KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Kimlərsə Putinə xəyanət edir

Fuad Gahramanlı: Kimlərsə Putinə xəyanət edir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
249 0

Rus ordusunun geri qaçışı təkcə qorxuya görədirmi ?

Ukraynanın qısa müddət ərzində əldə etdiyi ərazilər 8.370 kv. km – ə çatıb. Heç kim belə bir nəticə gözləmirdi. Bu miqyasda azad etmə əməliyyatı Rusiya ordusunun nəinki hücum etmək, hətta müdafiə belə olunmaq imkanlarını itirdiyini göstərməkdədir.
Yayılan video kadrlardan da görünür ki, ruslar sadəcə döyüşə – döyüşə geri çəkilmirlər, onlar həm də əllərində olsan hərbi texnikaları, silahları kütləvi surətdə atıb qaçırlar. Bu geri qaçış elə panik vəziyyətdə baş verir ki, ruslar qarşı tərəfin əlinə keçməməsi üçün atıb getdikləri silah sursatı belə məhv etmirlər.
Etiraf edək ki, belə bir panik əhval ruhiyyədə geri çəkilmə Rusiya ordusunun hərbi potensialına uyğun deyil .
Ona görə də, ehtimal etmək olar ki, bu cür geriçəkilmədə hansısa pozuculuq, Putin rejiminə qarşı daxili narazılıq elementləri var. Ola bilsin ki, Rusiya ordu rəhbərliyində kimlərsə Ukrayna müharibəsindəki məğlubiyyəti görüb, rus ordusunu bundan sonra da boş yerə ət maşınının qabağına verib qırdırmağı qəbul etmirlər. İstisna deyil ki, döyüşlərdə birbaşa iştirak edən hərbi komandanlıq onları bu vəziyyətə saldığı üçün Kreml rəhbərliyi ilə hesablaşmaq niyyətində olsun . Çünki son günlər baş verənlər rus ordusunun təkcə təkcə əsgərlərinin deyil, komandanlığının da döyüşmək həvəsində olmadığını göstərir. Bəzi video kadrlarda geri çəkilən əsgərlər bildirirdilər ki, komandirlər onları atıb qaçıblar.
Açıq aydın hiss olunur ki, Rusiya hərbi siyasi rəhbərliyinin daha əvvəlki qətiyyəti qalmayıb. Belə görünür ki, döyüşlərdə birbaşa iştirak edən hərbi komandanlıq siyasi rəhbərliyin mənasız inadına görə rus ordusunu tamamilə darmadağın edilməsi ilə razı deyil. Bu isə irəlidəki mərhələdə də son bir neçə gündə yaşananların yenidən təkrarlanması ehtimalını artırır.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir