Şimdi yükleniyor

Fuad Gahramanlı: İran müharibə alovunu regiona yaya bilərmi?

Fuad gahramanlı

 

Tehranın qonşularını hədəf alma təhlükəsi nə qədər realdır?

İsrail və İran arasında savaş artıq dördüncü günə keçməkdədir. İndi ən çox müzakirə olunan məsələlərdən biri də, bu müharibə alovunun İran hüdudlarından kənara sıçrayaraq, Orta Şərq regionuna yayılma ehtimalıdır. Aydın ki, hər bir müharibədə olduğu kimi, İran -İsrail savaşının da müəyyən riiskləri var.

Ancaq hələ ki, İranın İsraillə olan savaşı öz sərhədlərindən kənara yaymaq imkanları real görünmür. Ötən ilə qədər İranın təhlükəsizlik strategiyası, ehtimal olunan təhlükələrin qarşısını ətraf ölkələrdə yaradılmış proksi qüvvələr vasitəsi ilə almaq üzərində qurulmuşdu. Ancaq Livan, Suriya və Yəməndəki proksilərə İsrail və ABŞ-n sarsıdıcı zərbələrindən sonra, onlar ya əməliyyat qabiliyyətlərini itirdilər, ya da ki, məhv olub getdilər. Yeganə İraqdakı “Həşdi-Şabi” qruplaşması bu əməliyyatlardan kənarda qaldı ki, o da indi İsrailin bu ölkənin hava məkanını üzərindən həyata keçirdiyi hucumlara qarşı heç İraq hökumətinə belə etiraz edə bilmir.

Həm də onu nəzərə almaq lazımdır ki, “Hizbullah”, “Həmas”, “Husilər”, “Zeynəbiyyün”, “Fatmiyyün” və.s. kimi İrana bağlı və ya onunla əlaqədə olan hərbi-dini təşkilatlar ötən il İsrail tərəfindən vurulanda, İran onları müdafiə etmək üçün, özünü risqə atacaq heç bir addım atmadı. Bununla Tehran ətraf coğrafiyada ona inanlar arasında özünə olan güvən və etibarı birdəfəlik itirdi. Hətta, Yəmən Husiləri bir dəfə açıq şəkildə İranın onları müdafiəsiz buraxan susqunluğuna etiraz edib onu bu davranışına görə qınamışdılar.

Ona görə də, İsrailin zərbələri davam edərsə, İran savaşı bütün regiona yayar kimi fikirlər, artıq çoxdan çökmüş İran təhlükəsizlik doktorinasının köhnəlmiş tezisi sayıla bilər. Əgər bunu iddia edənlər İranın qalxıb ətraf ölkələrə dron və ya raket atmasını nəzərdə tuturlarsa, o zaman bunun nəticəsi münaqişəni ətrafa yaymaqdan daha çox, İsrailə qoşulub İrana zərbə endirənlərin sayının artması ola bilər. Bu həmçinin münaqişə coğrafiyasının genişlənməməsində və regiondakı müttəfiqlərinin qorunmasında maraqlı olan ABŞ- n da hərbi əməliyyatlara qatılması üçün əlavə bir səbəb olar ki, İran rəhbərliyi də bununla öz vəziyyətini daha da pisləşdirmiş olar. Aydındır ki, bunu İsrailin zərbələri qarşında onsuz da çıxilmaz vəziyyətə düşmüş Tehran özü də istəməz.

İrandan qonşu ölkələrə mümkün qaçqın axını ehtimalina gəldikdə isə, zərbələrin daha çox hərbi və dövlət qurumlarının binalarına, energetika sektoru müəssisələrinə yönəlməsi şəraitində, kütləvi qaçqın axını yaranması təhlükəsi o qədər də böyük görünmür. Suriya təcrübəsi onu göstərdi ki, yalnız dinc insanları öldürmək üçün şəhərlər necə gəldi bombalandığı təqdirdə kütləvi köç dalğası başlaya bilər. İsrail -də ətraf ölkələrdə və sonra da qaçqın axınından qorxan Avropada narazılıq yaratmamaq üçün, yəqin ki, dinc insanların yaşadığı səhərləri hədəf almaq istəməyəcək. İndiki səraitdə isə daha çox öz təhlükəsizliyinə dəyər verən əhalinin imkanlı təbəqləri hər ehtimala qarşı öz yerlərini müvəqqəti tərk etmək istəyə bilərlər ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılmaqdadır.

Savaş irəlilədikcə ən çox hallanandırılan məsələrdən biri də İranın Hörmüz boğazını bağlaması təhlükəsi ilə bağlıdır. Bu fikirdən İran indi daha çox İsrailə beynəlxalq təzyiq göstərmək üçün istifadə etməyə çalışır. İran bunu etməyə qalxarsa, o zaman nə baş verər?

ABŞ-n qərargah Bəhreyndə yerləşən 5-ci filosuna daxil “Abraam Lincoln” təyyarədaşıyan gəmisi, onu müşayiət edən 2–4 Arleigh‑Burke sinifli destroyerlər, 6 ABŞ Sahil Mühafizə Sentinel tipli döyüş gəmiləri İranın “Hörmüz” boğazındakı bütün donanmasını qısa müddətdə batıra bilər. Buraya “Dieqo Qarsia” adasindan qalxacaq strateji B-2 bombardmançılarını və ərazidəki Britaniya donanmasını da əlavə etsək, bu halda İran öz donanmasını tamamən itirmək təhlükəsi ilə üzləşə bilər. Gələn il ABŞ-da Konqres seçkiləri olacağı üçün neft qiymətlərinin qalxması, aydındır ki, Tramıpı və inun komandasını çox çətin vəziyyətə sala bilər. Ona görə də, ABŞ İranın dünya neftinin 30%nin keçdiyi Hörmüz boğazını bağlamasına nəinki imkan verməz, hətta neft ixrac edən körfəz ölkələrini də bu təhlükəyə qarşı səfərbər edib İrana daha ağır zərbələr vura bilər. Bu səbəbdən də İranın Hörmüz boğazı ilə bağlı söyləmləri daha çox psixoloji savaşa xidmət edir.

Bu halda nəticə o olar ki, İran Hörmüz boğazındakı öz hərbi və ticari mövcudluğunu və buradakı limanlar vasitəsi ilə dənizə çıxış imkanlarını əhəmiyyətli dərəcədə itirə bilər. Onu da nəzərə almaq lazımdır ki, İrana da yaxın sayılan Çin də İranın “Hörmüz” boğazına yönəlik addımlarına qarşı olacaq.
Çünki Çin İran neftinin 50%-ni məhz bu boğazındaki limanlar vasitəsi ilə alır.

Share this content:

Yorum gönder