzalayıb. Rusiya əksər beynəlxalq platformalardan kənarlaşdırıldığ və beynəlxalq təhlükəsizlik üçün əsas təhdidə çevrildiyi bir dövrdə,bu təcavüzkar ölkə ilə belə bir sənəd imzalamağa nə lüzum vardı ki? Belə görünür ki, bu saziş səfərin səmərəsini göstərmək üçün imzalanan formal bir sənəddir.
İki nazirin görüşündə İlham Əliyevlə Putin arasında ötən il 22 fevralda imzalanmış bədnam “Müttəfiqlik Bəyanatı” haqda danışılmaması və bu sənədin indiyə qədər ratifikasiya edilməməsi onu göstərir ki, iki ölkə arasında real münasibətlər artıq ötən ilki səviyyədə deyil. Sözlə deyilməsə də, Ukrayna müharibəsindən sonra yaranmış yeni geosiyasi şərtlərin təsiri ilə geriləmə var və bu Moskvanın görmək istədiyi ” müttəfiqlik” münasibətlərinə uyğun deyil. Ehtimal ki, Lavrovun Bakıya gəlişinin əsas səbəbi də bu yaranmış narahatlığa görədir. O da məlumdur ki, bu geriləmənin əsas səbəblərindən biri də Azərbaycanla Qərb arasında diplomatik təmasların intensivləşməsi ilə bağlıdır. Rusiya Azərbaycanla ABŞ arasında son vaxtlar aparılan dialoqu diqqətlə izləyir və olla biləcək yaxınlaşmadan ciddi şəkildə narahatdır. Yəqin ki, Lavrov bu narahatlığı öz azərbaycanlı həmkarının nəzərinə çatdırıb.
Daha sonra Putin Lavrovun dili ilə mətbuat konfransında açıq şəkildə bildirib ki, indiki halda Azərbaycanı öz yanında görməsə də, qarşı tərəfdə də görmək istəmir və buna müsaidə etmək niyyətində deyil. Lavrov Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, “Ukraynadakı xüsusi əməliyyata Azərbaycanın balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk”. Yəni, Azərbaycan Qərbin təsiri ilə balanslı davranmaqdan o yana keçməməlidir və bu Azərbaycan üçün bir məsuliyyət məsələsidir.
Lavrov gəlmişkən Ermənistan Azərbaycan arasındakı məsələlərə də münasibət bildirib və sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası üzrə işçi qrupun fəaliyyətindən və Ermənistan – Azərbaycan arasında sülh sazişindın də danışıb. Bunula da demək istəyib ki, iki ölkə arasındakı danışıqlar və Qaradağ məsələsi yenə də əvvəlki kimi bizim maraq dairəmnizdədir və Rusiya bu sahədə diplomatik təşəbbüsü və nəzarəti Aİ – na verməyə hazırlaşmır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir