KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Karabağda yeniden savaş başlıyor

Fuad Gahramanlı: Karabağda yeniden savaş başlıyor

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
266 0

Qarabağda müharibə başlaya bilərmi?

İndi növbəti addım Laçın yolunda post qoymaqdır !

Rusiyaya nə deyilməlidir?

Qarabağda dünən baş vermiş hadisələrdən sonra indi ən çox maraq doğuran sual budur ki, yeni genişmiqyaslı hərbi münaqişə baş verə bilərmi?
Azərbaycan ordusunun Rusiya “sülhməramlıları” ilə ermənilərin birgə işlətdikləri Laçın Xankəndi dəhlizinə paralel Turşsu-Xəlfəli-Xankəndi və Turşsu-Kosalar – Mirzəli – Xankəndi yolunu nəzarətə götürməsi, Ermənistan və Rusiyanın kəskin etirazına səbəb olub. Rusiya MN öz yaydığı bəyanatda həddinini aşaraq Azərbaycan ordusundan öz əvvəlki mövqeyinə qayıtmasını tələb edib.

Rusiya Müdafiə Nazirliyi bəyanatında bildirilib ki, Rusiya hərbi komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını alınması,… Azərbaycan ordusunun əvvəlki mövqeyinə qayıtması üçün üçün tədbirlər görür”. Bəyanatda açıq şəkildə hədələyici ton var və Rusiya özünü suveren Azərbaycan ərazisinin sahibi kimi təqdim edir.
Göründüyü kimi Moskva Qarabağda hərbi gərginliyi artırmaq üçün istifadə etdiyi yolun Azərbaycan ordusunun nəzarətinə keçməsindən çox narahatdır. Rusiyanın bu mövqeyi onun prosesdə tərəfsiz sülhməramlı kimi deyil, erməni separatçıları ilə eyni cinahda yer alan münaqişə tərəfi kimi çıxış etdiyini göstərir.

Ermənistan isə prosesə bir başa müdaxilə etmək iqtidarında deyil. Böyük ehtimalla İrəvan bundan sonra daha çox Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsi yönündə cəhdlər edəcək. Bu məsələdə İrəvan Azərbaycanın Laçın – Xankəndi yolunda keçirdiyi aksiyadan ölkəmizə qarşı əsas təzyiq aləti kimi istifadə etməyə çalışacaq. Təəssüf ki, İrəvan hələ də bizə xeyirdən daha çox zərər gətirən bu tədbiri, beynəlxalq səviyyədə öz xeyrinə istifadə etdiyi legitim təzyiq vasitəsinə çevirə bilib.

Qarabağdakı separatçı qrumun rəhbəri Araik isə yenə də avantürist bəyənat verərək silaha sarılmaqdan danışıb. Ancaq reallıq ondan ibarətdir ki, bu qondarma qurumun 10 min nəfərlik silahlı birləşmələri Azərbaycan ordusunun nəzarət tədbirlərinin qarşısın hərbi yolla önləmək iqtidarında deyil. Əgər, belə bir cəhd olarsa, bu, ordumuzun öz suveren ərazimizdə nəzarət dairəsini genişləndirməsi üçün legitim əsas yaratmış olar.

Bu gün Rusiyanın Ukraynada düşdüyü bataqlıqdan sonra Qarabağda Azərbaycan ordusuna qarşı irimiqyaslı hərbi əməliyyatlar keçirmək imkanları çox məhduddur. Rusların əl atacağı əsas təxribat isə qondarma qrumun silahl birləşmələrini irəli verməklə Azərbaycan ordusunun nəzarət tədbirlərinə müqavimət göstərmək ola bilər. Bu halda hərbi güc nisbətinin Azərbaycanın xeyrinə olması, Moskvanın bu yolla nəyəsə nail olmaq imkanlarının da qarşısını alır. Ona görə də, belə bir münaqişə ehtimalı indi o qədər də yüksək deyil.

Hesab edirik ki, Azərbaycan bütün bu reallıqları nəzərə alaraq, daha qətiyyətli davranaraq, dünən ilkin “provasını” etdiyi nəzarət tədbirlərini davam etdirirməli, kimsədən rəy soruşmadan Laçın yolunda öz dövlət nəzarət buraxılış məntəqəsini qurmalıdır. Bundan sonra isə Laçın – Xankəndi yolunun humanitar məqsədlərıə istifadəyə açıq olduğu bəyan edilməlidir. Bu məsələdə Rusiyanın etirazları nəzərə alınmamalı, təhdidlər olacağı təqdirdə Türkiyə ordusunun Qarabağa dəvət olunacağı açıq ifadə ilə Moskvannın nəzərinı çatdırılmalıdır.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir