KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İranda nə baş verir Etirazlar nə ilə nəticələnə bilər

Fuad Gahramanlı: İranda nə baş verir Etirazlar nə ilə nəticələnə bilər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
39 0

İranda kütləvi etirazlar get – gedə rejimin nəzarətindən çıxmaqdadır. Məhsa Əmini adlı gənc qadının vəhşicəsinə döyülərək öldürülməsinə etiraz edən bir qrup qadına qarşı tətbiq edilən zorakılıq, nəinki nəticə vermədi, əksinə, qısa müddətdə etirazların miqyasını genişləndirərək prosesi kütləviləşdirdi.
Etiraz aksiyaları böyüdükcə, öz ilkin başlanğıc tələblərini də genişləndirərək, bütövlükdə teokratik rejimə qarşı etiraz xarakteri almağa başlayıb. Qadınların kütləvi şəkildə saçlarını kəsmələri, baş örtüyündən imtina etmələri, azadlıqları boğan qadağalara etiraz etmələri rejimin ideoloji – siyasi əsaslarının, legitimliyinin sarsılmasına, sosial dayaqlarını və ictimai rəyə təsirini itirməsinə səbəb olur. İndi kütləvi etiraz aksiyalarının əsas mərkəzi Tehran, İsfahan və Şiraz hesab olunur. Etiraz dalğası genişləndikcə, adamlar təkcə Məhsa Əminini öldürən polislərin cəzalanmasını deyil, bütövlükdə dini rejimin qadağalarına, insan azadlıqlarını boğan siyasətə və getdikcə kəskinləşən sosial iqtisadi problemlərə görə də prosesə qoşulurlar. Məruz qaldığı sanksiyalar İranda həyat səviyyəsini son dərəcə pisləşdirdiyi üçün, cəmiyyət ölkəni bu vəziyyətə salan təcrid siyasətindən çox narazıdır və onlar islahatların önünü kəsən gerilikçi – mühafizəkar siyasətə son qoyulmasını istəyirlər.

Bu prosesdə fars hakimiyyətinin ən çox qorxduğu məsələ etirazların getdikcə, həm də milli zəmində ifdə olunmasıdır. Xüsusi ilə İranda milli çoxluq olmasına baxmayaraq, bütün milli haqları əlindən alınmış və ən qaba assimilyasiya siyasətindən əziyyət çəkən 35 milyonluq Azərbaycan türklərinin də prosesə qoşularaq, milli hüquqlarını tələb etməsi qarşısı alınmaz bir daxili xaosa yol aça bilər. Bu baş verəcəyi təqdirdə, milli zəmində yaranacaq ziddiyyətlər İran hakim siyasi-hərbi elitasını belə bölə bilər. Çünki hazırkı dini rejimin tərəfdarı olan və İran hərbi siyasi rəhbərliyində təmsil olunan türklər milli zəmində qarşıdurmalar baş verəcəyi təqdirdə, farsların öz milli haqlarını tələb edən həmvətənlərini etnik zəmində vəhşiliklə əzməsinə biganə qalmaya bilərlər.
Dünən yayılan görüntülərdə artıq Azərbaycan şəhərlərində də milli zəmində etirazların baş verdiyi görünürdü. Etirazçılar “azadlıq, ədalət və milli hökumət” tələbləri ilə küçələrə çıxmışdılar. Bu gün isə Təbrizin əsas küçəsi hesab olunan “Şahnaz”da etiraz aksiyaları keçiriləcəyi gözlənilir. Təbriz universiteti də bu aksiyalara qatılıb. Əgər rejim Təbrizdə etirazları boğa bilməsə, prosesin qısa müddətdə Güney Azərbaycanı əhatə edəcəyi gözlənilir. Narahatlıq doğuran məqam odur ki, biz Şimali Azərbaycan dövləti olaraq İranda Güney Azərbaycan türklərinin milli azadlıq hərəkatına nə dərəcədə hazırıq. Bununla bağlı bir fəaliyyət strategiyası varmı?

Görünən odur ki, İran hakimiyyəti təşkilatlanmamış xaotik etirazları yatırmaq üçün getdikcə daha çox gücdən istifadə etməli olacaq. Ancaq indiki halda görünən odur ki, güc işlədilməsi cəmiyyətdə qorxu yaratmaq əvəzinə, rejimə qarşı nifrət və kütləvi qəzəbi alovlandırır. İndi İran rejiminin xilası etiraz dalğasının bütün ölkə boyu yayılmasının qarşısını ala bilməsindən daha çox asılı olacaq. Əgər insanlar Tehran, İsfahan, Şirazla yanaşı, digər şəhərlərdə də etirazlara qoşulacaqlarsa və kütləvilik getdikcə artacaqsa, bu İranda rejim dəyişikliyinə qədər gedib çıxa bilər.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir