KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İranın təhlükəsizlik doktrinası Suriyada necə çökdü?

Fuad Gahramanlı: İranın təhlükəsizlik doktrinası Suriyada necə çökdü?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
32 0

Niyə növbə İranındır ?

İranın təhlükəsizlik doktrinası Suriyada necə çökdü?

Suriyada Bəşər Əsəd rejiminin süqutu İranın uzun illər ərzində 100 milyard dollara başa gəlmiş təhlükəsizlik doktrinasını çökdürərək onun geosiyasi məğlubiyyətinə səbəb oldu. İran öz sərhədlərindən kənarda “şiə ayparası” cizgisi boyu yaratdığı proksi qüvvələri “sionizmə qarşı dirəniş , müqavimət” məqsədi ətrafında təşkilatlandıraraq silahlandırır, onların bütün zəruri təhcizatını təmin edirdi. Bu qüvvələrlə iş və onların kordinasiyas SEPAH-n İran xaricindəki əməliyyatlarına cavabdeh olan Qüds briqadası vasitəsilə ilə həyata keçirilirdi. Bu proksilər Fələstində “HƏMAS”, Livanda “Hizbullah”, Suriyada “Hizbullah”, “Fatmiyyün”, “Zeynəbiyyün”, İraqda “Həşdi Şadi” , Yəməndə Ənsarullah (Husilər) basda olmaqla daha kiçik silahlı və ideoloji qrupları da əhatə edən geniş şəbəkə təşkil edirdi.

Ancaq bu təşkilatt üzvlərinə hər nə qədər sionizmə qarşı mübarizə düşüncəsi aşılansa da İranın əsil məqsdi bu qüvvələr vasitəsilə ilə Orta Şərqdə özünə geniş hərbi siyasi təsir arealı yaratmaq, ola biləcək hərbi təhlükələri öz sərhədlərindən kənarda qarşılamaq idi. İran eyni zamanda bu qüvvələr vasitəsilə ilə ABŞ və onun müttəfiqi İsraili onun nüvə proqramına ehtimal olunan zərbələrdən çəkindirməyə çalışır və açıq bəyan edirdi ki, əgər belə bir cəhd olarsa, o Orta Şərqdə sabitliyi poza, bütün regionu müharibə alovuna verə bilər. Bu proksilərin digər bir təyinatı da Ərəb ölkələri üzrində məhzəbçiliyə dayalı bir təzyiq mexanizmi olmuşturmaq idi.

Ancaq İsrailin Fələstində “HƏMAS”-ı, Livanda isə “Hizbullahı“ sıradan çıxarmasının ardınca da Suriyada Əsəd rejiminin süqutu İranın proksi şəbəkəsinin çökməsinə səbəb oldu. Suriyada baş verən dəyişikliklər nəticəsində İranın Livan və Fələstinə hərbi yardımlarının yolu kəsildiyindən Tehranın bu təşkilatları yenidən dirçəltmək istəyinin də önü bundan sonra kəsilmiş olacaq. Bununla da İran öz geosiyasi təsir gücünü itirmiş oldu. İran mənbələrinin məlumatına görə onlar təkcə Əsəd rejimini ayaqda saxlamaq üçün ötən 13 il ərzində 30 milyard dollardan artıq vəsait sərf edilib.

Suriyada Əsəd rejiminin süqutundan dərhal sonra İsrail və ABŞ aviasiyası Yəməndə Zeydi şiələrinin Husilər deyilən “Ənsarullah” təşkilatının hərbi sursat bazalarına və komanda idarə etmə məntəqələrinə zərbələr endirməyə başladı. Bu gün Yəməndə baş verənlər İranın proksi qüvvələrini sistemli şəkildə məhv etmək planının növbəti mərhələsi hesab olunur. Çox güman ki, bundan sonra İraqda 234 min nəfərdən ibarət olan “Həşdi Şabi” silahlılarının tərksilah edilməsi məsələsi gündənə gələcək. İran hər ay bu qədər adama maaş verir və bunun illk xərci bir milyard dolları keçir. Artıq İraq hökuməti “Həşdi Şabi” üzvlərinə düşərgələrini tərk etməmək, silahla şəhər küçələrində görünməmək barədə xəbərdarlıq edib. Güman ki, bu günə qədər hərbi əməliyyatlarda iştirak etməyən, sahədə döyüş təcrübəsi olmayan bu təşkilatın ləğvi elə də çətin məsələ olmayacaq. HTŞ-nin hücum əməliyyatları başlayanda İranın çox təklid etməsinə baxmayaraq “Həşdi Sabi” ABŞ aviasiyasının qorxusundan Suriyada döyüşlərə qatılmaqdan imtina etdi.

Bütün bunlar onu göstərir ki, İranın Orta Şərqdəki əlləri kəsiləndən sonra növbə onun özünə çatacaq. Proksi qüvvələrini itirmiş İran indi öz təhlükəsizliyini təmin etmək üçün nüvə silahını tez əldə etməyə çalışır. ABŞ indiyə qədər Tehrana bağlı proksi qüvvələrin yarada biləcəyi gərginliyə görə İsraili İrana zərbə vurmaqdan çəkindirirdi. İndi artıq belə bir təhlükə qalmayıb. Bu ilin aprel ayında İsrail İranın atdığı raketlərə cavab olaraq 120 təyyarə ilə keçirdiyi əməliyyat Tehranın hava hücumundan müdafiə qabiliyyətini əhəmiyyətli şəkildə sıradan çıxarmaqla yanaşı, onun hərbi potensialına da ciddi zərbə vurub. Bu əməliyyat zamanı İranın 4 ədəd S-300 baterayası, qatı raket yanacağı istehsal edən zavodu, raket və dron hazırlayan hərbi müəssisələri sıradan çıxarılmışdı.

İndi İsrail hakim dairələrində hesab edirlər ki, yazdakı hava hucumu zamanı İranın HHM sisteminin sıradan çıxarılması bu ölkənin nüvə obyektlərinə zərbə endirmək üçün yaxşı fürsət yaradır. Böyük ehtimalla Tramp vəzifəsinin icrasına başlayandan İsrarailin bu istəyinə mane olmayacaq. Bu Trampa həm də ona görə lazımdır ki, Orta Şərqdəki qeyri sabitliyin əsas mənbəyi sayılan İran sıradan çıxarıldıqdan sonra ABŞ bu regionda təhlükəsizlik qarantı kimi saxladığı hərbi gücünü azaltmaq imkanı əldə edəcək. İrana görə Orta Şərqdə qalmağa məcbur olan ABŞ quru və dəniz hərbi gücünü Cənub Şərqi Asiyaya yönəltmək, Çin ətrafına cəmləmək indi Amerikanın qlobal liderlik və təhlükəsizlik maraqları baxımından daha vacib görünür.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir