KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İsrail mudafiə nazirinin gizlin səfərinin məqsədi nə idi ?

Fuad Gahramanlı: İsrail mudafiə nazirinin gizlin səfərinin məqsədi nə idi ?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
272 0

Bu səfərin İranla əlaqəsi varmı ?

İsrailin Mudafiə naziri Beni Qants Azərbaycanda səfərdə olub. Onun səfəri demək olar ki, məxfi şəraitdə keçib, bu barədə məlumat mediadan saxlanılıb, yalnız geri döndükdən sonra bu barədə xəbərlər yayılıb. Aydındır ki, səfərlə bağlı məlumatların verilməməsinə səbəb həm təhlükəsizliklə, həm də İranı daha çox qıcıqlandırmamaqla bağlı olub.
İranla Azərbaycan münasibətlərinin ən gərgin dövrlərinin yaşandığı indiki vaxtda belə bir səfərin gerçəkləşməsi xüsusi önəm daşıyır. İsrail İranın nüvə silahı əldə etməklə bağlı fəaliyyətindən ciddi şəkildə narahatdır. 6-lıqla nüvə anlaşmasının pozulmasından sonra, İran üzərində hər hansı ciddi beynəlxalq nəzarətin olmamasından istifadə edərək, uranın zənginləşdirilməsi ilə bağlı intensiv iş aparır. Dəfələrlə ABŞ- rəhbərliyindən İranın nüvə obyektlərinə zərbə vurmaqla bağlı razılıq almaq tələblərinə imtina cavabı alan , İsrail məcbur olub regional səviyyədə İrana qarşı öz əks tədbirlərini gücləndirməklə məşğuldur. Bu baxımdan Azərbaycan ərazisi İrana qarşı kəşfiyyat fəaliyyətinin qurulması üçün ən əlverişli məkan hesab olunur. İran bir neçə dəfə bildirib ki, nüvə tədqiqatları ilə məşğul olan alimlərinə qarşı sui qəsd edən İsrail agentləri məhz Azərbaycan ərazisindən istifadə edərək bu ölkəyə sızıblar. Eyni zamanda Azərbaycanın İranla sərhəd bölgələrində İsrailin elektron – müşahidə kəşfiyyat avadanlıqlarının quraşdırılması ilə də bağlı Tehran öz narazılığını açıq formada bir neçə dəfə bildirib. Bu baxımdan müdafiə naziri Beni Qantsın səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin qərargahın da gəlməsi diqqət cəlb edən bir gedişdir. Bu o deməkdir ki, iki ölkə sərhəddi İsrailin hərbi planlarına daxil edilib və bu istiqamətdə birgə işlər nəzərdə tutulur.
Bundan əlavə bir müddət əvvəl İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehrli nağılları” kitabı ilə verdiyi mesaj onu göstərdi ki, İranda yaşayan etnik çoxluq olan 40 milyonluq Azərbaycan türklərinin pozulan milli haqlarının gündəmə gəlməsi də, bizim kimi yəhudi dövlətinin marağındadır. Çünki Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizəyə qalxması, hazırkı teokratik İran rejimin devrilməsinə və İranın parçalançasına yol aça bilər. Bu baxımdan İran daxilində rejimə qarşı 100-dən artıq şəhərdə baş qaldıran və davam edən xalq etirazları vaxtı İsrail müdafiə nazirinin Bakıya gəlişi, bu proseslərin növbəti fazasına hazırlıq məqsədi də daşıya bilər. Bu isə rejimin ifrat zorakılığına adekvat cavab vermək istəyən etirazçılara lazım olan yardımın göstərilməsi planları ilə bağlı ola bilər .
Azərbaycana gəldikdə isə aydındır ki, ölkəmiz İsraillə uzun müddətdir ki, səmərəli hərbi əməkdaşlıq edir. Bu ölkədən alınan müasir silahlar 2 – ci Qarabağ savaşında qalib gəlməyimizdə önəmli rol oynadı. İranın davamlı olaraq Azərbaycanı hədələyən bəyanatlar verməsi, açıq aşkar Ermənistanı müdafiə edən mövqedən çıxış etməsi, Zəngəzur dəhlizi ilə bağlı hətta İrəvandan daha sərt mövqe ortaya qoyması, onu göstərir ki, bu ölkə bizim üçün getdikcə artan böyük strateji təhlükəyə çevrilir. İran Azərbaycan daxilində yaratdığı aqressiv dini şəbəkə ilə də, ölkəmiz daxilində destabilizasiya təhlükəsi yaradır. Ona görə də, bu gün cənubdan gələn təhlükəyə qarşı Azərbaycanın İsraillə hərbi-strateji əməkdaşlığı bir təhlükəsizlik ehtiyacıdır.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildə İsrailldən1 batereya “dəmir qalxan” HHM sistemi alıb. İsrail boyda dövlətin hava sahəsini qapatmaq üçün 13 belə batereyaya qurulduğu halda, demək ki, Azərbaycan üçün yeni bayeyalar alınması gündəmdədir. Güman ki, nazir Beni Qantsın səfəri zamanı onunla cənubdan İran, Xəzərdən isə Rusiya təhlükəsinə qarşı həm Azərbaycanın hava sahəsini qorumaq üçün “dəmir qalxan” alınması, həm də, yeni müasir hərbi texnikaların idxalı müzakirə olunub.
Bundan əlavə Güney Azərbaycan türklərinin İranda gedən proseslər nəticəsində ayağa qalxıb öz milli haqlarını tələb edəcəyi halda, istər beynəlxalq dəstək , istərsə də soydaşlarımızın fars hakimiyyətini zorakılıqdan müdafiəsi üçün İsrailllə əməkdaşlıq Azərbaycanın milli – strateji maraqlarının tələbidir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir