KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İsrail dışişleri bakanı Azerbaycan’a niye geliyor

Fuad Gahramanlı: İsrail dışişleri bakanı Azerbaycan’a niye geliyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
168 0

İsrail naziri Azərbaycana niyə gəlib?

Bu səfərin indi olması təsadüf deyil.

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir. Onunla birlikdə İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçisi də bu səfərdə iştirak edir.
Bu gün İsrailin XİN başçısı Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcək və dövlət rəsmiləri ilə görüşlər keçirəcək.

Maraqlıdlr ki, İsrail nazirinin səfəri Azərbaycan və İran xarici işlər nazirləri arasında 3 dəfə ard-arda baş tutmuş telefon danışığından sonraya təsadüf edir. İran XİN sözçüsü bu danışıqların nəticəsini diplomatik uğur kimi qiymətləndirib. İndi maraqlıdır ki, Ali Kohenin bu səfəri İranla Azərbaycan arasındakı danışıqların nəticəsinı necə təsir edəcək?

Ali Kohen Təl-Əvivdə Azərbaycan səfirliyinin açılışı zamanı çıxış edərkən bildirmişdi ki, İsrail və Azərbaycan İran təhlükəsini ortaq təhdid kimi qiymətləndirir və bu təhlükəyə qarşı birgə fəaliyyət həyata keçirirlər. Bu baxımdan İsrailli nazirin bu səfərində yəqin ki, təkcə iki tərəfli münasibətləri deyil, həm də İranla bağlı məsələ müzakirə olunacaq. Səfərdə 20 şirkət nümayəndəsinin iştirakı da çox güman ki, onun anti İran məqsədini pərdələmək və ona işgüzar görünüş vermək üçündür.

Ehtimal ki, İsrail Ali Kohennin bu səfərində Azərbaycanın İranla əldə etdiy bu anlaşmanın iki ölkənin İranla bağlı birgə fəaliyyətinə necə təsir göstərəcəyuni müzakirə etmək istəyir. Müşahidələr onu göstərir ki, Azərbaycan və İran arasındakı yumşalma Qərbin sanksiyalarından narahat olan Rusiyanın istəyi ilə baş tutub. Rusiya hər iki ölkəyə təsir göstərərərək Şimal Cənub dəhlizini işə salmaqda maraqlıdır. Bundan ötrü isə Azərbaycan və İran arasında münasibətlərin normallaşması tələb olunur.
Bu onu göstərir ki, Azərbaycan məsələsində İsrailin maraqları bu gün həm də Rusiya ilə toqquşur.
Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir