KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Karadeniz savaş alanına dönüşüyor

Fuad Gahramanlı: Karadeniz savaş alanına dönüşüyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
166 0

Vaxtilə Qara dənizdə hegemonluq edən Rusiya bu gün burada öz donanmasının təhlükəsizləliyini belə təmin edə bilməyəcək hala gəlib. Son iki gündə ard – arda Rusiya gəmiləri Ukraynanın pilotsuz katerlərinin hədəfi olmaqdadır. 2 gün oncə Novorssiyskdə desant daşıyan gəmisi vurulan Rusiya bunun ardınca növbəti zərbəni aldı. Bu gün səhər saatlarında Ukrayna pilotsuz kateri Rusiyanın 5 min ton tutumu olan “SİG” adlı Krıma neft daşıyan tankerini vuraraq məhv edib.

Hər iki zərbə taxıl anlaşmasından çıxan Rusiyanı çətin hala salıb. Ukrayna Rusiyaya göstərir ki, əgər taxıl anlaşmasına qoşulub müvəqqəti də olsa gəmilərin təhlükəsiz hərəkətinə razılaşmyacaqsa, bundan ilk növbədə Moskva özü ziyan çəkmiş olacaq.
Bu zərbələrin ardınca böyük ehtimalla Putin Ərdoğanın vasitəçiliyi ilə taxıl anlaşmasına geri dönməyə çalışacaq. Rusiya həm də bu yolla Novorssiysk limanı vasitəsilə ilə neft daşımalarının təhlükəsizliyinə zəmanət əldə edə bilər. Əks təqdirdə Novorssiysk limanı hər an Ukrayna kamikadze katerlərinin hədəfi ola biləcəyindən, bu limanlara girişin təhlükə risqi də artmış olacaq. Bu üzdən neftin daşınma və sığorta xərcləri artacaq ki, bu da digərləri ilə müqayisədə onsuz da ucuz satılan rus neftinin maya xərclərinin artmasına səbəb olacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir