KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Laçın postuna qarşı Rusiya sancısı

Fuad Gahramanlı: Laçın postuna qarşı Rusiya sancısı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
164 0

Azərbaycan Moskva qarşısında sərt tələblər qoymalıdır.

Laçın yolunun Ermənistanla sərhəd hissəsinə nəzarət buraxılış məntəqəsi qoymaqla iş bitmir. İndi əsas məsələ Azərbaycanın bu haqlı addımına qarşı mənfi beynəlxalq reaksiyaların qarrşısını almaqdır. Erməni lobbisi və Ermənistan bu məsələni Qarabağda etnik təmizləməyə və humanitar böhran yaratmağa yönəlmiş addım kimi təqdim etməyə çalışır, Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmağa çalışır.

Ona görə də, Azərbaycan dərhal bütün beynəlxalq platformalardan istifadə edərək nəzarət buraxılış məntəqəsinin Laçın yolunda hərəkətə və sülh prosesinə mane olmadığını bildirməli, əksinə, yolun humanitar məqsədlər
üçün istifadəsinə zəmanət verən bu addımın sülh prosesinə daha çox kömək edəcəyini sübut edilməlidir. Eyni zamanda ölkəmizdəki səfirlikləri və beynəlxalq medianı dəvət edib əsil həqiqəti göstərmək üçün əraziyə səfərlər təşkil etmək olduqca vacibdir.
Xaricdə mürgüləyən işbilməzlik səfirliklərimiz də, heç olmasa indi bu istiqamətdə xüsusi fəaliyyət planı üzrə işləməlidirlər. İndiki önəmli zamanda xüsusi fəal diplomatik fəaliyyət ən azı Ermənistana sinxron şəkildə davam etdirilməlidir.

Keçək əsas məsələyə. Dünən Rusiya MN məlumat yayaraq Azərbaycanın nəzarət postu qoyulan yerdə nəqliyyatın hərəkətini dayandırdığını bildirib. Halbuki DSX yaydığı ilk məlumatda nəzarət buraxılış məntəqəsinin Rusiya sülhməramlıları ilə birlikdə fəaliyyəti göztərəcəyini bildirmişdi. Belə çıxır ki, vəziyyət bu rəsmi məlumatın əksinədir və ruslar Ermənistanla eyni mövqedən çıxış edir.

O halda Azərbaycan da susmamalı, yerləşdiyi bölgədə rus sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyinə görə Moskvaya qarşı açıq çıxışlar etməlidir. Məhz, rusların birbaşa himayəsi ilə 10 noyabr bəyanatına zidd olaraq Laçın dəhlizindən humanitar deyil, hərbi məqsədlər üçün istifadə olunduğu, Qarabağdan qanunsuz erməni silahlılarının bu günə qədər çıxarılmadığı gündəmə gətirilərək Moskvanın qarşısında konkret tədbirlər qoyulmalıdır. Azərbaycan bu və digər məsələləri əsas gətirərək Rusiyanın nəzərinə çatdırmalıdır ki, o indiki mövqeyini davam etdirəcəyi təqdirdə “sülhməramlıların” vaxtından əvvəl Qarabağdan çıxarılması məsələsi gündəmə gətiriləcək və bunun üçün də kifayət qədər legitim əsaslar mövcuddur.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir