KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İsrailin İran planı

Fuad Gahramanlı: İsrailin İran planı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
194 0

Bu fotonu necə oxumalı ?

Bu foto həm də İranla bağlı İsrailin planlarını göstərir. Bəs bu fotonu necə oxumaq olar? Netanyahu, İsrailin kəşfiyyat naziri xanım Qila Qamliel və Rza Pəhləvi bir masada İranın gələcək taleyini müzakirə edirlər. İsrail öz kəşfiyyat imkanları ilə molla rejiminə qarşı Rza Pəhləviyə dəstək verəcək.

İranın əsas rəqibi İsrail Pəhləvi sülaləsinin yenidən hakimiyyətə qayıdışınımı istəyir? Belə görünür ki, Təl-Əviv ABŞ-n ikinci Suriya ola bilər qorxusunu nəzərə allr və Vaşinqtonun dəstəyini almaq üçün İranda yalnız rejim dəyişikliynin olmasını, bu çoxmillətli ölkənin bütövlüyünün qorunub saxlanılmasını istəyir.

Rza Pəhləvinin 2 ay öncə keçirilən Münhen təhlükəsizlik konfransında peyda olması da onun beynəlxalq siyasətə servis olunması, bu ölkə ilə bağlı qlobal güclərin gələcək planların Pəhləvi sülaləsi üzərindən qurulmasının mesajı idi. Bununla İrandakı hakim fars elitasına mesaj verilir ki, “narahat olmayın, bizim davamız molla rejimi ilədir, İranı bölmək istəmirik”.

O zaman sual yaranır, bəs İranın demokratikləşməsi necə olacaq ? İran tarixində istibdadın rəmzi sayılan Pəhləvi sülaləsinin hakimiyyətə gətirilməsi İran xalqlarının azadlıq istəyinə, iradəsinə zidd deyilmi? Bəs, İranda milli zəmində əzilən, haqları əlimdən alınan Güney Azərbaycan Türklərinin milli müqəddəratını təyin etmə haqqı necə olacaq ? Azərbaycan dövləti İsraillə danışıqlarda ölkəmiz üçün çox mühüm bu strateji məsələni necə gündəmə gətirir ? Bilmirik.

Ancaq bu gün ölkə daxilində elə bir sosial dayağı olmayan Rza Pəhləvinin yalnız Qərbdəki fars kökənli İran mühacirləri arasında müəyyən dəstəkçiləri olsa da, bu gün azadlıq və demokratiya mücadiləsi verən İran xalqlarının yenidən sülalə hakimiyyətinin bərpası ssenari ilə razılşacağı, heç də inandırıcı görünmür. İranda aylarla çəkən son xalq dirənişi göstərdi ki, xaricdə kimin nə istəməsindən aslı olmayaraq bu ölkənin gələcəyi iki prinsip üzərində bərqərar olacaq, bunun biri demokratiya, digəri isə millətlərin öz müqəddəratını təyin etmə haqqına sahib olmasıdır.
Fuad  Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir